Karantinin yumşaldılmasının ilk mərhələsi
Aprelin 27-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
- karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
- atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
- fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
Rəsmi statistikaya görə, ötən sutka ərzində Azərbaycanda daha bir nəfər COVID-19 virusundan ölüb, 33 yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı 23 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
- Nə koronavirus, nə karantin, nə sosial məsafə – “Bakı kəndindən” fotolar
- Azərbaycanın koronavirus üzərində qələbəsi: müəmmadırmı? Şərh
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
Beləliklə, indiyə qədər ölkədə yoluxanların ümumi sayı 1678 nəfər olub, onlardan 22 nəfər ölüb, 1162 nəfər isə sağalıb.
Karantin rejiminin yumaşaldıldığı ilk gün Bakıda dəfələrlə çox maşın və insan müşahidə olunub, yollarda tıxaclar yaranıb.
Şəhərkənarı qəsəbə sakini şəhərin mərkəzinə doğru bugünkü axın haqda:
“Qəzet və jurnal almağa getdim, çünki köşklər nəhayət açılıb. Küçədə çoxlu adam vardı, vitrinləri yuyurdular, uşaqlı qadınlar gəzişirdi, maşınlar da çox idi”.
Kənar rayonlardan birinin sakini isə evdən çıxmağına peşman olub:
“Banka getməli idim. Nahardan sonra getdim və məlum oldu ki, bank ancaq saat 14-ə qədər açıq olub. Səfehlikdir. Bütün zərgər mağazaları və avtosalonlar açıqdır, həqiqətən lazım olan yerlərə isə getmək mümkün deyil. Bununla belə küçədə insan dolub-daşır. Sanki karantin filan yoxdur. Onlar isə hamısı sms ilə evdən çıxıblar. Bu cür tədbirlərin mənası nədir, anlamaq olmur”.
Rəsmən işləməyinə icazə verilmiş insanlardan bəzilərinin də həyatı bu vəziyyətdən asanlaşmayıb. Məsələn, Sevda Həsənova mənzillərdə təmizlik işi ilə məşğul olur və onun bir neçə daimi müştərisi var. İndi isə o, başqa iş tapmaq haqda düşünür, çünki hakimiyytin qoyduğu şərtlət ona qətiyyən sərf eləmir.
“Hə, təmizlik işlərinə icazə veriblər. Amma bunun üçün rəsmi qeydiyyatdan keçmək və vergi kimi bir şey ödəmək lazımdır. Üstəlik müştərinin evinə gedəndə ünvanı göstərməli, hətta hansı marşrutla hərəkət etdiyin haqda məlumat verməlisən. Birdən məni başqa yerdə görsələr, cərimələyəcəklər. Bütün bunlar mənə yaramır, artıq kimlərin evini təmizləyirdimsə, hamısına zəng vurmuşam və demişən ki, onlara gələ bilməyəcəm, ən azı indilik. Nə isə, heç bilmirəm nə edəcəyəm”, – Sevda danışır.