2017-ci ildə Gürcüstan „Qazprom”un təbii qazı olmadan keçinəcək
İlin sonuna qədər Gürcüstan “Qazprom”dan qaz almaq niyyətində deyil. Proqnozlaşdırılmış balansa əsasən aprelin 7-də Energetika naziri Kaxa Kaladze tərəfindən təsdiqlənib.
Hökumət apreldən etibarən əhalini və kommersiya sektorunu yalnızca Azərbaycan qazı ilə təmin etməyi planlaşdırır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qaz verilişini Şahdəniz yatağından Bakı-Tbilisi-Ərzurum qaz xətti ilə təmin edəcək.
Proqnozlaşdırılmış balansa əsasən bu il Gürcüstan 2,457 milyard kubmetr qaz alacaq ki, bunun da 2,347 milyard kubmetri və ya ümumi həcmin 95,5 faizi Azərbaycandan idxal olunacaq.
— Hazırda Gürcüstan üçün əsas təbii qaz tədarükçüsü Azərbaycandır. Ötən il Gürcüstanda istifadə olunan qazın ümumi həcminin 87,1%-i Azərbaycandan nəql olunub. Gürcüstan Azərbaycandan qazı aşağı qiymətlərlə: əhalini təmin etmək üçün 1,000 kub metr qaza görə 120 dollar; İES üçün 1,000 kub metr qaza görə 143 dollar alır, bu da “Qazprom”un özünün strateji tərəfdaşı olan Ermənistana təklif etdiyi qiymətdən xeyli aşağıdır. Hazırda Ermənistan Rusiyanın 1,000 kub metr qazına görə 165 ABŞ dolları ödəyir. Azərbaycan qazından başqa Gürcüstan həm də Rusiya qazını alır, amma daha az həcmdə. 2014-cü ildə Gürcüstan 267 milyon 773 min kub metr, o cümlədən də tranzitə görə ödəniş şəklində 206 milyon 166 min kub metr Rusiya qazı alıb. Gürcüstan Ermənistana uzunluğu 221 kilometr olan “Şimal-Cənub” qaz xətti ilə nəql olunan Rusiyanın təbii qazının ümumi həcmindən 10% alır.
—Ötən il Gürcüstan ərazisindən Ermənistana magistral qaz xətti ilə təxminən 2,1 milyard kub metr təbii qaz nəql olunub. Gürcüstan nəql olunan qazın ümumi həcmindən 0,3 milyard kub metr alıb.
— “Qazprom” ən iri dünya miqyaslı Rusiya şirkətidir. Şirkətin kapitalında dövlətin payı 51% təşkil edir.