2016-cı ildə Ermənistanın dövlət borcu təqribən 900 milyon dollara yüksəlib
Paylaşmaq
Paylaşmaq
2016-cı il dekabrın 31-ə olan məlumata görə, Ermənistanın dövlət borcu 5,93 milyard dollar təşkil edir. Ötən ilin eyni dövründə bu məbləğ 5,07 milyard dollar idi. Yəni 2016-cı il ərzində dövlət borcu təxminən 900 milyon dollar (16,9 faiz) artıb. Bununla belə yeni hökumətin fəaliyyəti dövründə 2016-cı il sentyabrın 30-dan borc 373 milyon dollar artıb. Bütün rəqəmlər Maliyyə Nazirliyi tərəfindən təqdim olunub.
2016-cı ilin sonunda xarici borcların Ermənistanın dövlət borcu daxilindəki payı 4,79 milyard dollar, yəni 80,85 faiz təşkil edib.
Dövlət borcunun ÜDM-a nəzərən mümkün nisbəti aşmasa da – 60 faiz, bununla belə Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dövlət borcunun ixrac həcminə nisbəti onun təhlükəlilik dəyərləndirməsi üçün vacib göstəricidir. Buna görə də Ermənistan artıq çoxdan sabitlik kandarını keçib. 2016-cı ildə Ermənistanda xarici borc və ixrac həcminin nisbəti mümkün olan 200 faiz yerinə, 295 faiz təşkil edib.
Lragir.am saytı yazır ki, 2016-cı il Ermənistan üçün o qədər də uğurlu olmayıb: iqtisadi yüksəliş ehtimal tutulan 2,1 faiz əvəzinə 0,5 faiz təşkil edib, il ərzində xaricdən pul köçürmələri (transfertlər) və xarici investisiyalar azalıb, dövlət borcu isə əsasən xaricdən gələn impulslar nəticəsində yüksəlib.
Xarici borcun böyük hissəsini – 84 faiz – beynəlxalq təşkilatlardan alınan kreditlər təşkil edir. 2016-cı ilin ən böyük krediti Beynəlxalq İnkişaf Assosiasiyasından alınıb (IDA), bu kredit Ermənistanın xarici borcunun 32,6 faizini təşkil edir.
Bundan başqa Ermənistan Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankına (17,7 faiz), Asiya İnkişaf Bankına (14,9 faiz), həmçinin Beynəlxalq Valyuta Fonduna (3,8 faiz) borcludur.
Bu təşkilatlardan alınan vəsaitlər yerli iqtisadiyyat və infrastrukturun inkişafına, enerji sisteminin sağlamlaşdırılmasına, regional əhəmiyyətli Ermənistan-Gürcüstan yolunun sərhəd hissəsinin təmirinə, dövlətlərarası yolların salınmasına, Gümri şəhərinin yollarının bərpasına, Kotayk və qeqarkunik rayonlarında zibilliklərin yaradılmasına, Vedi su anbarının tikintisinə sərf olunub.
Ölkələr arasında Ermənistanın ən mühüm kreditoru Yaponiyadır, Ermənistanın xarici borcunun 7,1 faizi onun payına düşür. Kreditor ölkələr sırasına həmçinin Almaniya (3 faiz), Fransa (2,4 faiz), Rusiya Federasiyası (1,5 faiz) və Amerika Birləşmiş Ştatları (0,6 faiz) daxildir.