“Əmək müfəttişliyinin yaradılması Gürcüstanın öhdəliyidir”, - Yanoş Herman
Paylaşmaq
Paylaşmaq
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Yanoş Herman bildirib ki, rəsmi Tbilisi vaxtıykən öz üzərinə əmək müfəttişliyi yaratmaq öhdəliyini götürüb.
“Bu öhdəlik təkcə Gürcüstanın Aİ ilə Assosiasiya Müqaviləsində deyil, həm də Beynəlxalq Əmək Təşkilatının nizamnaməsində qeyd edilir. Bu məsələni dəfələrlə demək olar ki, hamı ilə: hökumət, iş adamları, ticarət birlikləri ilə nəzərdən keçirmişik. Biz əmək müfəttişliliyinin yaradılması ideyasını dəstəkləyirik. Başa düşürəm ki, bu istiqamətdə müəyyən inkişaf göz qabağındadır, onu da baş düşürəm ki, bir günə onu yaratmaq mümkün deyil”, – Yanoş Herman deyib. O ümidvar olduğunu bildirib ki, müfəttişlik mərhələli şəkildə yaradılacaq və sonda tam qüvvəsiylə işləyəcək.
Əmək Müfəttişliyinin effektivliyi barədə məsələ növbəti dəfə, mayın 9-da Tkibulinin mədənlərindən birində dörd mədən fəhləsi həlak olandan sonra gündəmə gəldi. Faciə təmir işləri həyata keçirilən zaman baş verib. Mədən işçiləri 400 metr hündürlüyündən yıxılıblar.
Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin dağ, tikinti və ya başqa işlərin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsiylə cinayət işi açıb.
Bu, iş vəzifələrinin yerinə yetirilməsi zamanı insanların həlak olduğu birinci belə hadisə deyil. Qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nümayəndələri artıq çoxdandır deyirlər ki, istehsalat zədələrinə səbəb əksər vaxtlarda işəgötürənlərin təhlükəsizlik qaydalarının pozulmasına laqeyd münasibəti olur.
Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyində əmək monitorinqi departamenti fəaliyyət göstərir, hərçənd onun effektivliyi də böyük sual altındadır. Misal üçün, yoxlamalar sırf könüllü xarakter daşıyır. Pozuntular aşkar olunduğu halda bu və ya digər şirkət cərimə olunmur, sadəcə məxfi xarakterli tövsiyələr alır.
“İnanın, əmək müfəttişliyi panaseya deyil. Əmək təhlükəsizliyi sisteminin özü eşelonlaşdırılmışdı və tək əmək müfəttişliyi heç nə edə bilməz, şirkətin təhlükəsizlik sistemi, texniki nəzarət müfəttişliyi və başqa qurumlar, o cümlədən də məhkəmə sistemi işə düşməsə. Bu, böyük bir prosesdir. Son dörd il ərzində 240-cı maddə üzrə 260 iş açılıb. Bunlardan 60 iş üzrə ittiham hökmü çıxarılıb, amma bu hallardan heç birində ta azadlıqdan məhrumetməyə qədər sərt sanksiyalar tətbiq olunmayıb, halbuki adıgedən maddə bunu nəzərdə tutur. Ancaq şərti cəzalar verilib və kompensasiyanın ödənilməsi tələb olunub. Aydın məsələdir ki, zərərçəkən ailələr kompensasiya almağı üstün tutur, amma bu səbəbdən də məhkəmə preventiv funksiyasından məhrum olub, çünki heç kimin həbsxanaya düşmək qorxusu yoxdur”, – səhiyyə üzrə parlament komitəsinin sədri Akaki Zoidze bildirib.