Gürcüstan turistlərin sayının yerli əhalinin sayını üstələyən ölkələr siyahısındadır
Britaniyanın “Teleqraf” nəşri Gürcüstanı turistlərin sayının yerli əhalinin sayını üstələdiyi 51 dövlət siyahısına daxil edib. Gürcüstan 37-ci yerdə yerləşib, burada bir yerli sakinin payına 1,5 turist düşür.
Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, “Teleqraf” 2015-ci ilə olan statistik məlumatları istifadə edib, o vaxt ölkəyə 5.9 milyon adam gəlib. Ötən 2016-cı ilin məlumatlarına görə isə 3.7 milyon əhalisi olan Gürcüstana 6.3 milyona yaxın turist gəlib.
Bu göstəricilər ötən il artdı. Milli Bankın hesabatında qeyd olunan məlumatlara görə, 2017-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın sərhədini 1,26 milyon adam keçib ki, bu da ötən illərin analoji göstəricilərindən 11.4 faiz çoxdur. Deməli, turizm sahəsindən büdcəyə daxilolmalar 23 faiz artıb. Cari ildə turizm büdcəyə 435 milyon lari gətirib.
2017-ci ilin əvvəllərində Gürcüstana daha çox qonaq Azərbaycandan, Ermənistandan, Türkiyədən, Rusiyadan və İrandan gəlib.