Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstan Parlamentindən ərinin oğurlanmasını araşdırmağı xahiş edib
FOTO: frontnews
Müxalif azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstan Parlamentinə müraciət edərək, jurnalistin oğurlanmasına qarışmış məmurların əməllərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını xahiş edib.
Gürcüstan paytaxtından azərbaycanlı jurnalistin yoxa çıxdığı gündən beş ay ötdü, amma hələ də onun oğurlanması ilə başlı işin araşdırılmasında yeni heç nə əldə edilməyib.
“Buna görə də biz parlamentə müraciət etdik ki, ərimin işi araşdırılsın. Bu imkanı bizə Gürcüstan qanunvericiliyi verir”, – Leyla Mustafayeva “Exo Kavkaza”-ya deyib.
Əfqan Muxtarlının işi haqda JAMnews-un xəbərindən oxumaq olar.
- Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə yoxa çıxıb. Daha sonradan onun Azərbaycanın hüquq-mühafizə orqanlarında olduğu aşkara çıxıb. Muxtarlının özünün sözlərinə görə, onu Gürcüstanda yerli xüsusi xidmət orqanlarının əməkdaşları oğurlayaraq, başına kisə keçirib və Azərbaycan tərəfinə təhvil veriblər. Azərbaycan məhkəməsi mayın 31-də Muxtarlının həbsi haqda qərar çıxarıb: ona qarşı dövlət sərhədini pozmaq, qaçaqmalçılıq və sərhədçilərə müqavimət göstərməklə bağlı ittiham irəli sürülüb. Muxtarlı bütün ittihamları rədd edib. Oktyabrın 4-də Bakıda məhkəmə onun girov hesabına azadlığa buraxılması haqda vəsatəti təmin etməyib.
- Avropa Parlamenti Tbilisini jurnalistin oğurlanmasını operativ surətdə araşdırmağa, Bakını isə onu azad etməyə çağırıb. Oğurlanandan dərhal sonra jurnalistin müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, onun hüquqlarının pozulması məsələsinin prioritet qaydada araşdırılmasını xahiş ediblər. Avropa İnsan Haqları Məhkəməsi Muxtarlının işinə prioritet status verib, bu işə ən qısa zamanda baxılacaq.