Azərbaycanda valideynlər uşaqlarının internetdə nə ilə məşğul olduğunu izləyə biləcəklər
Azərbaycanda “İnternetdə valideyn nəzarəti və təhlükəsizlik” proqramı və ya Kidsafe yaradılıb. Proqram uşaqları internetdə rast gələ biəcəkləri lüzumsuz kontentdən qorumaq və valideynləri övladlarının hansı saytlara girdiyi haqda məlumatlandırmaq üçün nəzərdə tutulub.
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə BMT-nin Uşaq Haqları Komitəsinin tövsiyəsinə uyğun olaraq “Uşaqların internetdə təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanıb.
• Gürcüstanı niyə qızılca epidemiyası bürüyüb?
• Azərbaycanda selektiv abortlar
Bu proqram nə işə yarayır?
[yes_list]
- Uşaqlara “uşaqlar üçün olmayan” (məsələn, pornoqrafik və ekstrimist məzmunlu) saytlara girməyə imkan vermir;
- Axtarış sistemlərinə uşaqların yaşına uyğun olmayan nəticləri təqdim etməsinə imkan vermir;
- Valideynlərə uşaqların bütün yazışmalarını izləməyə və uşaqların kompüterdən istifadəsi üçün vaxt limiti tətbiq etməyə imkan verir.
[/yes_list]
Valideynlərin reaksiyası
Valideynlərin özləri hələlik bu təklifə soyuq yanaşıblar. Yeniliyi sosial şəbəkələrdə müzakirə edən insanlar tənqidi əhvala kökləniblər:
“İndiki uşaqlar istənilən məhdudiyyətin öhdəsindən asanlıqla gələ bilər”.
“Proqram yalnız Windows və Android üçün nəzərdə tutulub. Komitədə Apple haqda heç nə eşitməyiblər?”
“Təkər icad etmək nəyə lazımdı? Axı Kasperskidə çoxdan hazır və yoxlanılmış həll yolu var”.
Proqram pulsuzdur və onu bu saytdan yükləmək mümkündür www.kidsafe.az.