Dörd məmur rəhbər vəzifələrdəki yerlərini dəyişdirdi " />

Azərbaycanın güc strukturlarında “yerdəyişmə” – bu, nəyə lazımdır?

Dörd məmur rəhbər vəzifələrdəki yerlərini dəyişdirdi

Azərbaycanda güc strukturlarının rəhbərlərinin gözlənilməz “yerdəyişməsi” baş verib. Prezident İlham Əliyev bir neçə nazirlik və idarələrin rəhbərlərinin “yerlərini dəyişib”.

Azərbaycanda jurnalist olmaq nə deməkdir

Azərbaycan ali məktəbində terror aktından 10 il ötdü – şahidlər danışır

Belə ki:

  • daxili işlər naziri Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub;
  • əvəzinə nazirliyə onun birinci müavini Vilayət Eyvazov rəhbərlik edəcək;
  • Dövlət Təhıükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri oldu;
  • onun əvvəlki yerini Əli Nağıyev – Baş prokuror yanında Korrupsiya ilə mübarizə baş idarəsi rəisinin keçmiş müavini tutdu.

Bütün bu yerdəyişmələr iyunun 20-si axşam eyni vaxtda baş verib. Cəmiyyətdə onlar tam çaşqınlıq doğurub. Az sonra isə siyasətçilərin və ekspertlərin şərhləri səslənib.

«Baş verənlər göstərir ki, rəhbərlik Azərbaycandakı vəziyyətdən narahatdır və hakimiyyəti möhkəmləndirməyə çalışır», – üç il əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş sədr müavini, müxalif Milli Şuranın üzvü Sülhəddin Əkbər hesab edir. «Bu məsədlə yoxlanılmış və etibarlı kadrlar, sərt xəttin tərəfdarları irəli çəkilir», – o, Azadliq.org saytına bildirib.

“Təhlükəsizlik araşdırmaları” mərkəzinin rəhbəri və xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı İlham İsmayıl bu yerdəyişmələri (bu günlərdə minimal əməkhaqqının artırılmasını da həmçinin) 2019-cu ilin əvvəlindən İlham Əliyevin apardığı islahatların davamı hesab edir.

Azərbaycanda minimal əməkhaqqı 41 dollar atrdı

«Bütün bunların arxasında hazırkı vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanı hakimiyyətə gətirmək planı dura bilər», – “Turan” müstəqil informasiya agentliyinin direktoru Mehman Əliyev bu versiyanın tərəfdarıdır.

Yerdəyişmələr vaxtına görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyaya səfəri ilə üst-üstə düşüb. O, orada Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb və onlar güc strukturlarının və xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrini müzakirə ediblər. Azərbaycanlı jurnalist Xədicə İsmayıl və müxalif “Respublikaçı alternativ” partiyasının lideri İlqar Məmmədov bu təsadüfü “şübhəli” adlandırıblar. Sosial şəbəkələrdəki səhifələrində onlar bildirirlər ki, ola bilsin, yerdəyişmə ideyasını Azərbaycan rəhbərliyinə Patruşev verib.


More on JAMnews