Məktəblər pullu dərslər keçmək və öz məhsullarını satmaq imkanı əldə edəcək" />

Azərbaycan məktəblərinə sahibkarlıqla məşğul olmağa icazə verilə bilər

Məktəblər pullu dərslər keçmək və öz məhsullarını satmaq imkanı əldə edəcək

Azərbaycanda orta məktəblər əvvəlki kimi büdcədən vəsait almaqla yanaşı müstəqil şəkildə sahibkarlıq hesabına da pul qazana biləcəklər. Bunu ölkə parlamentində artıq birinci oxunuşdan keçən “Ümumi təhsil haqda” yeni qanun layihəsinin 31-ci maddəsi nəzərdə tutur.

Bu halda sahibkarlıq deyəndə aşağıdakılar əhatə olunur:

 

  • pullu dərslər;
  • icarə;
  • köməkçi təsərrüfatların məhsullarının satışı;
  • şagirdlərin hazırladıqları əlişlərinin satışı.

• Azərbaycan məktəblərində seks-qalmaqallar

• Niyə Azərbaycanda beş yaşlıları məktəbə getməyə məcbur edirlər?

Hər bir məktəbin məhz hansı növ sahibkarlıqla məşğul olacağını yerli icra hakimiyyətləri müəyyən edəcək. Tədris prosesi prioritet olaraq qalmalıdır.

Bu yolla əldə edilən gəlir “təhsilin inkişafına və əməkdaşların sosial müdafiəsinə sərf edilməlidir”, – qanun layihəsində deyilir. Yəni qazanılmış pullar məktəblərə dövlətin və valideynlərin yardımını gözləmədən hansısa xərcləri ödəməyə imkan verəcək.


More on JAMnews