
“Pul verməsən, səni yüz faiz həbs edəcəyəm” - "Meydan TV işi" üzrə istintaq aparan 23 yaşlı müstəntiq rüşvətlə ittiham olunur
"Meydan TV" əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvü, cəmi 23 yaşı olan müstəntiq Fərid Şükürlü bu dəfə başqa bir iş üzrə müxtəlif ittihamlarla gündəmdədir. Turizm sahəsində çalışan və hazırda həbsdə saxlanılan Leyla İbrahimova bildirir ki, rüşvət vermədiyi üçün Fərid Şükürlü tərəfindən ona qarşı saxta ittihamlar irəli sürülüb, polis idarəsində fiziki və psixoloji zorakılığa məruz qalıb.