2018-ci il dünyada nə ilə yadda qalacaq?
Dünya mediası 2018-ci ildə bu hadisələrə xüsusi diqqət yetirib:
Britaniya və Avropa İttifaqı: boşanma uzandı
Bu halda daha dəqiqi hadisənin baş verməməsi haqda danışmaq lazımdır. Böyük Britaniya hələ 2016-cı ilin mayında referendum keçirib və çoxluq ölkənin Avropa İttifaqını tərk etməsinin lehinə səs verib. Amma o vaxtdan bəri hələ də hamını – hökuməti, müxalifəti və Avropa İttifaqı ölkələrini təmin edəcək planı hazırlamaq mümkün olmayıb.
• Kimlər Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir və kimlər istəmir?
Hökumətin təklif etdiyi planla bağlı həlledici səsvermə Britaniya parlamentində 2019-cu ilin fevralında baş tutacaq. Əgər plan səsvermədən keçməsə iki yol qalacaq. Ya Böyük Britaniya Avropa İttifaqını razılaşmasız tərk edəcək və bu da ölkə iqtisadiyyatına böyük ziyan vuracaq. Ya da ölkənin Avropa İttifaqında qalması ilə bağlı təkrar referendum keçiriləcək.
Prezident Trampla bağlı araşdırma sona çatır
ABŞ-da prezident Trampın Rusiya ilə əlbir olmaqda şübhəli bilindiyi iş üzrə araşdırma sona çatır. Ötən il ərzində xüsusi prokuror Robert Müller milli təhlükəsizlik üzrə keçmiş prezident köməkçisi Maykl Flinn, Trampın keçmiş şəxsi hüquqşünası Koen, keçmiş seçkiqabağı qərargah rəhbəri Manafort kimi önəmli fiqurların istintaqla əməkdaşlıq etməsinə nail olub.
• ABŞ prezidenti sonda Rusiya agenti çıxa bilərmi?
Amerika mediasının məlumatına görə, 2019-cu il fevralın ortasında prokuror Müller istintaqı yekunlaşdırıb, Konqressə hesabat göndərəcək.
Camal Xaşoqqinin qətli
Səudiyyəli müxalif jurnalist Camal Xaşoqqi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda xüsusi xidmət orqanları əməkdaşları tərəfindən amansızlıqla qətlə yetirilib. Jurnalist konsulluğa nikah üçün lazım olan sənədləri almaq məqsədilə gəlibmiş. Qətlə cavab olaraq bir çox ölkələr Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Fransa: “sarı jiletlilər” qələbə qazanır
2018-ci ilin payızında Paris və Fransanın digər şəhərlərində başlayan kütləvi etirazları hökumətin avtomobil yanacağının qiymətinin qaldırılması ilə bağlı qərarı alovlandırmışdı. Bunun ardıca başlayan etiraz aksiyaları 1968-ci ildən bəri ən kütləvi aksiyalar oldu. Bəzən bu aksiyalar polislə aqressiv toqquşmalara gətirib çıxarırdı.
• Fransada etirazlar: kim, nə uğrunda və nəyə qarşı?
Etirazçıların təzyiqi altında – fransalı sürüclərin geyinməli olduğu sarı jiletlər yeni yaranan hərəkatın adına çevrildi – Fransa prezidenti Makron öz qərarını geri çəkib, danışıqlara başladı.
Angela Merkel artıq Almaniyanın lideri deyil
Almaniya kansleri Angela Merkel hakim Xristian-Demokrat İttifaqı Partiyasının sədri postunu tərk edib və növbəti müddət üçün kansler vəzifəsinə namizədliyini irəli sürməyəcək.
Merkel 2005-ci ildən kansler vəzifəsini tutur.
Onun partiyadakı varisi Saar torpağının keçmiş baş naziri Anneqret Kramp-Karrenbauerdir. 2 ildən sonra baş tutacaq seçkilərdə qələbə qazanacağı təqdirdə, o, kansler vəzifəsini tutacaq.
Almaniya medaisının dəyərləndirməsinə görə, onun Merkeldən əsas fərqi Rusiya və prezidentinə qarşı daha tənqidi mövqeyidir.
İqlim dəyişikliyi: tədbir görmək üçün 12 il qalır
2018-ci ilin sonunda iqlim dəyişikliklərinin öyrənilməsi üçün BMT baş katibi tərəfindən yaradılan xüsusi elmi qrupun hesabatı dərc edilib.
Bu hesabat dünyanın əsas sensasiyası olub. Müəlliflər bildirirlər ki, bəşəriyyətin 12 il vaxtı qalıb. Əgər 2030-cu ilə qədər atmosferə atılan zərərli tullantılar radikal əkildə azaldılmasa, Yer kürəsində həyat tanınmaz həddə qədər dəyişəcək.
#MeToo hərəkatı
Bu hərəkat ABŞ-da məşhur prodüser Harvi Vaynşteynə qarşı seksual təcavüz iddiaları irəli sürüləndən sonra yaranıb. Bir il ərzində bu hərəkata bütün dünyadan milyonlarla qadın qoşulub.
ABŞ İranla nüvə sazişindən çıxdı
Bu saziş 2015-ci ildə bağlanmışdı və İranın iqtisadi sanksiyaların aradan qaldırılmasının əvəzində nüvə silahından imtina etməsini nəzərdə tuturdu.
Heç bir digər ölkə hətta ABŞ-ın İranla əlaqə saxlayan şirkətlərə qarşı sanksiya hədəsi altında da bu qərarı dəstəkləmədi.
Ukrayna və Rusiya arasında kəskin gərginləşmə
МВС України спецзасобами отримало доступ до відео провокації -тарана російського прикордонного корабля “Дон” українського судна. Перехоплене відео знято російськими, чутні команди – це піде доказом в міжнародний суд!
Агресія! Гуртуемось та очікуємо реакції дружніх країн! pic.twitter.com/f0e9hFB1BT— Arsen Avakov (@AvakovArsen) November 25, 2018
2018-ci ilin noyabrında Rusiya sərhədçiləri Ukraynanın üç hərbi gəmisinə hücum edib və ələ keçirib. Üç nəfər ukraynalı hərbçi yaralanıb, ümumilikdə iyirmi dörd nəfər həbs edilib və Rusiya həbsxanalarında saxlanılır. Bu, Kerç boğazında baş verib ki, bura da iki ölkə arasındakı razılaşmaya əsasən, ümumi istifadə olunan su hövzəsi hesab edilir.
Putin – dördüncü dəfə Rusiya prezidenti
Vladimir Putin dördüncü dəfə Rusiya prezidenti olub. Bu, konstitusiyada eyni şəxsin bu vəzifəni iki dəfədən artıq tuta bilmədiyi haqda müddəa olmasına baxmayaraq baş verib.
• Rusiya və dünya Vladimir Putinin qələbəsindən nə gözləməlidir?
Şimali və Cənubi Koreya müharibə şəraitindən çıxır
Şimali və Cənubi Koreya 1953-cü ildən bəri aralarında mövcud olan müharibəni formal şəkildə bitirmək niyyətlərini açıqlayıblar. 2018-ci il Olimpiya oyunlarının açılış və bağlanış mərasimində bu ölkələrin komandaları bir bayraq altında addımlayıb.
Meqan Markl – İngiltərə kral ailəsinin tarixində ilk
Amerikalı aktrisa Meqan Markl İngiltərə şahzadəsi Harrinin həyat yoldaşı və İngiltərə kral ailəsinin tarixində ilk qaradərili ailə üzvü olub.