“Biz mayın 17-də patriarxın təsis etdiyi Ailə Müqəddəsliyi Gününün qeyd olunmasına nəzarət edəcəyik. Gey-parad olmayacaq”" />

Gürcüstanlı ultra-sağçılar Tbilisidə Beynəlxalq Homofobiya ilə Mübarizə Gününün qeyd olunmasına imkan verməyəcəklərini vəd edirlər

“Biz mayın 17-də patriarxın təsis etdiyi Ailə Müqəddəsliyi Gününün qeyd olunmasına nəzarət edəcəyik. Gey-parad olmayacaq”

Foto: Tornike Mandariya

Gürcüstanlı ultra-sağçı “Gürcü marşı” və “Gürcü ideyası” təşkilatları bəyan ediblər ki, hüquq müdafiəçilərinin və cəmiyyətin liberal yönlü hissəsinin mayın 17-də Beynəlxalq Homofobiya ilə Mübarizə Günü münasibətilə keçirməyə hazırlaşdığı tədbirlərin qarşısını almaq üçün həmin günə qədər Tbilisidə aksiyalar təşkil edəcəklər.

Ultra-sağçılar öz aksiyalarını ötən gün, mayın 14-də parlament binası qarşısında başladıblar. Orada ultra-millətçi və neonasist təşkilatlarının minlərlə tərəfdaşı toplaşıb. İki partiya – “Demokratik Hərəkat – Vahid Gürcüstan” və “Gürcüstan Vətənpərvərlərinin Alyansı” – təmsilçiləri də onlara qoşulub.

Aksiya iştirakçıları hakimiyyət qarşısında aşağıdakı tələbləri irəli sürüblər:

diskriminasiya əleyhinə qanunu [Gürcüstan parlamenti tərəfindən 2014-cü ildə Avropa strukturlarının təzyiqi altında qəbul olunub, gender, etnik mənşə, dini və seksual oriyentasiya da daxil olmaqla istənilən əlamətinə görə diskriminasiyaya görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutur — JAMnews] ləğv etmək,

narkotik təbliğatı ilə mübarizəni gücləndirmək,

• ənənəvi dəyərlərin müdafiəsini gücləndirmək.

Onlar həmçinin daha əvvəl “Rustavi-2” telekanalı qarşısında keçirdikləri aksiya zamanı həbs olunan “Gürcü marşı” təşkilatının beş üzvünün azad edilməsini tələb ediblər. O zaman aksiya iştirakçıları operatora hücum edib, onu döymüş, həmçinin teleşirkətin avtomobilini zədələmişdilər.

O

nlar həmçinin daha əvvəl “Rustavi-2” telekanalı qarşısında keçirdikləri aksiya zamanı həbs olunan “Gürcü marşı” təşkilatının beş üzvünün azad edilməsini tələb ediblər. O zaman aksiya iştirakçıları operatora hücum edib, onu döymüş, həmçinin teleşirkətin avtomobilini zədələmişdilər.

Ultra-sağçıların aksiyası gənclərin parlament qarşısında mayın 12 və 13-də “Bizim azadlığımız naminə” şüarı altında keçirdiyi ikigünlük irimiqyaslı etiraz aksiyasına cavab olub.  Etirazların səbəbi polisin Tbilisinin “Bassiani” və “Qalereya” gecə klublarında həyata keçirdiyi xüsusi əməliyyat idi.

Onlarla gənc həmin vaxt polis tərəfindən döyülmüş, narkotiklərin yayılması və istifadəsi ittihamı ilə saxlanılmışdı. Bundan sonra minlərlə gənc şəhərin mərkəzində etiraz aksiyasına çıxmış, baş nazir və DİN rəhbərliyinin istefasını, o cümlədən də gənclərə qarşı zorakılıq tətbiq edənlərin cəzalandırılmasını tələb etmişdilər.

Aksiya mayın 13-də gecə saatlarında fəallarla Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya arasında razılıq əldə edilməsi ilə sona çatmışdı. Nazir üzr istəmiş və bildirmişdi ki, Gürcüstanda narko-siyasətin liberallaşması məsələsinin müzakirəsinə başlanacaq, o cümlədən də xüsusi əməliyyatın təfərrüatları araşdırılacaq və günahkarlar müəyyən olunarsa, onlar cəzalanacaqlar.

Neonasist qruplar “Bizim azadlığımız naminə” aksiyasını narkotik təbliğatı adlandırıb və hadisə yerinə gələrək, aksiya iştirakçılarını fiziki şəkildə cəzalandırmaq istəyiblər. Bu iki aksiyanı polis kordonları bir-birindən ayırıb, toqquşmanın qarşısını almaq mümkün olub.

Ultra-sağçılar bildirirlər ki, “hakimiyyət liberalların girovuna çevrilib”, Gürcüstanda “narkotik alverçilərinin və LGBT-nin təbliğatı aparılır”, bütün bunlar da gənclərə mənfi təsir edir. Onlar deyirlər ki, hakimiyyətin diqqətini onların fikrincə, ən vacib problemə – Gürcüstanın ağır sosial-iqtisadi vəziyyətinə cəlb etmək üçün küçələrə çıxmaq qərarına gəliblər.

“Bura “qabaqcılların” yeri deyil”, “Bu günkü proqressivlik biabırçılıqdır” – onların transporantlarında bu cümlələr yer alıb, aksiya iştirakçıları isə həmişəki kimi eyni şüarı səsləndirib: “Eşq olsun Gürcüstana!”

 U

ltra-sağçıların tərəfdarları üçün mayın 17-də qeyd olunan Beynəlxalq Homofobiya ilə Mübarizə Günü vacib mövzudur. Gürcüstanda bu günün ətrafında artıq bir neçə ildir ki, cibbi mübahisələr gedir. Ön tarixçə bu cürdür:

2013-cü ilin bu günündə Tbilisinin mərkəzində onlarla insan əllərində plakat və şarlarla cəmiyyəti müxtəlif seksual oriyentasiyalı insanlara qarşı tolerantlığa dəvət edib.  Ruhanilər və pravoslav fəallar cavab aksiyası keçiriblər. Yüzlərlə insan hadisə yerinə hücum edərək, homofobiyaya qarşı aksiya iştirakçılarını döyüblər, polislər onları avtobuslarla oradan uzaqlaşdıraraq həyatlarını xilas edib. Bu avtobusları da daşlayıblar.

2014-cü ilin əvvəlində Gürcüstanın katalikos-patriarxı İkinci İliya mayın 17-ni Ailə Müqəddəsliyi Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edib. O vaxtdan bəri hər il mayın 17-də Rustaveli prospektində pravoslav ruhanilərinin başçılığı altında insanlar əllərində ikona və xaçlarla yürüş edirlər. Həmin gün homofobiya ilə mübarizə aksiyasına çıxanları polis ciddi-cəhdlə qoruyur.

Tbilisidə hökumət evinin qarşısında kütlə LGBT haqlarının qorunması, parlament qarşısındakı kütlə isə “qadının qadınla, kişinin isə kişi ilə yatmasının” yolverilməz olduğu haqda danışır. Mayın 17-i Gürcüstanda ictimai qarşıdurma günüdür

Gürcüstanda 2013-cü il mayın 17-də homofobiya əleyhinə aksiyada zorakılığa məruz qalanlara kompensasiya ödənəcək

“Biz mayın 17-də patriarxın təsis etdiyi Ailə Müqəddəsliyi Gününün qeyd olunmasına nəzarət edəcəyik. Gey-parad olmayacaq”, – “Gürcü marşı” təşkilatının liderlərindən biri Sandro Breqadze bildirib.


More on JAMnews