Yerli fermerlər meşələri yandırırlar ki, təsərrüfatı genişləndirsinlər. Nəticəsi planetar miqyasda fəlakət olacaq" />

Şərh: Braziliyada meşə yanğınları qəsdən törədilib, insanlıq əleyhinə cinayətə görə məhkəmə olmalıdır

Yerli fermerlər meşələri yandırırlar ki, təsərrüfatı genişləndirsinlər. Nəticəsi planetar miqyasda fəlakət olacaq

Braziliyadakı Amazon meşəsində yanğınlarხანძარი ამაზონის ტყეში.

Jack Marley, The Conversation nəşrinin redaktoru

Braziliyada Amazonkanın tropik meşələrində baş verən dəhşətli yanğının dumanı arasından daha qorxunc mənzərə sezilməyə başlayır:

Yalnız 2019-cu ilin iyulunda hər gün Nyu-Yorkun Manxettan rayonu boyda ərazi yanıb külə dönüb.

Çoxları düşünür ki, bu fəlakətdə insanların bilavasitə günahı yoxdur və bu, təbii fəlakətdir. Amma belə deyil.

Hər şey tam əksinədir.

Amazonkada meşələri fermerlər qəsdən yandırıblar. Əsas məqsədləri cəngəlliklərdə yaşayan yerli qəbilələri oradan qovmaq və regionu iqtisadi inkişafa açmaqdır.

Əsrlik əğacları yerindən çıxarıb, öz parkına daşımaq Gürcüstanın əsas milyarderinin şakəridir

Ermənistanın qum karxanaları və ekoloji fəlakət – şəxsi maraq, yoxsa etinasızlıq naminə?

Bakıda “Sovetski” məhəlləsi necə yoxa çıxır?

Bolsonoronun seçkiqabağı vədlərindən biri “Amazonka vadisinin Braziliyya iqtisadiyyatına inteqrasiyası” ilə bağlı idi. Hakimiyyətə gələndən sonra o, ekologiyaya görə cavabdeh olan qurumun büdcəsini 95 faiz azaldıb və faydalı qazıntıların hasilatı şərtlərini yumşaldıb.

Bolsonaronu dəstəkləyənlər sırasında örüş yerləri yaransın deyə tropik meşələri yandıran fermerlər birinci olub.

Braziliya prezidenti Bolsonoronun hakimiyyətnin ilk ilində Amazonka vadisində meşə yanğınlarının ahəsi 84 faiz artıb.

Bolsonaronun fəaliyyətindən ilk növbədə Amazonka hövzəsinin köklü xalqları ziyan çəkir. Amma tropik meşələrin yoxa çıxması iqlim dəyişikliklərini tezləşdirəcək, bu isə planetar fəlakət olacaq.

Hüquq nöqteyi-nəzərindən bununla bağlı nəsə eləmək mümkündürmü?

Mümkündür. Dünya tropik meşənin yanmasını səssizcə izləyə bilməz.

Yanğınsöndürənlər Braziliyada Amazonka hövzəsində Tenharim Marmelos Indigenous Land rayonunda yanğınla mübarizə aparırlar. 15 sentyabr, 2019. REUTERS/Bruno Kelly

Məəsələn, Banqor Universitetində hüquq tədris edən Tapa Smit The Question nəşrinə bildirib ki, Braziliyada meşə yanğınlarını törədənlərə qarşı beynəlxalq cinayət təqibi başladılmalıdır və bu əməllər insanlığa qarşı cinayət kimi təsbit edilməlidir, çünki bu zaman yalnız bilavasitə ziyan çəkənlər yox, Yer üzündə yaşayan bütün insanlar qurbana çevrilir.

Bu, planetdə ekoloji fəlakətin qarşısını almaq üçün effektiv vasitə ola bilər.

İlk dəfə “insanlığa qarşı cinayət” anlayışı Nürnberq trubunalında İkinci Dümya Müharibəsini dəstəkləyənlərə qarşı istifadə olunub. 

İki nasist general – Alfrd Yodl və Lotar Renduliç “yandırılmış torpaq” taktikasından istifadə etdikləri üçün insanlığa qarşı cinayət törətməkdə günahlandırılıb. 

Ekoloji fəlakətlərə görə insanlığa qarşı cinayət ittihamları hələlik heç kimə qarşı irəli sürülməyib. Amma yəqin ki, artıq zamanıdır. 

İnsanın ətraf mühiti çirkləndirməyə qadir olması halları dəfələrlə artıb və ekoloji cinayətlər bu və ya digər ölkənin problemi olmaqdan çıxıb. Məsələn, yer atmosferində karbon qazının artması planetdə yaşayan bütün insanların problemidir.

Prezident Bolsonaroya qarşı insanlıq əleyhinə cinayət törətmək ittihamının irəli sürülməsi faydalı presedent yarada bilərdi.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fatu Bensuda ekoloji cinayətlərə münasibətdə “insanlıq əleyhinə cinayət” anlayışının tətbiq edilməsinə nail olacağını vəd edib.


More on JAMnews