"Elə bildik müharibə başlayıb. Əvvəlcə nə baş verdiyini anlamadıq", - qonşular danışır" />

Yerevanda mənzillərdən birində partlayış: binanın 14 sakini evakuasiya edilib

"Elə bildik müharibə başlayıb. Əvvəlcə nə baş verdiyini anlamadıq", - qonşular danışır

Yerevanın mərkəzində Vratsakan küçəsində yerləşən çoxmənzilli binanın mənzillərindən birində səhər tezdən partlayış baş verib.
Birinci mərtəbədəki mənzildə baş verən partlayış üzündən ara divarlar və balkon uçub. Qonşu mənzillərin pəncərələri də ziyan görüb. Ölən və yaralanan yoxdur.
Qonşuların sözlərinə görə, partlayışın baş verdiyi mənzildə heç kim yaşamır. Partlayış o qədər güclü olub ki, çöl divarlar da uçaraq, həyətdə dayanan maşınları zədələyib.
“Evdən zorla qaçıb çıxdım. Bir mərtəbə yuxarıda qalıram, amma partlayışın gücündən giriş qapımız əyilib. Zərbə dalğası o qədər güclü idi ki, qapıları əyib, pəncərələri yerindən qoparıb. Elə bildik ki, müharibə başlayıb, əvvəlcə nə baş verdiyini anlamadıq, – sakinlərdən biri danışır.
İlkin məlumata görə, evdə qaz sızıntısı baş verib. Hadisə yerini tədqiq edən mütəxəssislər ehtimal edirlər ki, sızıntını xəbər verən və qaz təminatını avtomatik blok edən siqnalizasiya qoşulu olmayıb. Əgər qoşulu olsaydı, çox güman ki, partlayışın qarşısını almaq mümkün olardı.
Şəhər icra hakimiyyəti bildirir ki, bu, sadəcə ilkin versiyadır, qartlayışın dəqiq səbəbi isə hələ müəyyən olunmalıdır.
Yerevan merinin müavini Kamo Areyan deyib ki, sakinlərin problemləri ilə və binanın dağılmış hissəsinin bərpası ilə məşğuldurlar.
Bina sakinlərini ən çox narahat edən dağılmış mənzilin bərpa olunmasıdır. Bu mənzil birinci mərtəbədə yerləşir və  özək, daşıyıcı divarlar möhkəmləndirilməzsə, o zaman sakinlərin fikrincə, mənzil tamam uçacaq, ardınca da üst qatlar.
Şəhər icra hakimiyyəti hesab edib ki, sakinlərin təhlükəsizliyini təmin etmək mümkün olmayacq və onları evakuasiya edib.
Vitse mer deyib: “Əgər insanların həyatı üçün təhlükə varsa, deməli, orada yaşamaları yolverilməzdir və müvəqqəti yaşayış yeri məsələsini həll etmək lazımdır – məsələn, qohumlarının yanına köçmək. Yox, əgər belə bir imkan yoxdursa, biz bu rayonun administrasiyası ilə birlikdə nə isə təşkil edəcəyik”.

More on JAMnews