Cənubi Qafqaz üçün çox vacib olan ölkədə nələr baş verir – sülalələrarası müharibə yoxsa demokratiya uğrunda mübarizə? " />

Türkiyə Ərdoğanla Gülən arasında

Cənubi Qafqaz üçün çox vacib olan ölkədə nələr baş verir – sülalələrarası müharibə yoxsa demokratiya uğrunda mübarizə?

Foto:David Pipia. İstanbul, aprel 2017, Jamnews

Türkiyənin ən varlı adamlarından biri olan Akin Aypek Londonda olarkən polis İstanbuldakı ona məxsus telekanala gəlir. O, canlı efirdə çox milyardlıq imperiyasına hücumu izləyə bilirdi.

“Çox əsəbiydim”, – Aypek “The New York Times”a müsahibəsində deyib, – “Amma düşünürdüm ki, bir-iki gündən sonra vəziyyət düzələcək”.

Amma vəziyyət düzəlmədi. Bu, hələ Aypekin şəxsi faciəsinin başlanğıcıydı. Onun “Buğun TV” kanalının efirinə giriş 28 oktyabr 2015-ci il tarixində bağlanıb. Ona məxsus olan və “Koza Aypek” konqlomeratında birləşən 22 şirkət indi dövlətin mülkiyyətinə keçib.

“New York Times” yazır ki, bu, Türkiyədə ötən ilin 15 iyul tarixində Ərdoğan hakimiyyətini devirməklə bağlı uğursuz cəhddən sonra başlayan əmlakın müsadirə edilməsi kampaniyasının yalnız bir epizodudur. Türkiyə prezidentinin fikrincə, bu sui-qəsdi təşkil edən imam Fətullah Gülənlə əlaqəli olduğu güman edilən 950-dən çox şirkət müsadirə edilib.  

Bu, misli görünməyən kampaniyadan sonra Türkiyə dövlətinin mülkiyyətinə ən müxtəlif aktivlər keçdi – xırda mağaza və kafelərdən tutmuş ümumi dəyəri təxminən 11 milyard dollar olan iri şirkətlərə qədər. Onların minlərlə əməkdaşı xaricə qaçıb, digərləri – polis, ordu, məhkəmə və mediada “təmizlik işləri” aparılandan sonra həbs edilən 50 min nəfər arasında həbsxanaya düşüb.  

Vaxtıykən Türkiyə inkişaf edən bazarla islamın birləşməsinin etalonu sayılıb. Turizm və ticarət inkişaf edirdi, təkcə “Starbaks” şirkəti 2003-cü ildən başlayaraq, ölkədə yüzlərlə müəssisə açıb.

Bununla belə, Türkiyədə siyasət və maliyyə bir-birilə sıx uzlaşıb və baş tutmayan çevrilişin fəsadları iqtisadiyyatda da özünü göstərdi.

Türk lirası zəiflədi, xarici sərmayələr isə il ərzində iki dəfə azaldı. Dünyanın üç ən iri reytinq agentliyi Türkiyənin statusunu “zibil” statusuna qədər endirdilər, bunun səbəblərindən biri kimi isə Fətullah Gülən hərəkatı ilə əlaqələrdə şübhəli bilinən şirkətlərin ələ keçirilməsini göstərdilər.

Fətullah Gülən

A ypek Türkiyədən köçərək, ABŞ-da yaşayan 76 yaşlı Gülənlə əlaqələrdə şübhəli bilinənlərdən biridir.

Fətullah Gülən

On illər ərzində Gülən sülh, demokratiya və elmi bilik prinsiplərinə əsaslanan islamı təbliğ edir. Onun “Xizmət” hərəkatı Türkiyə və başqa ölkələrdə təhsil müəssisələri şəbəkəsi, o cümlədən ABŞ-da 120 məktəb açıb. Hərəkat Türkiyəyə amerikalı siyasətçilərdən ibarət nümayəndə heyətlərinin səfərlərini maliyyələşdirib.

Gülənin opponentləri hesab edir ki, bütün bunlar əslində qarısına varlanmaq və hökumətin devrilməsini məqsədini qoyan təşkilat üçün təbliğat pərdəsi idi.

Gülən məktəblərinin məzunlarını ilk növbədə ölkənin hüquq-mühafizə sistemində iş axtarmağa vadar edirdilər. Gülənin himayəsi altında olan sahibkarlar rəqiblərini qabaqlayaraq, asanlıqla istənilən icazə və lisenziyalar ala bilirdilər.

Türkiyə hökumətinin versiyasına görə, ən uğurlu protejelərdən biri Aypek idi.

Aypek Londonda öz nüfuzu və əvvəlki həyat tərzini bərpa etməklə məşğuldur. O, Güləni maliyyə cəhətdən dəstəklədiyini və tərəfdarlarının himayəsi altında olduğunu inkar edir. Aypekin sözlərinə görə, hazırda onun var-dövləti 10 milyondan çox deyil.

“Həyatımda bir dənə də olsun cinayət törətməmişəm, yol hərəkəti qaydalarını belə pozmamışam”, – Aypek müsahibəsində deyib.

Həm Aypekin sözlərində, həm də Türkiyə hökumətinin versiyasında həqiqəti yalandan ayırmaq asan deyil. Bu günkü Türkiyədə bu anlayışlar, həm də müttəfiqlərlə xainlər arasında sərhədlər çox pozulub.

Əslində bu məsələdə ən vacib rol Aypekin atasına məxsusdur.

15 il əvvəl ata Aypek xırda sahibkardan milyarderə çevrilir. Onun sözlərinə görə, bu başgicəlləndirən uğur qüdrətli siyasi xadimin dəstəyi ilə deyil, şəxsi əmək sayəsində qazanılıb.

A mma başqa bir versiya da var – ata Aypekin uğur qazanması 2003-cü ildə onun qatı düşməni Tayyib Ərdoğanın baş nazir olması sayəsində mümkün olub.

O vaxta qədər Türkiyəyə on illər ərzində kamalçılar – orduya arxalanan kübar elita başçılıq edib. Birdən də baş nazir postuna mühafizəkar islamçı keçir, onun da yeni hakimiyyətə loyal olan yeni məmurlar, hakimlər və polislərə ehtiyacı varıydı.

Ərdoğan o vaxtlar rəqib deyil, intellektual elita arasında nüfuzu olan mühafizəkar imam sayılan Gülənlə əlaqə yaradır. Gülənin davamçıları hökumətdə əsas mövqeləri tutmağa başlayır, dövlət bürokratiyasının əvəz olunması başlayır.

Ərdoğan və Gülən tərəfindən dəstəklənən iş adamlarının uğur qazanması qaçılmaz idi. Türkiyə yüksəliş dövrünə keçdi və doğru əlaqələri olan insanların işi yaxşı gedirdi. 2005-ci ildə qızılçıxarma mədəni almaqla karyerasına başlayan ata Aypek də bunlardan biri oldu.

Erdoğan Gülən birliyi çox sürmədi. 2007-ci ildə Gülən ölkəni tərk edir, onunla əməkdaşlıqda şübhəli bilinmək isə təhlükəliydi. 2009-cu ildə Ərdoğan Gülənin Türkiyədə hakimiyyəti ələ keçirmək istəməsi ittihamı ilə çıxış edir.   

Tezliklə aydın olur ki, sahibkarlar kimin tərəfindən olduqlarını müəyyən etməlidirlər. Amma Aypek ailəsinin artıq seçim imkanı yoxuydu – həmin vaxt artıq ailənin var-dövləti Gülənlə çox bağlıyd

Akin Aypek. Foto Andrew Testa. The New York Times

Aypek çox güman ki, Türkiyədə gələcəyinin sual altında olduğunu çox yaxşı bilirdi. Hələ 2014-cü ildə o, Londona köçməyə hazırlaşır və burada bütün aktivlərinin idarə olunması üzrə şirkət yaradır.

Türkiyə hökumətinin həm də Aypekə artıq iki ildir ki, məhkəməsiz həbsxanada yatan kiçik qardaşı Tekinlə təsir etmək imkanı var. Aypek kiçik qardaşının azad edilməsi əvəzində özünü də təklif etdi. Onun sözlərinə görə, buna cavab olaraq hökumət ona Türkiyəyə gəlib, danışıqlara başlamağı təklif edib. O da bu dəfə hər ikisinin həbsxanaya düşəcəyindən çəkinərək, rədd cavabı verir.   

Türkiyədə və onun hüdudlarından kənarda bir çoxları hesab edir ki, Ərdoğan uğursuz çevrilişdən düşmənlərinə divan tutmaq üçün bir bəhanə kimi istifadə etdi və insanları hətta Gülənlə bağlı banklara pul yatırdıqlarına görə həbsxanaya atır.  

Ötən il ərzində 13 mindən çox adam işdən çıxarılıb və ya vəzifəsindən azad edilib, onlarla xəstəxana, 1,200 məktəb və 15 universitet bağlanıb.


More on JAMnews