Hakimiyyətin siyasətindən narazı olan fəallar bir il əvvəlki “parlament qarşısında rəqsləri” xatırlayır və dəyişiklik tələb edirlər" />

Tbilisidə hamıya üzrxahlıq bildirən daxili işlər nazirinin büstü qoyulub

Hakimiyyətin siyasətindən narazı olan fəallar bir il əvvəlki “parlament qarşısında rəqsləri” xatırlayır və dəyişiklik tələb edirlər

Mayın 12-də Gürcüstan parlamentinin qarşısında ölkənin daxili işlər naziri Giorgi Qaxariyanın büstü qoyulub. Büstün üzərində qırmızı düymə var – onu basanda nazir üzr istəyir.

Həmçinin bütün şəhər boyu üzərində ilk baxışdan qəribə yazılar olan bannerlər və plakatlar asılıb: “Üzrxahlıqdan başlayaq”, “Azadlığa yox!”, “Hakimiyyət və hüquq – oliqarxa!”, “Hakimiyyətə tabe olan məhkəmə sistemi istəyirik”, “Söz azadlığına yox”, “Biz niyə rəqs edək?”.

Hakimiyyətin siyasətindən narazı olan fəallar bu cür etiraz forması seçiblər. Mayın 12-i bir il əvvəl 2018-ci ildə polisin narkotik alverçiləri və istifadəçilərini üzə çıxarmaq məqsədilə Tbilisinin iki populyar gecə klubunda aqressiv reydlər zamanı həyata keçirdiyi talanın ildönümü ilə əlaqədar seçilib. Həmin gün onlarla insan döyülmüşdü.

O zaman polisin əməlləri gənclərin kütləvi aksiyalarına səbəb olmuşdu. Minlənlə insan parlament qarşısına gəlmişdi. Etiraz iştirakçıları bildirirdi ki, onların məqsədi yalnız narkotik siyasətinin liberallaşması deyil, həm də azad cəmiyyətin mühafizəsidir. “Biz birlikdə rəqs edir və birlikdə mübarizə aparırıq” – sözləri 12-13 may 2018-ci ildə baş tutan iki günlük aksiyanın əsas şüarına çevrilmişdi. Toplaşan gənclər parlament qarşısındakı meydanda elektron musiqi səsləndirib, rəngli tüstü buraxıb, uzun saatlar boyu rəqs etmişdilər.

Tbilisidə nə baş verir? Niyə insanlar parlamentin qarşısında rəqs edirdi?

Şərh: Gürcüstan – dünyaların savaşı

“Bu installyasiya ilə nazirə xatırlatmaq istəyirik ki, onun qısa müddət içində bir sıra problemi həll edəcəyinə dair ictimaiyyət qarşısında verdiyi vəddən bir il ötüb, amma mahiyyət etibarilə heç nə dəyişməyib. Biz nazirin üzr istəyən büstünü quraşdırmışıq, amma bu üzrxahlıq heç bir yaxşılaşmaya səbəb olmur”, — fəallardan biri Aleksandre Cavaxişvili bildirib.

2018-ci il mayın 12-də dövlət sadəcə gənclərin toplaşdığı konkret klublara qarşı yox, hətta sadəcə gənclərə qarşı da yox, ümumilikdə ölkəyə qarşı kobud əməllərə yol verdi. Və bu günün izsiz, bir il əvvəlki hadisələr xatırlanmadan ötüb keçməsi doğru olmazdı”, – 2018-ci ildə ziyan çəkən “Basiani” klubunun təsisçilərindən biri Tato Qetiya jurnalistlərə deyib.

“2018-ci il mayın 12-də dövlət sadəcə gənclərin toplaşdığı konkret klublara qarşı yox, hətta sadəcə gənclərə qarşı da yox, ümumilikdə ölkəyə qarşı kobud əməllərə yol verdi. Və bu günün izsiz, bir il əvvəlki hadisələr xatırlanmadan ötüb keçməsi doğru olmazdı”, – 2018-ci ildə ziyan çəkən “Basiani” klubunun təsisçilərindən biri Tato Qetiya jurnalistlərə deyib.

“Biz ona görə etirazın bu formasına əl atdıq ki, bütün sosial tələblərə hakimiyyət əks tədbirlərlə cavab verir. Bəlkə indi, bizə azad mətbuat və ya müstəqil məhkəmə lazım olmadığı haqda tələblər sərgiləmişkən, əslində istədiyimizi əldə edə bilərik?”.

Polis bannerləri tez yığışdırıb. Amma nazirin büstü parlamentin qarşısında qalır. Yanında isə gücləndirilmiş polis qüvvələri düzülüb. Amma hüquq-mühafizəçilərinin sözlərinə görə, onlar öz şeflərinin büstünün yanında ona görə toplanıblar ki, Gürcüstan vətəndaşlarının “öz iradələrini azad ifadə etmək” haqqını qorusunlar.


More on JAMnews