Təhlükəli gəzinti
İnkişaf etmiş ölkələrin şəhərlərində elə mühit yatarmağa çalışırlar ki, insanlar daha çox piyada gəzə bilsinlər. Niyə? İnsanlar nə qədər çox piyada gəzsələr, bir o qədər az avtonəqliyyatdan istifadı edəcəklər, bu da küçələrdəki qələbəliyi, səs-küyü və havanın çirklənməsini azaldır, bununla da şəhərdə yaşamaq üçün daha yaxşı şərait yaradır. Küçələrdə piyadaların sayının artması həm də küçə boyu yerləşən çoxlu sayda biznes növləri üçün xeyirlidir. Və nəhayət, piyada gəzinti insanlar üçün xeyirlidir, çünki piylənmə və onunla bağlı olan xəstəliklərin qarşısını alır.
Tbilisinin küçələri ilə az-çox piyada gəzməli olanlar bu prosesin heç də xoş olmadığını təsdirləyəcəklər. Səbəb nədir?
Bərpa edilməmiş səkilər
Tbilisinin əksər səkiləri çox acınacaqlı vəziyyətdədir, bəzi yerlərdə isə ümumiyyətlə səki yoxdur. Hələ sovet dövründən qalmış səkilərdəki çalalara həm də infrastruktur və tikinti işləri zamanı meydana gələn kələ-kötürü də əlavə etmək olar. Şəhər hakimiyyəti daha çox diqqət və vəsaiti avtomobil yollarına ayırır, səkiləri isə əksər vaxtlarda unudurlar. Meriyanın yolların yenidən qurulması üzrə işlərin “fəal fazaya keçməsi ilə bağlı məlumatları tez-tez səsləndirilir, amma səkilərin bərpası məsələsi hətta vədlər səviyyəsində də nəzərdən keçirilmir.
Səkilərdə parkinq
İstənilən normal şəhərdə səkinin əsas funksiyası insanlara bir yerdən başqa yerə gedib çıxmaq imkanı yaratmaqdır. Tbilisidə isə səki əsasən xüsusi parkinq ərazilərində özünə yer tapmayan avtomobillər üçün dayanacaq yeridir. Yenə yaxşıdır ki, bəzən avtomobillə bərabər səkidə adamın bir təhər keçə biləcəyi qədər yer qalır, qalmayanda isə piyada başqa yerdən də keçə bilər – hətta avtomolil yolunun ikinci zolağı ilə də. Tbilisidə səki ilə hərəkətin bütün çətinliklərini öz üzərinizdə hiss etmək istəyirsizsə, uşaq arabası ilə şəhərdə gəzməyə cəhd edin.
Yol qırağındakı tikinti
Parkinqdən başqa səkidən həm də tikinti tullantılarını atmaq üçün istifadə edirlər. Tbilisidə bir çox yerlərdə qum, çınqıl və başqa tikinti materialları ilə bağlanan səkilərə rast gəlmək mümkündür. Bundan əlavə, səki və onun böyük hissəsi adətən tikinti hasarının arxasında qalır, piyadalar üçün təhlükəsiz və rahat keçid isə nəzərdə tutulmur.
Piyada keçidlərinin azlığı
Piyada gəzintisinin həyat uğrunda mübarizəyə çevrilməməsi, əksinə həzz verməsi üçün səki ilə azad hərəkət etməkdən başqa, insanların yolu asan və təhlükəsiz keçmək imkanı olmalıdır. Normal şəhərlərdə, az-çox geniş yollarda, hər 150-200 metrdən bir işıqfor və piyada keçidi olur.
Bizdə isə elə yerlər var ki, bir kilometr məsafədə bir dənə də olsun işıqfor və piyada keçidi yoxdur. Misal üçün, şəhərin mərkəzi küçəsi olan Rustaveli prospektində yolun bir tərəfindən o biri tərəfinə keçmək sözün əsl mənasında əzaba çevrilir. Keçid əvəzinə Tbilisidə hələ də sovet şəhər planlaşdırılmasının eybəcər qalıqları – qaranlıq və zibilli yeraltı keçidlər mövcuddur. Yeraltı keçidlərdən istifadə istənilən adam üçün xoş deyil, bəziləri (yaşlılıar, əlillər və uşaq arabası ilə olan insanlar) üçün isə bu, fiziki olaraq, mümkün deyil. Belə çıxır ki, bu insanlar şəhərdə sərbəst hərəkət etmək imkanından məhrumdurlar, bu isə insanın əsas hüquqlarından biridir. Müasir Tbilisinin şəhər hakimiyyəti nəinki sovet dövrünün bu qalıqlarını aradan qaldırmadı, onlara piyada körpülərini də əlavə etməklə vəziyyəti daha da çətinləşdirdi. Piyada körpüsündən istifadə etmək piyada keçidindən xeyli daha çətindir.
Ağır ekoloji vəziyyət
Tbilisidə hava yanacaq iyi verir və sağlamlığınız üçün ziyandır. Tbilisidə avtomobillərin vəziyyətinə və ya benzinin keyfiyyətinə, onun tərkibində müxtəlif zərərli maddələrin olub-olmadığına nəzarət edilmir. Bundan əlavə, Tbilisidə tikintiyə də nəzarət olunmur (səkiyə atılan tikinti tullantılarını xatırlayırsız?); müxtəlif tikinti obyektləri, onların materialları və tullantıları lazimi qaydada təcrid edilmir və yüngül meh belə kifayət edir ki, bu toz-torpaq sizin ciyərlərinizə çöksün.
Və nəhayət, bəzi küçələrdə (elə həmin nizamsız tikinti nəticəsində) artıq ağaclar bitmir, bu da yayda havanın hərarəti 40 dərəcəyə çatan şəhər üçün böyük problemə çevrilir. Günəşli iyul günlərinin birində bu küçələrdə gəzişməyə cəhd göstərin.
Yararsız ictimai nəqliyyat
İri şəhərlər böyük ərazilərdə yerləşir və heç də həmişə və hər yerə piyada gedib çıxmaq mümkün olmur. Şəhərdə ayaqla rahat hərəkət həm də keyfiyyətli və rahat ictimai nəqliyyatın olması ilə şərtlənir. Tbilisidə nə baş verir? Siz səkidə dayanan avtomobillərin arasından bir təhər keçib, qum təpəciyinin üstündən aşıb, tikinti hasarı ilə səki arasındakı 20 santimetrlik keçiddən bir təhər sivişib, nəhayət, avtobus dayanacağına qədər gəlib çıxa bilsəz, 10 il bundan əvvəl şəhər meriyası tərəfindən alınan və həmin bu 10 il ərzində ən sadə texniki xidmət belə göstərilməyən avtobusa minə bilərsiniz. Tbilisi avtobuslarında soyutma sistemi yoxdur ki, bu da şəhər iqlimini nəzərə alsaq çox qəribədir. Siz mikroavtobusla getməyi üstün tutsaz bütün bunlara səs-küylü musiqi və sürücünün siqaretinin tüstüsü də əlavə olunacaq.