Abxazlar üçün acika sadəcə duz deməkdir" />

Ömrü uzatmaq üçün hər gün abxaz acikası yemək lazımdır

Abxazlar üçün acika sadəcə duz deməkdir

Əvvəlcə onu deyək ki, abxazlar üçün acika sadəcə duz deməkdir. Bir çoxlarının acika adlandırdığı pasta şəkilli sousu isə abxazlılar “apırpıl-acika, ya da “aciktsatsa adlandırırlar ki, bu da “sürtkəcdən keçirilmiş bibərlə duz deməkdir.

Rimma Koqoniya müharibədən sonra bu günə qədər acika düzəldib, bazarda satır. Onun 65 yaşı var, xoşüzlü, sadə qadındır. Xüsusən də onun yaşında acika hazırlamağın çətin olduğunu deyir. Bu yaxınlarda artıq məzuniyyətə çıxmaq istəyirdi, amma bəzi səbəblər üzündən işə qayıtmalı oldu.

“Nəvəm bu yaxınlarda maşını ilə qəza törədib, böyük həcmdə borcu yığılıb. Buna görə də mən bazara qayıtmalı oldun. Onun üçün pul yığandan sonra, evdə oturub, ancaq ailəm üçün acika hazırlamağa başlayacam”, – Rimma deyir.

“Acika hazırlamağı mənə nənəm öyrədib. Əvvəllər acikanı “axakyada hazırlayırdılar, bu bibəri əzmək üçün olan xüsusi daş qabdır. Amma indi artıq hamı ət maşınından istifadə edir”.

Suxum bazarında Rimma xalanı hamı tanıyır, burada onun çoxdandır ki daimi müştəriləri var. Acikanı o düz bazarın içində hazırlayır, çünki evdən acikanı gətirmək uzaq və çətindir – o, Abxaziyanın şərqində yerləşən Kutol kəndində yaşayır.

Kəndin Abxaziyada ən məşhur olan ədviyyatın öz yaranma tarixçəsi var. Danışırlar ki, öz heyvanlarını otlağa göndərən sürü sahibləri çobanlara qoyuna yedirtmək üçün duz da verirdilər. O vaxtlar duz baha olduğu üçün çobanlar onu özləri yeməsinlər deyə heyvan sahibləri duzu bibərlə qarışdırırdılar. Amma çobanların bibərli duzdan xoşları gəldi. Bundan başqa, onlar bura sarımsaq və ətirli otlar da əlavə edərək, tezliklə çox populyar olan ətirli və acı ədviyyat düzəltdilər.

Acika bir çox ölkədə sevilən ədviyyatlardan biridir. Amma əksər vaxtlarda bu adla acikanı deyil, dadlı sousları adlandırırlar.

Abxaz xanımların ən böyük sirrinin üstünü açacam.

1. Acikada pomidor yoxdur.

2. Acikada bolqar bibəri yoxdur.

3. Acikada sirkə yoxdur.

4. Acikada şəkər yoxdur.

5. Acikada bitki yağı yoxdur.

6. Acikada nə alma, nə də kök var.

Əsl abxaz acikasında bütün bunlar yoxdur və ola da bilməz.

“Apırpıl-acikanın hazırlanması üçün aşağıdakılar lazımdır: qırmızı acı bibər, quru keşniş, qoz (istəklə), sarımsaq, xmeli suneli və iri duz. 

Acikanın hazırlanması ancaq ilk baxışdan asan görünə bilər, əslində isə bu, ağır zəhmət tələb edir.

Beləliklə.

acı bibər – 30 dənə;

sarımsaq – 1,5 baş;

quru keşniş – 4 xörək qaşığı;

xmeli suneli – 3 çay qaşığı;

qoz – 200 qram;

duz dadına görə.

 Əlbəttə ki, acikanın əsas komponenti bibərdir.

Abxaziyada onu martda əkirlər, yayın sonuna yaxın isə o dizə qədər uzanır və müxtəlif rəngli zoğ verir – yaşıl və qırmızı.

Hər iki bibər acikanın hazırlanmasında istifadə olunur. Ən aşağı zoğlar qızaranda, məhsulu yığmağa başlayırlar.

Bundan sonra onu qurutmaq üçün asırlar, bunun üçün ən yaxşı yer hörmə “apatsxadır. Burada bibəri tüstünün içində saxlayırlar, bu zaman da əsl abxaz acikasının dadının əsas sirlərindən biri olan həmin o xüsusi dad yaranır.

Apatsxada bibər tünd qırmızı rəngdə olur və uzun müddət burada qalır. 

Biz isə hər şeyi əvvəlcədən aldıq.

Rimma xala dərhal bibəri təmizləməyə başladı. Onun quyruqlarını təmizləmək lazımdır, amma toxumlarını götürmək olmaz, əks halda acika o qədər də acı olmayacaq.

Adətən qadınlar rezin əlcək taxırlar, Rimma xala isə əlcəkdə narahat olduğunu deyir, düzdür, gecələr əlləri bibərin acısından yanır. Əlləri çapıq-çapıqdır, çünki acikanı ət çəkən maşınından keçirərkən, tez-tez əllərini kəsir.

Rimma xala bibəri təmizləyəndən sonra onu yaxşıca yudu. Sonra quru keşnişi, daha sonra da bibəri ət çəkən maşınından keçirdi.

Bu zaman Rimma xala yaxınlaşan müştərilərə də vaxt ayırıb, vitrindəki acikadan onlara satırdı.

Mən də kömək etmək qərarına gəldim və hazır inqridiyentləri qarışdırmağa başladım. Rimma xala quru keşnişi üyüdəndən sonra onu bibərə əlavə etdi. Bunu yaxşıca qarışdıraraq, yavaş-yavaş duz əlavə etməyə başladı. Yeri gəlmişkən, duzu acikaya tək dad vermək üçün deyil, həm də onun çox acı olmaması üçün əlavə edirlər.  

Sonra biz sarımsağı ət maşınından keçirib, onu xmeli suneli ilə birlikdə hazır bibər qarışığına əlavə etdik. Bu zaman qoxu bütün bazara yayıldı və yanımızdan ötüb keçən adamların üzündən acikanın dadına baxmaq istəyi oxunurdu.

Biz Rimma xala ilə birlikdə artıq demək olar ki, hazır acikanı qarışdırmağa davam etdik və əvvəlcədən üyüdülmüş qozu əlavə etdik.

Siz acı yeməyi o qədər də sevmirsizsə, amma acikanı qaşıqla yemək istəyirsizsə sizə daha bir sirr açım. Acı qırmızı bibəri bolqar bibəri ilə qarışdırmaq olar, onda acika o qədər də acı olmayacaq. Ya da acikanı acı yaşıl bibərdən hazırlamaq olar, o qırmızı  bibər  qədər acı deyil. 

Acika abxazlılarda həmişə olur, onu bütün yeməklərə əlavə edirlər, süfrədə də ona xüsusi qabda həmişə ayrıca yer ayrılır. Hətta “qonaqpərvərlik abxaz dilində “açei-acika kimi səslənir, bu da hərfi tərcümədə “çörək-acika deməkdir, təxminən “duz-çörək kimi. 

Abxaziyada acikanı ət, lobya, süd məmulatları, təzə tərəvəzlə yeyirlər, demək olar ki, bütün souslara əlavə edirlər. Abxazlar acikanı yəqin ki, ancaq çaya əlavə etmirlər.

Abxaz uzun ömürlülüyü fenomenini tədqiq edən alimlər belə bir nəticəyə gəliblər ki, başqa səbəblər içində vacib rolu həm də bütün ömür boyu acı acika ədviyyatının istifadəsi oynayır.

Abxazlar deyirlər ki, acika sadəcə yemək deyil, həyat tərzidir. Onun həddən çox istifadəsi yandırır, buna görə də o aza qane olmağı öyrədir; acılığı rəgarəglik verir. 

Rimma xala isə hazırladığımız acikanı bankalara yığaraq, ikisini də mənə bağışladı. Bu cür balaca bankaları Suxum bazarında 100 rubla almaq olar [$1,5]. 

Əlbəttə, acikanın tam hazır olması üçün beş gün gözləmək, bütün komponentlərə “mehribanlaşmaq, aralarında sarsılmaz  sevgi və dostluğun yaranması üçün vaxt sərf etmək lazımdır. Amma mən artıq gözləyə bilmirdim. İsti Suxum çörəyi alıb, üstünə nazik lay acika çəkdim və böyük məmnuniyyətlə yedim.

Axı acika dəhşətli dərəcədə acı deyil, o dadlıdır və həmişə mədədə sevinc və yaxşı əhval-ruhiyyə yaradır. Burada ən əsası inqredientlərin dostlaşması, münaqişənin aradan qalxması və bayramın yaşanması üçün həmin o 5 günü gözləməkdir.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır
Facebook Comments

More on JAMnews