1990-cı illərdə başlanılan müharibələr dərsliklərin səhifələrində davam edir" />

Şagirdlər müharibədə

1990-cı illərdə başlanılan müharibələr dərsliklərin səhifələrində davam edir

Cənubi Qafqazın müxtəlif yerlərində şagirdlər öz dərsliklərindən bu regionun ərazisində baş verən üç post-sovet münaqişəsi – Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişələri haqqında nələri öyrənirlər?

Gürcü-abxaz münaqişəsi

Foto: Qeorqiy Saqareli

 

Bakı: məktəb dərsliklərində gürcü-abxaz münaqişəsinin versiyası

Gürcü-abxaz münaqişəsi haqda məlumat ancaq 9-cu sinif tarix dərsliyində verilir. Bu məlumat 2008-ci il avqust ayında baş verən müharibə haqqındadır. Məlumat bircə abzas tutur. 

 

“Hərbi müdaxilə termininin istifadəsi, “ərazilərin ilhaqı anlayışının isə olmaması diqqəti cəlb edir.
1990-cı illərin əvvəllərində baş verən hadisələr Azərbaycanda heç bir tarix dərsliyində qeyd olunmur.

Yerevan: məktəb dərsliklərində gürcü-abxaz münaqişəsinin versiyası

 Bu mövzu ancaq bir dərslikdə, 12-ci sinif üçün “Ümumdünya tarixi dərsliyində, “Sovet İttifaqının dağılması haqda və “Müasir münaqişələr haqqında adlı  iki fəsildə rast gəlinir, o da iki-üç abzasla.

Məktəblilərə aşağıdakı yanaşma təklif olunur.

Ancaq 2008-ci il hadisələri ilə bağlı bəzi təfərrüatlar açıqlanır.

Gürcü-abxaz münaqişəsi haqqında Ermənistandakı tarix dərsliklərində daha heç bir məlumat yoxdur.

Suxum: məktəb dərsliklərində gürcü-abxaz münaqişəsinin versiyası

Artıq beş ildir ki, şagirdlər burada Abxaziya tarixini vahid dərslik üzrə öyrənirlər. Dərsliyin müəllifi İrina Kuakuaskirdir, müxtəlif siniflərdə də onun müxtəlif fəsillərini öyrənirlər.

Məşhur abxaz tarixçiləri Stanislav Lakoba və Oleq Bqabja tərəfindən hazırlanan əvvəlki dərslik həddən artıq akademik və çətin anlaşılan idi. O, 1980-ci illərin axırlarında, gürcü-abxaz müharibəsindən əvvəl dərc edilib və əvvəlcə ali məktəblər üçün nəzərdə tutulmuşdu.

Sovet İttifaqının dağılmasından sonra dəyişən reallıq abxaz hökumətini təcili olaraq sovet dövrününün tarix dərsliklərinə əvəz axtarmağa məcbur etdi. Bundan əlavə, məktəblərdə yeni fənn yarandı – Abxaziya tarixi fənni. Qısa müddət ərzində məktəblər üçün nəzərdə tutulan dərslik hazırlamaq və çap etdirmək mümkünsüz göründüyü üçün yaranmış boşluğu Lakoba və Bqabjın vəsaiti ilə doldurmaq qərarına gəldilər. 

İndiki dərslik tarixi hadisələrin interpretasiyası baxımından özündən əvvəlki dərslikdən heç nə ilə fərqlənmir, bircə istisna ilə – yeni dərsliyə gürcü-abxaz müharibəsi və Abxaziyada müharibədən sonrakı dövrə aid bir neçə fəsil əlavə edilib.

Gürcü-abxaz münaqişəsinə bir neçə böyük fəsil ayrılıb, ona “Abxaziya xalqının 1992-1993-cü illər müharibəsi adı verilib. Abxaziya ərazisinə gürcü qoşunlarının yerləşdirilməsi isə burada təcavüz aktı kimi göstərilir.  

Gürcü-abxaz münaqişəsi haqda ilk məlumat 6-cı sinif üçün dərslikdə verilir.

Müharibənin başlanmasının rəsmi abxaz versiyasından başqa dərslikdə

“hadisələrin gürcü versiyası da verilir.

Burada məktəblilərə məlumat verilir ki, Gürcüstanın versiyasına görə, o qatarlara səngimək bilməyən hücumlar və qarətlər səbəbindən Abxaziya ərazisinə qoşun yeritməli oldu. Gürcüstanın Abxaziya ərazisinə qoşun yeritməsinə gətirdiyi daha bir səbəb – Gürcüstanın devrilən prezidenti Zviad Qamsaxurdiyanın tərəfdaşlarının Abxaziyada girov götürdüyü gürcü hökumətinin iki üzvü Aleksandr Kavsadze və Roman Qventsadzeni azad etmək lazımıydı.  

Sonda isə dərslik müəllifi yekun vurur:

Dərslikdə həm də deyilir ki, əslində qoşunların yeridilməsinə səbəb gürcü tərəfinin “abxaz məsələsini bitirmək istəyi ilə bağlı olub. Buna sübut olaraq dərslikdə o vaxtlar gürcü qoşunlarına komandanlıq edən Georgi Karkaraşvilinin sözlərindən sitat gətirilir, o müharibənin əvvəlində özünün abxazlara tele-müraciətində bildirdi ki, bütün abxaz xalqını məhv etmək üçün yüz min gürcünü qurban verməyə hazırdır.

Dərslikdə həm də qeyd olunur ki, gürcü qoşunlarının hədəfi təkcə abxazlar deyil, həm də respublikanın bütün gürcü olmayan əhalisi idi.

Abxaziyanın gürcü əhalisinin böyük hissəsinin davranışını, onun müharibənin  başlanmasına və sonrakı hadisələrə reaksiyasını dərslik “Abxaziyada beşinci kolonun fəaliyyəti kimi qiymətləndirir. 

Dərsliyin müəllifinin tərifinə görə, “Gürcüstanın Abxaziyaya qarşı başladığı amansız müharibə iki xalqın qarşılıqlı münasibətləri tarixinə ən faciəvi səhifəsi kimi daxil olacaq.

Tbilisi: məktəb dərsliklərində gürcü-abxaz münaqişəsinin versiyası

İlk dəfə gürcü-abxaz münaqişəsi haqqında məlumat doqquzuncu sinif üçün tarix dərsliyində, Gürcüstanın öz müstəqilliyini elan etməsinə həsr olunan fəsildə verilir. Məktəblilərə hadisələrin aşağıdakı versiyası təqdim olunur:

Daha sonra dərslikdə vurğulanır ki, Abxaziya Ali Şurasının kvorumun olmaması səbəbindən bu bəyannaməni qəbul etmək haqqı yoxuydu.

Mühüm məqamlar və münaqişənin xronologiyası dərslikdə yarım səhifədə yerləşdi. Belə bir məlumat da verilir:

Qəribədir ki, müxtəlif siniflər üçün tarix dərsliklərində məlumat dəyişmir. 9-cu və 12-ci siniflər üçün dərsliklərdə eyni qısa mətnlər var.

Məktəbdə bu mövzuya belə az yer verilməsini gürcü müəllimləri ümumilikdə aşağıdakı kimi başa salırlar: bu, siyasi bir münaqişədir və ona yekun siyasi qiymət verilməyib. Bu baş verəndən sonra milli təhsil planında da öz əksini tapacaq, sonra da çox güman ki, tarix dərslikləri də dəyişdiriləcək. Bu vaxta qədər isə heç bir tarix dərsliyi müəllifi dəqiq qiymət vermək məsuliyyətini öz üzərinə götürməyəcək. 

Tarix fənni ürə məktəb müəllimləri ilə söhbətlərdən məlum olur ki, onların bir hissəsi dərslikdə verilən informasiya ilə kifayətlənirlər. Başqaları isə dərsi hansı istiqamətdə aparmağı özləri seçir.  

Tarix müəllimi Eliso Çubinaşvili:

“Biz müəllimlər uşaqlara izah edirik ki, münaqişə Sovet İttifaqının cinayətkar siyasətinin bir hissəsi oldu, bu zaman separatizm təşviq olunur və anti-gürcü meyllər güclənirdi. Eyni zamanda uşaqlara başa salırıq ki, Qafqazdakı bütün münaqişələrin təhrikçisi öz maraqlarını güdən Rusiya olub. 

Söhbət zamanı Eliso Çubinaşvili etiraf edir ki, söhbət tarix müəllimlərinin ümumi yanaşmasından deyil, onun özünün dərsi necə aparmasından gedir və “uşaqların eşitdiyi tarix versiyası konkret müəllimin baxışlarından asılıdır. 

“Gürcü liseyi məktəbində tarix müəllimi olan Simon Masxaraşvili hesab edir ki, “bu gün uşaqlara dərs dediyimiz dərsliklər ancaq bir şeyə yarayır – anti-dərslik nümunəsi olmağa.

“Bu kitablarda hadisələrin məğzi aydın deyil, səbəb-nəticə əlaqələri göstərilmir. Tarix siyasi doktrinalar üçün nəzəri əsas olmalı, şagirdlərə istiqamət verməli, nələrin baş verdiyini, bizim nə ilə qarşılaşdığımızı, kim olduğumuzu izah etməlidir. Bunların heç biri indiki məktəb dərsliklərində yoxdur.

Ümumilikdə Gürcüstanda gənclərin məktəbi bitirənə qədər gürcü-abxaz münaqişəsi ilə bağlı aldıqları informasiya budur:

6-cı sinifdən şagirdlər öyrənirlər ki, 1801-ci ildən başlayaraq, Rusiya müxtəlif üsullarla Gürcüstanla müharibə aparır. Uşaqların beynində belə bir fikir yaradırlar ki, gürcü-abxaz münaqişəsi abxaz və gürcü xalqları arasında baş verən münaqişə deyildi, bütün bu vəziyyət Rusiya tərəfindən yaradılıb.  

Sxinval: məktəb dərsliklərində gürcü-abxaz münaqişəsinin versiyası

Bu hadisələr haqqında ancaq 11-ci sinif üçün “XX əsr – XXI əsrin əvvəllərində Rusiya tarixi dərsliyinin “SSRİ-nin dağılması səbəbləri və milli münaqişələr fəslində balaca abzasda deyilir. Burada gürcü-abxaz münaqişəsi sadəcə Sovet İttifaqının dağılmasının nəticəsi kimi göstərilir.

Yelena Yaşina, 2 saylı Sxinval məktəbində tarix müəllimi: 

“Dərslikdə SSRİ dağılandan sonra Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağda etnik münaqişələr haqqında ancaq ötəri məlumat verilir. Buna görə də biz müəllimlər şagirdlərə o vaxt baş verən hadisələr haqqında öz bildiklərimizi danışırıq.

Dağlıq Qarabağ ətrafında

Bakı: məktəb dərsliklərində Qarabağ ətrafında münaqişənin versiyası 

İlk dəfə Qarabağ münaqişəsi haqda məlumat 3-cü sinif üçün “Həyat bilgisi fənnində verilir.

Yuxarı siniflər üçün dərsliklərdə sovet hakimiyyətinin bu münaqişədə iştirakı barədə informasiya verilir. 

 

Dərsliklərdə, o cümlədən ədəbiyyat və həyat dərki fənləri dərsliklərində Xocalı şəhərində 26 fevral 1992-ci ildə dinc sakinlərin qətli daha ətraflı nəzərdən keçirilir və daha tez-tez xatırlanır.

8-ci sinifdə Qarabağ tarixi ayrıca bir fənn kimi tədris edilir.

“1990-cı illərdə və hətta 2000-ci illərin əvvəllərində Azərbaycan məktəblərində dərs planını köhnə sovet dərsliklərinin bazasında tərtib edirdilər. Vəziyyət bir qədər sonra dəyişməyə başladı, – orta məktəbdə tarix müəllimi Vahid Səmədov danışır.

Səmədovun sözlərinə görə, tarix dərsliklərinin əsas problemi təhrifdir: bəzi faktların üstündən keçilir, bəziləri isə şişirdilir. Tənqidi yanaşma yoxdur. Onun sözlərinə görə, tədris mexaniki xarakter daşıyır – filankəs filan şeyi istila etdi, filankəs filankəsə qalib gəldi.  

Ora məktəblər üçün tarix dərsliklərində nifrət dili kimi qiymətləndirilə bilən nümunələr var. Misal üçün, 11-ci sinif üçün tarix dərsliyində.

5-ci sinif üçün tarix dərsliyindən başqa bir misal: 

28 fevral 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində törədilən və tez-tez Qarabağ müharibəsini qaçılmaz edən fakt kimi qiymətləndirilən  qırğınlar və erməni ailələrinin qətli dərsliklərdə ermənilərin özü tərəfindən qəsdən planlaşdırılmış təxribat kimi qiymətləndirilir.

11-ci sinif üçün tarix dərsliyindən daha bir misal:

9-cu sinif üçün tarix dərsliyindən daha bir misal:

Yerevan: məktəb dərsliklərində Qarabağ ətrafında münaqişənin versiyası

Qarabağ müharibəsinə və onun nəticəsində yaranan Dağlıq Qarabağ Respublikasının tarixinə 9-cu sinif üçün Ermənistanın ən yeni tarixi dərsliyində bir neçə fəsil ayrılıb.

Versiya aşağı siniflərin dərsliklərində verilən qısa məlumatdan o qədər də fərqlənmir. Ümumilikdə hərbi əməliyyatların xronikası verilir, bu zaman düşmənə aid fəsillərdə açıq-aşkar təhqir yoxdur.

Qarabağ münaqişəsinin ən mübahisəli epizodlarından biri olan Xocalı hadisələri “Dağlıq Qarabağ Respublikası mövzusuna daxil edilib.

Ümumilikdə Ermənistandakı məktəb dərsliklərində bütün Qafqaz münaqişələrinə münasibətdə vahid yanaşma sərgilənir: dövlətlərin ərazi bütövlüyü ilə müqayisədə xalqların öz müqəddəratını təyin etmə hüququ daha prioritetdir.

 Suxum: məktəb dərsliklərində Qarabağ ətrafında münaqişənin versiyası

Dağlıq Qarabağ ətrafında münaqişə haqqında abxaz şagirdləri ancaq Rusiyanın ümumi tarix dərsliklərində öyrənə bilərlər, özü də tamamilə təsadüfi şəkildə. Məktəbdə əsas tarix dərsliyi Abxaziya tarixi dərsliyidir. Orada da abxaz mövusu ilə bağlı olmayan hadisələr haqqında məlumat verilmir. 

Tbilisi: məktəb dərsliklərində Qarabağ ətrafında münaqişənin versiyası

Dağlıq Qarabağ ətrafında münaqişə Gürcüstan məktəblərində öyrənilmir. Əslində Qafqaz tarixi ümumiyyətlə öyrənilmir. Tarix müəllimi Tamara Keşelavanın bildirdiyi kimi, “məktəbdə 12 tədris ili ərzində ancaq səkkizinci sinifdə Rusiya və Qafqaz, Şamil və dağlılara həsr olunan bir dərs var. Buna da 1-2 saat ayrılıb.

 Sxinval: məktəb dərsliklərində Qarabağ ətrafında münaqişənin versiyası

Gürcü-abxaz münaqişəsi kimi, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr də 11-ci sinif üçün Rusiya tarixi dərsliyində ümumi bir cümlə ilə verilir və sadəcə Sovet İttifaqının dağılmasının fəsadları kimi izah edilir

Gürcüstan – Cənubi Osetiya münaqişəsi

Foto: Qeorqiy Saqareli

Bakı: məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya münaqişəsinin versiyası

Münaqişə haqqında ilk (və yeganə) məlumat 9-cu sinf üçün məktəb dərsliyində verilir, bu da eynən gürcü-abxaz münaqişəsinə aid həmin ehtiyatlı və dumanlı ifadədir [yuxarıda oxu].   

Azərbaycanda gənclərin məktəbi bitirəndə bu münaqişə ilə bağlı aldığı məlumat da elə bu cürdür:

Rusiya Gürcüstana soxuldu (ərazinin ilhaqı barədə məlumat yoxdur), Gürcüstan köhnə və vacib strateji tərəfdaş olsa da, Rusiya ilə diplomatik münasibətləri qoruyub saxlamalı olan Azərbaycan Gürcüstana diplomatik dəstək göstərməkdən başqa heç nə edə bilmədi. 

Yerevan: məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya münaqişəsinin versiyası

 Ermənistanın məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya və Gürcüstan – Abxaziya münaqişələri bir-birindən ayrılmır. Onlar 12-ci sinif üçün dünya tarixi dərsliyində bir yerdə verilir və vahid mövqedən təsvir olunur. Münaqişələr həddən artıq ümumiləşdirilib və qlobal hadisələr, ilk növbədə də Sovet İttifaqının dağılması fonunda verilib.  

Gürcü-abxaz münaqişəsi kimi, Cənubi Osetiyada baş verən hadisələrlə bağlı da 2008-ci il hadisələri kontekstində bir qədər detallara varılır. Bir abzasla yekun nəticə  – yəni Aİ-nin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması, danışıqların başlanması və Abxaziya və Cənubi Osetiyanın müəyyən ölkələr tərəfindən tanınması göstərilir.

 Suxum: məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya münaqişəsinin versiyası

1880-ci illərin axırı – 1990-cı illərin əvvəllərində Cənubi Osetiyadakı hadisələr haqqında abxaziyalı şagirdlər ancaq Rusiyanın ümumi tarix dərsliklərindən öyrənə bilər, o da təsadüfən.

2008-ci ilin avqust ayında Cənubi Osetiya ətrafında baş verən müharibə isə 5-9-cu siniflər üçün Abxaziya tarixi dərsliyində Abxaziyanın müstəqilliyinin tanınmasına həsr olunan fəsildə kifayət qədər ətraflı işıqlandırılıb.

“Gürcüstanın yeni təcavüzü başlıqlı fəsildə bu müharibənin başlanması haqqında kifayət qədər ətraflı məlumat verilir.

Abxaziyada tarix dərsliyi 2008-ci il avqust hadisələrini birmənalı şəkildə Gürcüstanın Cənubi Osetiyaya qarşı təcavüz aktı kimi qiymətləndirir.

Bundan başqa, dərslikdə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından bəhs edilir.

Ümumilikdə Abxaziyada gənclərin məktəbi bitirəndə Gürcüstan – Cənubi Osetiya münaqişəsi ilə bağlı aldığı məlumat aşağıdakı kimidir:

Gürcüstan Cənubi Osetiyaya təcavüz etdi, Rusiya isə Cənubi Osetiyanın köməyinə gələrək, osetinləri soyqırımından xilas etdi. 

Tbilisi: məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya münaqişəsinin versiyası

 Bu münaqişə haqqında ilk məlumat 9-cu sinif üçün tarix dərsliyində verilir. Şagirdlərə bir abzas həcmində ümumi məlumat verilir. 

9 və 12-ci sinif dərsliklərində bu abzas olduğu kimi təkrar olunur.

Beləliklə də Gürcüstanda gənclər məktəbi bitirəndə hadisələrin gürcü-abxaz münaqişəsi haqda məlumatın eynisi olan çox qısa versiyasını alırlar:

Gürcüstan – Cənubi Osetiya münaqişəsi osetin və gürcü xalqları arasında qarşıdurma deyildi, bütün bu vəziyyət Rusiya tərəfindən təhrik olunmuşdu. 

Sxinval: məktəb dərsliklərində Gürcüstan – Cənubi Osetiya münaqişəsinin versiyası

Cənubi Osetiyada nə Cənubi Osetiyanın tarixi haqda dərslik, nə də başqa hər hansı dərslikdə bu münaqişə ilə bağlı ayrıca fəsil yoxdur. Yeganə və çox qısa informasiya mənbəyi yenə də Cənubi Osetiyadakı uşaqların öyrəndiyi həmin o 11-ci sinif üçün Rusiya tarixi dərsliyidir. Burada həmin hadisələr Sovet İttifaqının dağılmasının nəticəsi kimi qiymətləndirilir. 

Cənubi Osetiyada orta məktəbdə tarix müəllimlərinin dediyinə görə, onlar respublikanın ən yeni tarixi üzrə materialları müstəqil şəkildə və öz bildikləri kimi hazırlayırlar.

Misal üçün, 2 saylı Sxinval məktəbində tarix müəllimi işləyən Yelena Yaşina hadisələrin bu cür ardıcıllığını seçib: 

“XIX əsr hadisələrindən sonra müasir tarixə keçirik, mən mütləq gürcülərin XX əsrin 20-ci illərində törətdiyi osetin soyqırımı haqqında danışıram. Sonra da biz uşaqlarla 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində, ta 2008-ci ilə qədər baş verən hadisələri müzakirə edirik.

Bununla belə Cənubi Osetiyanın bütün məktəblərində olan stendlərdə Osetiyanın müasir tarixinin hadisələri barədə qısa məlumat verilir.

Cənubi Osetiyanın məktəblərində həm də ildə bir neçə dəfə Müstəqillik günü (20 sentyabr), Konstitusiya günü (8 aprel), Vətən keşikçisi günü (23 fevral) münasibətiylə “cəsurluq dərsləri keçirilir, belə hesab olunur ki, məhz 23 fevral 1992-ci ildə Cənubi Osetiya Respublikasının silahlı qüvvələri yaranıb. Bu bayramlar münasibətiylə şagirdlər yaxınlarının xatirələrini, internetdən informasiya, mətbuatdan məqalələri toplayaraq, məruzə və referatlar yazırlar.  

Yeni dərs ilində yuxarı sinif şagirdlərinin vahid Cənubi Osetiya tarixi dərsliyinin olacağı gözlənilir, amma orada hadisələrin necə şərh olunacağı və hansı terminologiyadan istifadə ediləcəyi hələlik məlum deyil.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.


More on JAMnews