Rusiyanın Gürcüstana qarşı istifadə edə biləcəyi 8 vasitə
1. Rusiyaya artan ixracata yenidən qadağa qoya bilər
2013-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyinindən bir neçə ay sonra Rusiya 2006-ci ildə Gürcüstana qarşı qoyduğu embarqonu ləğv etdi və Gürcüstan malları yenidən Rusiya bazarına qayıtdı. 2014-cü ildə Gürcüstandan Rusiyaya 275 milyon dəyərində ( əsasən şərab və mineral su) mal ixrac olunub. Bu göstərici ilə Rusiya yenidən Gürcüstan məhsullarının ən mühüm ixtaractçısı olub. 2006-ci ildə qoyulan embarqonun səbəbi gürcü mallarının keyfiyyətinin aşağı olması idi.
Yalnız rəsmi Moskva da bu qərarın siyasi olduğunu etiraf etdi. Həmin dövrdə gürcü mallarının 80 %-nin əsas alıcısı Rusiya idi. Buna görə də Rusiyanın öz bazarlarını Gürcüstana bağlaması bir çox biznesmenlərə və ümümilikdə gürcü iqtisadiyyatına böyük zərbə vurdu. Əgər Kreml yenidən belə bir addım atsa, Gürcüstan yüzlərlə milyon ları itirəcək. İqtisadi təyziq Rusiyanın əlində mühüm vasitədir.
2. Rusiya investisiyalarının dayandırılması
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 2014-cü ildən bu tərəfə Rusiyadan Gürcüstana qoyulan investisiyaların miqdarı 82 milyon dollar təşkil edib. Baxmayaraq ki, Rusiya reytinq cədvəlində investisiya qoyuluşuna görə 8-ci sıradadır, nəzərə alsaq ki, Rusiyadan gələn pulların əsas hissəsi strateji sahələrə – energetika, su təhcizatı və kommunikasiya sahələrinə yönəlib, investisiyalara maneə yaratmağın Rusiyanın əlində əsas təyziq vasitələrindən biri olduğu bir daha aydın olur.
3. Rusiyada yaşayan etnik Gürcülərə və gürcü vətəndaşlarına problem yaratmaq
Rusiyada yüz minlərlə etnik gürcü yaşayır. ( rəsmi məlumatlar yoxdur. Bəzən 150 mindən bir milyona qədər də göstərilir). Həmin gürcülərin çoxu Rusiya vətəndaşıdır. Həmin vətəndaşları sıxışdırmaq da də Rusiyanın alində bir vasitədir. 2006 –ci il sentyabrın 27-sində Rusiyaya casusluqda ittiham olunan bir neçə rus zabitinin həbsindən sonra Rusiya gürcülərin kütləvi deportasiyasına başladı. 2006-ci ilin sonuna kimi minlərlə Gürcü vətəndaşı Rusiyadan çıxarıldı. Deportasiya edilənlərin çoxu öz vətənlərinə olduqca alçaldıcı şəraitdə – yük təyyarələrində göndərildilər.
Bu kütləvi deportasiya Rusiya üçün də ziyansız ötüşmədi. Gürcüstan Strasburq İnsan haqqları məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı və həmin işi uddu. Etnik gürcülərin Rusiyadan deportasiya edilməsi və onların hüquqlarının pozulması minlərlə insanın maliyyə çətinliyi ilə üz-üzə qalması deməkdir. Çünki, Rusiyada yaşayan Gürcülərin əksəriyyəti vətəndəki doğmalarına maliyyə yardımı edir.
Deportasiya edilmiş insanlara Gürcüstanda iş tapmaq çətin olacaq, çünki onsuzda Gürcüstanın özündə işsizlik səviyyəsi olduqca yüksəkdir.
4. Rusiyadan pul köçürmələrinə qadağa qoyulması
Gürcüstanda yaşayan minlərlə ailə üçün xaricdən göndərilən pul yeganə gəlir mənbəyidir. Pul köçürmələri ölkənin ÜDM –nin 9%-ni təşkil edir. Pul köçürmələrinə görə Rusiya ilk sıradadır. 2014-cü ildə Rusiyadan Gürcüstana 709.23 milyon dollar pul köçürülmüşdür ki, bu da ümümi pul dövrüyyəsi həcminin 49,2 %-i deməkdir. Rusiyadan pul köçürmələrinə qadağanın qoyulması nəinki bir çox ailələri çətin vəziyyətdə qoyacaq, həmçinin milli valyutanın kursuna da mənfi təsir edəcək.
5. Cənubi Osetiya sərhəddində daimi gərginlik
Son zamanlar Cənubi Osetiya və Rusiya hərbçiləri tərəfindən Cənubi Osetiya sərhəddinin 200-300 metr qabağa çəkilməsi konflikt zonasındakı vəziyyəti daha da gərginləşdirir. Həmin ərazilərdə yaşayan gürcü kəndliləri sərhəddin irəli çəkilməsi nəticəsində onlara məxsus olan şumluq torpaqların və otlaq sahələrinin Osetiyaya birləşdirilməsindən şikayət edir və höküməti bu məsələyə reaksiya verməyə çağırırlar. Hələlik gürcü rəsmilər ehtiyatlı bəyanatlar səsləndirməklə bu prosesi tədricən həyata keçirilən işğal və məqsədyönlü provakasiya adlandırır. Lakin, əgər bu proses bu gedişlə davam etsə və daha müntəzəm xarakter alsa, konflikt ərazisində vəziyyətin yenidən gərginləşəcəyi qaçılmazdır.
6. Hərbi gücdən istifadə
Gürcü ekspertlərin fikrincə, Rusiya və Gürcüstan arasında hərbi qarşıdurma təhlükəsi yoxdur. Hazırkı etapda hərbi güc tətbiqi ən son addımdır və bu ilk növbədə Rusiyanın özünü çətin vəziyyətdə qoya bilər. Lakin Gürcüstanın özündə əhali düşünür ki, 2008-ci il müharibəsindən sonra və Ukraynada yaşananların fonunda Rusiyadan gələ bilcək müharibə təhlükəsini nəzərdən qaçırmaq olmaz.
7. İdeoloji vasitələr
Gürcü ekspertlər məhz bu vasitədən xüsusiylə qorxurlar, çünki onların fikrincə ideoloji vasitə artıq tətbiq olunmağa başlanıb. Son iki ildə Rusiya meyilli qeyri-hökümət təşkilatlarının fəaliyyəti aktivləşib və onlar öz əməkdaşlıq etdikləri elektron və çap KİV-ləri ilə əhali arasında anti-qərb yönümlü məlumatlar yayır. Sosial şəbəkələrdə, onlayn media və radio, televiziyalarda anti-qərb meyilli bəyanatlar nəzərə çarpacaq qədər çoxalıb. Həmin təşkilatların maliyyə mənbəyi aşıqlanmasa da, bir çox rusiya fondları bu təşkilatların bir çoxunu öz aktiv partnyorları siyahısına salıb.
Məsələn, Aleksandr Dutinin təşkilatının yaydığı bəyanatda bildirilir ki, onların Gürcüstandakı partnyorları anti-qərb meyilliliyi ilə tanınan “Avrasiya seçimi təşkilatıdır. Rusiya baş nazırı Dmitriy Medvedyevin şəxsi təşəbbüsü ilə Tbilisidə Qorçakov fondu fəaliyyətə başlamışdır. Fond açıq şəkildə bəyan edir ki, onun məqsədi ölkədə Rusiyanın gücünü yaymaqdır. Bu təşkilatlar tez-tez NATO və Avropa İttifaqi əleyhinə nümayişlər hazırlayır, Gürcüstanın neytral olmağa səsləyir və Stalinə heykəl ucaldılmasını tələb edirlər.
Məsələn “Avrasiya İnstitudu məktəblilərlə Böyük Vətən müharibəsi veteranlarının görüşünü təşkil etmişdir. Görüşdə aşağdakı ifadə səsləndirilmişdir: “Gürcü xalqı böyük yükdən bütün sovet xalqlarının qəhrəmanlığı və bütün Gürcüstanın fəxri olan müdrik lider İosif Stalinin sayəsində xilas ola bilmişdir.
Bu təşkilatlar media – tərəfdaşlarını – “Obyektiv TV, internet nəşrləri, qazetləri aktiv şəkildə dəstəkləyirlər. Məhşur Kreml propaqandaçısı Dmitriy Kiselevın rəhbərlik etdiyi, Rusiya təbliğatının əsas multimediya orqanı olan “Sputnik kanalı da Gürcüstanda öz failiyyətini həyata keçirir.
8. Kilsə, Provaslavlıq, vahid inanc
Vahid dini inanc mövzusu sosial şəbəkələrdə və mətbuatda anti-qərb siyasəti təbliğatı ilə məşqul olan və qərbə düşmən gözü ilə baxanlar tərəfindən istifadə olunur. Onlar iddia edir ki, qərb Gürcü Provaslav Kilsəsinə qarşı mübarizə aparır, ancaq Rusiya isə onlarla eyni inancı paylaşır. Bu cür bəyanatlar çox vaxt dini liderlər tərəfindən səsləndirilir. Nəzərə alsaq ki, Gürcüstan kilsəsi böyük nüfuza malikdir, onun Rusiyanın əlində mühüm vasitə ola biləcəyini nəzərdən qaçırmaq olmaz.