“Çay içib öyrənirik”, Qafqaz İnstitutunda layihə iştirakçıları özlərinin axşam görüşləri barədə belə deyirlər " />

Qarabağ münaqişəsində sülh haqqında dialoq – çay içə-içə

“Çay içib öyrənirik”, Qafqaz İnstitutunda layihə iştirakçıları özlərinin axşam görüşləri barədə belə deyirlər

– Avropa nədir? Avropa İttifaqı nədir?  

– Avropa İttifaqı demokratiyadır.

– Bu, həm də təmin olunmuş həyat, insan haqlarının qorunmasıdır.

– Aİ-yə daxil olmaq demokratiyaya keçiddən daha çox, demokratiyadan bürokratiyaya keçiddir.  

– Avropanın hansı hissəsi təmin olunmuşdur ki? Və biz təmin olunmuş həyatı Avropa adlandırırıqsa, onda Avropa qitəsinin hansı hissəsi bizim üçün Avropadır? Slovakiya, Xorvatiya və Rumıniya bizim üçün Avropadır, yoxsa ancaq Fransa, Almaniya və İtaliya?

– Deyəcəm ki, Avropa vəhdətdə müxtəliflikdir.

B u cür “breynstormiqləri” “Qafqaz İnstitutunda çay süfrəsi” adlanan tədbirlərdə müşahidə etmək olar. Burada müxtəlif məsələlər müzakirə olunur – çox sadə görünən suallardan daha mürəkkəb, birmənalı olmayan məsələlərə qədər. Əsası odur ki, bütün müzakirə mövzuları münaqişəylə bağlı olur: etnosiyasi münaqişələr necə yaranır və inkişaf edir, mədəniyyətlər və münaqişələr arasında hansı qarşılıqlı əlaqə var, Avropanın müxtəlifliyi və ona xas münaqişələri həll etmək üsulları…

Bütün sualları görüş iştirakçılarına əvvəlcə politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan verir. Auditoriyadan cavablar alan kimi, qarşılıqlı suallar verir: gözlənilməz, kəskin, sanki gözlərdən pərdəni açan – və söhbət iştirakçıları, daha doğrusu, onların dünya dərki və hansısa məsələlərə münasibəti laboratoriyadakı kimi dayanıqlılıq sınağından keçir.

“Bu, özünəməxsus “çay süfrəsi” adlı formatı Qafqaz İnstitutunda fikirləşib tapıblar. Onu Britaniyanın Ermənistandakı səfirliyi “Birləşmiş Krallığın Münaqişə, Təhlükəsizlik və Sabitlik Fondu”nun (United Kingdom Conflict, Security and Stability Fund) maliyyələşdirməsi çərçivəsində dəstəkləyib. İş günündən sonra burada müxtəlif peşələri və maraqları olan gənclər toplaşır: tələbələrdən tutmuş öz sahələrində püxtələşən peşəkarlara qədər, aralarında jurnalistlər, politoloqlar, şərqşünaslar, beynəlxalq münasibətlər mütəxəssisləri və hətta sənətşünaslar da var. İşdən sonra çay süfrəsik xoşdur, eyni zamanda da maraqlı mühazirəni dinləmək faydalıdır.

İki saat sürən söhbət zamanı iştirakçıların stereotipləri tamamilə dağılmasa da, silkələnir, həqiqətin gözünün içinə yeni nəzərlə baxmaq imkanı yaranır. Öz tərəfimdən, bu diskussiyaların daimi iştirakçısı kimi aşağıdakıları deyə bilərəm: bəzən elə olur ki, içinə boşluq çökür, amma sonradan hiss edirsən ki, bu vakuum münaqişələr, Avropa, mədəniyyət və s. haqqında yeni kontentlə dolur. Ağır iş günündən sonra bu, çox da maraqlı istirahət üsuludur.

“Çay içib, öyrənirik”, – Qafqaz İnstitutunda layihə iştirakçıları özlərinin axşam görüşləri barədə belə deyirlər

B ununla belə, “çay süfrəsi” daha geniş bir layihənin yalnız bir hissəsidir, onun da məqsədi “Qarabağ münaqişəsində Ermənistan və Qarabağda cəmiyyətlər və elitalar səviyyəsində sülh haqqında dialoqun yaradılmasıdır”. Başqa sözlə desək, bu, Qarabağ münaqişəsi zonasında 2016-cı ildə aprel döyüşlərindən sonra zəifləyən və yerini hərbi ritorikaya verən sülh haqqında müzakirələrinin önə çəkilməsidir.

Əgər beş və ya yeddi il əvvəl erməni cəmiyyətində “beş qarış torpaq belə verməyəcəyik” şəklində Qarabağ münaqişəsində güzəştə getməyin yolverilməzliyi barədə söhbətlər marginal idisə (Qarabağda bu söhbətlər həmişə əsas olub, çünki orada vəziyyət də fərqlidir), indi bu sözlər az qala dövlətin birinci şəxslərinin dilindən çıxır” – deyə Aleksandr İskandaryan qeyd edir. Yaranmış vəziyyətdə, onun fikrincə, sülh haqqında dialoqu dəstəkləmək və müzakirələri təkmilləşdirmək lazımdır.

Hazırda Qarabağ qarşıdurması probleminin spesifikası və kəskinliyinə görə tədqiqatçılara və beynəlxalq təşkilatlara Ermənistan və Azərbaycan, Azərbaycan və Qarabağ arasında işi təşkil etmək çətindir.

“İndi bu effektiv deyil və qeyri-optimal iş üsuludur. Əvəzində başqa bir aktual problem mövcuddur: təcrid olunmuş cəmiyyətlərdə – ayrıca Ermənistanda və ayrıca Qarabağda – ən müxtəlif meyllərin olması. Bu, statistikada əks olunur”, – adıgedən layihənin və Qafqaz İnstitutunun dərs proqramlarının rəhbəri Nina İskandaryan deyir.  

Cəmiyyətdəki əhvalları anlamaq üçün sosioloji sorğu keçirilib.

“Ermənistan və Qarabağ cəmiyyətlərində meyllər olduqca radikallaşdırılır. Və cəmiyyətlər elitalardan daha radikal meyllidir”, – Nina İskandaryan deyir.

Tədqiqatın məlumatlarına görə, hazırda Qarabağın 90% əhalisi münaqişənin ərazi güzəştlərini nəzərdə tutan hər hansı nizamlanması formasına qarşı çıxır. Bundan əlavə, Qarabağda 83% sorğu iştirakçısı qeyd edir ki, Azərbaycana heç olmasa bir rayonu verməyə hazır olan istənilən hakimiyyətə qarşı silahla çıxmağa hazırdır.

2016-cı ilin aprel ayında Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra cəmiyyətlərdə fobiyalar o qədər dərinləşdi ki, hətta “irqi süjetlər” də aktuallaşdı: “Daha çox irqi nifrət barədə süjet aktualdır ki, iki xalq bir yerdə yaşaya bilmir, bir-birindən qorxur. İnsanlar bir yerdə dinc yaşamaq, kompromis ideyasına əsla hazır deyillər”.   

Bununla yanaşı, o qeyd edir ki, Qarabağla bağlı müzakirələrlə status-kvonun vacibliyi barədə söhbətlər sülh haqqında dialoqu sıxışdırıb:

“İnsanlar sülh haqqında daha az düşünməyə başlayır, onlar üçün daha vacib olanı odur ki, cəbhə zonasında daha az hərbçi həlak olsun. Uzunmüddətli sülh haqqında söhbətlər insanların şüurundan çıxarılıb. İnsanlar sülhü ya ümumiyyətlə təsəvvür etmir, ya da onu çox uzaq və əlçatmaz bir nəsnə kimi qəbul edirlər. Ya da onlar üçün sülh yaxşı silahlanmış ordu və ciddi mühafizə olunan sərhəddir”.

Ermənistan əhalisinin qadın hissəsi arasında radikal meyllərin olması onunla izah edilir ki, qadınlar təbliğat və emosiyalara daha çox uyur. Aleksandr İskandaryan bunda kökü ənənəvi cəmiyyətlərin bünövrəsində dayanan halı görürlər:

“Bəlkə də erməni cəmiyyətlərində qadınlar ona görə daha radikaldır ki, onlar mövcud  diskussiyalara tabe olmağa daha çox meyllidir, kişilər isə öz fikrini irəli sürməyə alışdırılıb”.

Hər iki halda alimlər bildirir:

“Material üzərində iş hələ gedir, bu, hələ ki, tədqiqatın əvvəlidir, o, hələ bitməyib, buna görə də yekun qərarlar çıxarmaq hələ olmaz, biz hələ heç nə sübut etməmişik, bu, sadəcə təxmindir”.

Layihə çərçivəsində həm də jurnalistlər, Ermənistan və Qarabağda fəaliyyət göstərən siyasətçilərlə iş aparılır, ekspertlərlə müsahibələr aparılır, bioqrafik müsahibələr götürülür və fokus qruplarla diskussiyalar aparılır. Gənclərlə ünsiyyət Yerevanda çay süfrəsiklə məhdudlaşmır, diskussiyalar həm də Qarabağda, Ermənistanın sərhədyanı Tavuş vilayətində təşkil olunur.    

Müxtəlif qruplarla iş müxtəlif cür gedir: kiminləsə onların Qarabağ münaqişəsi üzrə fikri dəqiqləşdirilir, digərlərinə sülh dialoqunun mümkünlüyü barədəəyyən mesajlar çatdırırlar.

“Misal üçün, jurnalist və redaktorlarla Qarabağ mövzusunun müzakirəsi zamanı biz bu mövzu üzrə redaksiya siyasətini müzakirə etməyi təklif edirik. Bu, düşünmək üçün stimuldur: bəs mənim Qarabağ problemi üzrə siyasətim necədir. Biz onların bu məsələ ilə bağlı fikirlərini öyrənirik, ideya və müxtəlif yanaşmalar təklif edirik”, – Nina İskandaryan izah edir.

Hazırda toplanmış materialın üzərində iş gedir, sentyabrda da tədqiqatın nəticələrinin nəşri planlaşdırılır. Sonra da layihənin birinci mərhələsində işlədiyimiz elə həmin qruplarla müzakirə mərhələsi  planlaşdırılır. Bütün bunlar layihə üçün, yəni Ermənistan və Dağlıq Qarabağda Qarabağ problemi ilə bağlı sülh haqqında dialoqun dəstəklənməsi üçündür.

M araqlıdır ki, analoji layihə Azərbaycanda həyata keçirilmir. Deməli Aleksandr İskandaryan Azərbaycan cəmiyyətində ermənilərə və ümumilikdə sülh haqqında dialoqa münasibətlərinin necə olması barədə bir söz deməyin mümkün olmadığın deyir:

“Azərbaycanda əlbəttə ki, ermənilərə qarşı təbliğat aparılır, amma onun əslində sadə azərbaycanlılara necə təsir etdiyini biz bilmirik, yoxlanılmış məlumat yoxdur”.  Fikrini izah etmək üçün aşağıdakı misalı gətirir: “SSRİ-də total təbliğat gedirdi ki, ABŞ-a nifrət etmək, Kabzona qulaq asmaq və pioner qalstuku taxmaq lazımdır. Amma çoxları rok musiqisinə üstünlük verir, cins paltar geyinir və Amerikanın “Azadlıq” radiosunu dinləyirdilər”.   

İskandaryan anlayır ki, mövcud şəraitdə sülhməramlı müzakirələr aparmaq çox çətindir, bunun parlaq nümunəsi də Ermənistanın keçmiş prezidenti, hazırda müxalif “Erməni Milli Konqresi” siyasi qüvvəsinin lideri olan Levon Ter-Petrosyanın “eksperimenti” oldu: “Onun ötən parlament seçkilərində sülh ideyasını irəli sürən partiyası 1,5% səs topladı. Bu, özünəməxsus referendum idi. Ritorikanın radikallaşması fonunda sülh perspektivi itir”, – ekspert təəssüflə qeyd edir.

“Bu gün çoxları bir addım da geri atılmasın, silahla irəli – deyir. Yaxşı, onda da bu konstruksiyaya ildə təxminən 100 insan həyatı əlavə etmək lazımdır. Digər tərəfdən, həmişə belə yaşamaq da olmaz. Bununla bağlı sülhün əsas məğzini itirmək acınacaqlıdır. Bununla da müxtəlif fikirlər, plüralizv və rasionallıq itir. Cəmiyyətdə sülh haqqında danışıqların qalması üçün iş görmək lazımdır. Bunun üçün ermənilərin ermənilərlə danışması, bir-birini anlaması lazımdır”, – politoloq hesab edir.

Tədqiqatın ilkin nəticələrinə görə, xüsusən də Qarabağdakı gənc nəsil sülh prosesində irəliləyişlərə heç də hazır deyil.

“Onlar etiraf edir ki, azərbaycanlılarla sülhü təsəvvür edirlər, amma dürüst şəkildə də etiraf edirlər ki, buna hələ hazır deyillər. Maraqlıdır ki, özləri də qeyd edirlər: övladları və nəvələri hazır olacaq. Yəni onlar ağılla anlayırlar ki, qonşular mehriban yaşamalıdır, bir-birinə qonaq getməlidir, amma emosional baxımdan buna hazır deyillər. Nəvələri və övladlarına qalmış isə – niyə də yox. Düzdür, az olsa da indi də sülhə hazır olan insanlar var”, – Nina İskandaryan deyir.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır

 

Facebook Comments

More on JAMnews