Qadınlara fiziki və psixoloji təzyiq Gürcüstanın ən irimiqyaslı problemlərindən biridir

Həm işdə, həm ictimai məkanda seksual təzyiq qanunvericilik tənzimləmələrindən kənarda qalıb

Xalq müdafiəçisinin hesabatına əsasən diskriminasiya ilə mübarizə və bərabər hüquqların bərqərar edilməsi işində Gürcüstanda hələ də qadınlar qarşı fiziki və psixoloji təzyiq ən irimiqyaslı problemlərdən biri olaraq qalır.

Hesabatda deyilir ki, hüquq—mühafizə orqanları ailə daxilində və ya ailədən kənarda baş verən zorakılıq hallarına lazımı dərəcədə reaksiya vermir və zorakılıq qurbanı olmuş qadınlar çox vaxt həm də diskriminasiya qurbanı olurlar.

Ombudsmen vurğulayır ki, hüquq-mühafizə orqanları çox vaxt mümkün qurbanların ifadəsini almır, həmçinin elə hallar olur ki, mümkün qanun pozucusu hüquq-mühafizə orqanları əməkdaşı olduqda hadisəyə lazımı səviyyədə reaksiya verilmir.

Sənəddə söhbət cinsi əlamətinə görə seksual sıxışdırmaya reaksiyadan gedir və vurğulanır ki, “həm işdə, həm də ictimai məkanda seksual sıxışdırma qanunvericilik tənzimləmələrindən kənarda qaldığı təəssüf doğurur”.

“Seksual sıxışdırma sıxışdırmaların ən yayılmış və spesifik formasıdır, Gürcüstan reallığında bu faktor qapalı fenomen əks etdirir, ölkədə indiyə qədər gender stereotiplərinin olmamasına əsaslanır, bu da uyğun olaraq iş yerində və ya başqa şəraitdə arzuolunmaz münasibətlərin qadının özü tərəfindən “təşviq” edildiyi fikrini möhkəmləndirir.

Əksər hallarda qurban hara və kimə müraciət edəcəyini bilmir. Çox vaxt qurban vəziyyətinin kifayət qədər ciddi olduğunun fərqinə varmır, buna görə də bu haqda heç kimə danışmır, bəzən isə hesab edir ki, onun üçün alçaldıcı olan bu vəziyyətə özü səbəb olub, buna görə də dözməlidir”, –  hesabatda deyilir.

Ombudsmen Uçi Nanuaşvilinin bəyanatına görə, Gürcüstanın Avropa İttifaqının qadınlara qarşı və ailədaxili zorakılıqla mübarizə və preventiv tədbirlər haqda konvensiyasını imzalamasına, həmçinin buna uyğun olaraq cinayət məsuliyyətini qanuniləşdirmək və seksual sıxışdırmaya görə digər sanksiyaları tətbiq etmək və bu kimi əməlləri məhkəməlik elan etmək  öhdəliklərini üzərinə götürməsinə baxmayaraq, bütün bunlar həyata keçirilməyib.

Seksual sıxışdırma faktları ilə əlaqədar olaraq ombudsmen ilk dəfə tövsiyələr verib və fikirlərini təqdim edib. Hər iki məsələ iş yerində rəhbər işçinin qadın əməkdaşa qarşı seksual tələb və hərəkətləri ilə bağlıdır.

Xalq müdafiəçisi 2016-cı ilin sentyabrından 2017-ci ilin avqustuna qədər 201 işlə tanış olub. 11 tövsiyə, 11 ümumi təklif və 4 “məhkəmə dostu” təklifi irəli sürülüb. 99 işin araşdırılması dayandırılıb. İşlərin böyük hissəsi fərqli düşüncə (12 faiz), seksual oriyentasiya və gender kimliyi (11 faiz), dini inanc (10 faiz) və siyasi baxışlarla (9 faiz) bağlılığı ehtimal olunan diskriminasiya faktlarından ibarətdir.   

“Diskriminasiya ilə mübarizə, bu faktorun aradan qaldırılması və hüquq bərabərliyinin vəziyyəti” haqda xüsusi hesabat anti-diskriminasiya qanunu qüvvəyə minəndən sonra sayca üçüncüdür.


More on JAMnews