Op-ed: Rusiya prezident seçkilərinə hazırlaşır, saxtalaşdırma isə artıq indidən başlayıb" />

Namizədlər Putin, Sobçak və onların Tbilisi kökləri

Op-ed: Rusiya prezident seçkilərinə hazırlaşır, saxtalaşdırma isə artıq indidən başlayıb

Rusiyanın Krasnoyarsk şəhərində tatu-studiyanın dizayneri Nikolay Markelov əlinə Rusiya prezidenti Vladimir Putinin, ayağına isə az əvvələ qədər kübar cəmiyyətin dişi şiri olan, indi isə prezidentliyə namizəd kimi qeydiyyata alınan Kseniyanın şəklini döyüb. Noyabr 2017. REUTERS/İlya Naymuşin

2018-ci ilin martında Rusiyada prezident seçkiləri keçiriləcək. Dövlət başçısı kürsüsünə ən tanınmış namizəd Vladimir Putin, ən yeni namizəd isə Kseniya Sobçakdır.

Onlar çox müxtəlif adamlardır. Amma bir şeydə çox oxşardırlar. Hər ikisi həyatındakı və karyerasındakı hər şeyə görə 1989-cu il 9 aprel Tbilisi hadisələrinə borcludur. Əgər həmin faciəli olaylar olmasaydı, dar çevrədən kənarda  heç kim və heç vaxt Vladimir Putin və Kseniya Sobçakın mövcudluğundan xəbər tutmayacaqdı.

 9

aprel hadisələrindən iki ay sonra Moskvada Xalq deputatlarının Birinci Qurultayı – Sovet İttifaqı tarixində bu və ya digər dərəcədə azad seçilmiş məclis baş tutdu. Və Tbilisi hadisələri müzakirə olunan əsas mövzulardan biri oldu. Onların araşdırılması üçün xüsusi komissiya yaradıldı. Bu komissiyaya o zaman heç kimin tanımadığı Anatoli Sobçak rəhbərlik etdi.

Bu komissiya heç nəyi araşdırıb ortaya çıxara bilmədi, insanların ölümündə günahkar olanlar tapılmadı. Amma Anatoli Sobçakın karyerası bununla başladı – o, tez bir zamanda Leninqradın (sonradan Sankt-Peterburqa çevrildi) azad şəkildə seçilmiş meri oldu və 90-lar Rusiyasının ən nüfuzlu siyasi fiqurlarından birinə çevrildi.

Məhz Anatoli Sobçak 70-ci illərdə Leninqrad  Universitetinin Hüquq Fakültəsində dərs dediyi gələcək prezident Vladimir Putini siyasətə gətirib. Anatoli Sobçakın qızı Kseniya televiziya aparıcısı karyerasını   atasının dəstəyi ilə başlayıb, daha sonra isə Vladimir Putinin himayəssi altında davam və inkişaf etdirib.

 Anatoi Sobçak (soldan) sovet dövrünün məşhur islahatçılarından biri. Sağındakı o zaman onun köməkçisi olan Vladimir Putindir. May, 1994. Reuters

İndi Vladimir Putin və Kseniya Sobçak prezident seçkilərində görüşəcəklər.

Rusiya prezidentliyinə hər iki namizədin bioqrafiyasında Tbilisi və Gürcüstanın belə vacib rol oynaması əlbəttə ki, tarixi təsadüfdür. Sadəcə Rustaveli prospektində baş verən olaylar zaman etibarilə Xalq deputatlarının Birinci Qurultayına yaxın idi və müvafiq olaraq, bu hadisələrə digər məsələlərdən daha həssas yanaşılmışdı.

Amma o zaman imperiyanın üsyan edən əyalətləri mövzusunun ən kəskin məsələ olması qanunauyğun idi və yeni postsovet karyeraları məhz onların üzərində qurulurdu. Həmin qurultay bir qədər əvvəl baş tutsaydı, Sumqayıt hadisələrini araşdırmalı olacaq, bir qədər gec baş tutsaydı isə ya Vilnyusun tele-mərkəzinə hücumla, ya da Bakıya qoşun yeridilməsi ilə məşğul olacaqdı.

  İ

mperiyalar tez ölmür, bu proses onilliklər və əsrlər davam edə bilər. Artıq iyirmi altı ildir ki, Sovet İttifaqı yoxdur, onun təsiri isə hələ də hiss olunur. Birinci növbədə insanların mentalitetində. Eyni zamanda həm də SSRİ-nin varisi olan Rusiya Federasiyasının yürütdüyü siyasətdə. Buna görə də, Gürcüstan, Azərbaycan, Ermənistan üçün Rusiiya prezidentinin kim olacağı belə vacibdir.

Vladimir Putin və Kseniya Sobçak aarasında fərq yoxdur. Onların rəqabəti futbol dili ilə “razılaşdırılmış oyun” adlandırmaq olar. Bu seçkilərdə Sobçakın iştirakının əsas məqsədi Vladimir Putin üçün həqiqətən də təhlükəli rəqib olan yeganə namizədin – Aleksey Navalnının seçkilərə buraxılmamasından diqqəti yayındırmaqdır.

Bu oyunun qalibi indidən bəllidir – Vladimir Putin. Bu da o deməkdir ki, Rusiya Federasiyası sələfi Sovet İttifaqının yolu ilə getməyə davam edəcək. Məsələ prezidentin soyadında deyil, onun ilkin demokratik institutlara münasibətindədir ki, onlardan ən vacibi də seçkilərdir.

Bu yolun sonunda daxili deqradasiya, iqtisadi tənəzzül və ərazi parçalanması görünür. Bu, kimisə kədərləndirir, kimisə sevindirir. Amma emosiyalardan asılı olmayaraq, qonşularımız hazırlaşsalar yaxşıdır.


More on JAMnews