Üç cavan oğlan üçün ümumi olan tək şey var – 2016-cı ilin aprel müharibəsi. " />

Müharibədən sonra sülh axtarışında

Üç cavan oğlan üçün ümumi olan tək şey var – 2016-cı ilin aprel müharibəsi.

Hərbi xidmət üç cavanın həyatını özünəməxsus şəkildə dəyişib, ümumi olan tək 2016-cı ilin aprel müharibəsidir. 

Son 25 ildə cəbhə xəttində presedentsiz gərginlik cavanları əsl müharibə ilə üz-üzə qoymağa məcbur edərək Vae, Arut və Arşakın həqiqi hərbi xidmət dövrünə düşdü.  

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Qarabağ münaqişəsi tərəfləri arasında olan toqquşma tammiqyaslı hərbi əməliyyatlara qədər böyüdü.

 

Dağlıq Qarabağ və Azərbaycan silahlı qüvvələrinin bütün təmas xətti boyu 4 gün ərzində davam edən və “Aprel müharibəsi” adını alan qızğın döyüşlər nəticəsində rəsmi Bakı 31 həlak olan hərbi qulluqçu (müstəqil mənbələrin məlumatına görə, Azərbaycanın itkisi 3 dəfə çox olub. “Xəzər” araşdırmalar mərkəzi 93 nəfərin adını adbaad sadalayıb), Ermənistan Müdafiə Nazirliyi isə hərbi tərkib arasında 77 nəfərin həlak olması barədə məlumat verib. 

 

Dağlıq Qarabağ ətrafında 1990-cı illərdən başlayan müharibə, hələ də Cənubi Qafqazın həll olunmamış münaqişələrindən biri olaraq qalır və regionda inkişafı əngəlləyir . 1994-cü ildə atəşkəs imzalanır, amma münaqişə hələ də həll olunmamış qalır. ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçi rolunu öz üzərinə götürüb.

 

 

Vasitəçilərin səyləri çərçivəsində mütəmadi olaraq Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxsləri və xarici işlər nazirləri arasında görüşlər təşkil olunur. 29 martda Vyanada Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutan görüşdə humanitar tədbirlər və tərəflər arasında birbaşa ünsiyyət mexanizmlərinin yaxşılaşdırılması haqda razılıq əldə olunub.

 

“İkinci doğuluş”

22 yaşlı Vae Kotanyan və onun dostu üçün Aprel müharibəsindən sağ çıxmaq bir növ “ikinci doğuluş” olub. 

«Bizim tərəfə atəş açdılar, mən mina partlamamışdan bir saniyə əvvəl dostumu oradan sürüyüb çıxara bildim», – Vae xatırlayır. 

Vae Kotanyan hərbi hissədə. Foto onun şəxsi arxivindəndir.  

Vae Ermənistanın Milli Memarlıq və İnşaat Universitetində təhsil alır, interyer və eksteryer dizayneri peşəsinə yiyələnir. 

Əsgərlikdən sonra o ilk baxışda lazımsız görünən əşyalara “ikinci həyat” verməyə qərar verir. 

Vaenin hazırladığı qaşıqlar. Foto Vae Kotanyanın şəxsi arxivindəndir

Vaenin sərgidə nümayiş olunan işləri. Foto onun şəxsi arxivindəndir

«Mən sınmış bəzək əşyaları, istifadə olunmayan qab-qaşıq və müxtəlif ev əşyalarından başladım. Sonra bəzək əşyalarından qaşıq hazırlanmasına keçdim», – Vae deyir.  

Vae öz hazırladığı qaşıqları 6 sərgidə nümayiş etdirirb. 6 apreldə keçirilmiş sərgidə o, yerindəcə sınmış taxta püpitrdən əsər yaradır.  “Artsaxdan olan ikicinsli müharibə” – o, öz əsərini belə adlandırır.  

«Bu, üzərinə saplar asılmış sınmış bir güzgü idi. Güzgüdə öz əksini görə bilərdin… Dağlıq Qarabağdan. Bu, insanın əyilmiş əksi idi, müharibənin insanları nə hala sala bilməsinin simvolu kimi. Nəyə görə ikicinsli müharibə? Çünki müharibə sənin hansı cinsdən – kişi və ya qadın olduğunu soruşmur», – Vae vurğulayır.  

Vae öz əsərlərini qonşu Azərbaycanda göstərmək fikrinə qarşı deyil, amma çox gözəl başa düşür ki, bu, hələlik mümkün deyil. 

“İncəsənət sərhəd və münaqişələrdən yuxarı olmalıdır, əminəm ki, onlar da [azərbaycanlılar] bizim kimi sülh istəyir. Düşünürəm ki, Azərbaycan incəsənət sahəsi nümayəndələri də təcrübələrini paylaşmaq istəyər, amma…»

Vae Kotanyan qaşıq kolleksiyası ideyasının necə yaranması haqda danışır. Foto: Serine Qabrielyan
Vaenin əsərləri, foto onun şəxsi arxivindəndir
Vaenin əsərləri, foto onun şəxsi arxivindəndir
Vaenin əsərləri, foto onun şəxsi arxivindəndir
Vaenin əsərləri, foto onun şəxsi arxivindəndir
Vaenin əsərləri, foto onun şəxsi arxivindəndir

Vae üçün sülh sakitlik abu-havasında yaratmaq imkanı və hər bir gündə əmin-amanlıq tapmaq deməkdir. 

«İki il ərzində [hərbi xidmət dövründə] ölümlə həyat arasında olanda hər gün yeni bir şəfəq görəcəyinə ümid edirsən, hər saniyən daha dəyərli olur, müharibə bu barədə məndə böyük bir iz qoyub. Ölüm təhlükəsi ilə üz-üzə olanda, sənə ayrılan zamanı dəyərləndirməyə başlayırsan, aldığın nəfəsi, yaratdığın hər şeyi, gördüyün hər işi dəyərləndirməyə başlayırsan. Mən sonuncunu seçdim, mümkün olduğu qədər incəsənətlə məşğul olacam». 

Gözəlliyi sezmək tələbatı 

Arut Babayan Yerevan parkında. Foto: Serine Qabrielyan.

22 yaşlı Arut Babayanın yaddaşında Aprel müharibəsi ərzində gördüyü və hiss etdiyi hər şey həkk olunub.   

«Bilirsiz, sülh nə deməkdir? Mən bunu dördgünlük müharibənin sonuncu günü anladım. Atışmadan sonra quşların səsi eşidilməyə başladı. Heç bir səs yox idi, atəş səsi gəlmirdi… onu təsvir etmək mümkün deyil», – Arut Babayan təəssüratları ilə bölüşür. 

Vətən keşikçisinin Reabilitasiya Mərkəzində fotoqrafiya dərslərinə gedən Arut heyfslənir ki, bu anı kameraya çəkə bilməyib ki, bu hissi başqalarına ötürə bilsin, hamı öz gözü ilə bunu görə bilsin və sülhü dəyərləndirsin, amma həmin vaxt o, əlində başqa silah tutmuşdu.

Aprel müharibəsi başlayanda o artıq orduda 8-9 ay xidmət etmişdi. 

“Bu vaxt hələ əsgərliyə təzə gəlmiş olsaydım, ola bilsin heç nə başa düşməzdim də, amma artıq 4 ay idi ki, hərbi mövqelərdə idim və bu bir neçə gün ruhi vəziyyətimdə bəlkə də bir neçə ilin təsir etməyəcəyi qədər əks olundu. Ümumilikdə insanlar ordudan qayıdandan sonra çox dəyişir, müharibə isə bizi tamamilə başqa adam edir. Sağlamlıqdan başlayaraq, həyatın sənə verdiyi hər şeyi qiymətləndirməyə başlayırsan”, – Arut deyir. 

Arut orduda bir ildən az xidmət edib. Mina partlayışından ayaqları zədələnib, 3 ay yeriyə bilməyib. Aylarla hospitalda qalandan sonra Arut ayağa dura bilib. Hələ də müalicə kursu keçir, amma artıq Yerevanda.  

Bu gün o, təkcə fotoqraf deyil, həm də müsahibat işini öyrənir.

“Fotoqrafiya ilə işi hobbi kimi seçmişəm, şəkil çəkməkdən çox xoşum gəlir. Müsahibat işinə gəlincə, düşünürəm ki, bu sənət üzrə iş tapacam. Rəqəmlər dünyası o qədər də darıxdırıcı deyil”, – Arut gülümsəyir. 

Arut Babayanın çəkdiyi fotolar. Şəxsi arxivdən fotolar

Arut Babayanın çəkdiyi fotolar. Şəxsi arxivdən fotolar

Arut Babayanın çəkdiyi fotolar. Şəxsi arxivdən fotolar
Arut Babayanın çəkdiyi fotolar. Şəxsi arxivdən fotolar
Arut Babayanın çəkdiyi fotolar. Şəxsi arxivdən fotolar

Müharibədən sonra Arutda gördüyü hər gözəlliyi çəkmək [kameraya] istəyi yaranıb. Bu gözəllik anlarını tutmaq üçün isə düzgün rakursu tapmağı bacarmaq lazımdır.

“Hətta zibili çəkəndə də düzgün rakurs və məna tapsan, gözəl şəkil əldə etmək mümkündür”,  – Arut buna əmindir. 

Onu rahatlıq və xoşbəxtlik gətirən obrazlar cəlb edir.

“Bir dəfə parkda gəzişərkən, iki nəfərin bir-birini çəkdiyini gördüm. Götürüb, onların şəklini çəkdim. Çox xoşbəxt bir fotoşəkil alındı. Bəlkə də fotonun yaxşı alındığını görüb, gülümsəyirdilər. Başqa sözlə, mənə gözəl gələn hər şeyi kameraya almağa çalışıram”.  

Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar
Arutun çəkdiyi fotolar

Havada sülh 

Aprel müharibəsi günlərində Arşak Ermənistan HHQ-də xidmət edib.

Bu gün 26 yaşlı Arşak Arutunyan mülki aviasiyada pilot karyerasını davam etdirir. 

Arşak Arutunyan uçuşa hazırlaşır, Arşak Arutunyanın şəxsi arxivindən foto.

“Xidmətimin xarakteri belə idi ki, bütün gün boyu davam edən gərginliyi [cəbhə xəttində] görməmişdim. Müharibə isə tamam başqadır. Buna qədər, hələ orduya çağırılmazdan əvvəl hansısa müharibə olduğunu eşidəndə bunun nə demək olduğunu anlamırdım, amma mənim cəmi üç ayım qalanda [həqiqi hərbi xidmətin bitməsinə] qarşıdurma başladı”.   

Agır döyüşlərdən sonra mülki əhali ilə ünsiyyət Arşaka rahatlıq hissini qaytardı. 

“6 gün sonra [aprelin 8-də, dörd günlük müharibə bitəndən sonra] mənim yenidən təkcə hərbçiləri deyil, həm də mülki şəxsləri görmək imkanım yarandı. Yalnız onda mənə daxili sakitlik hissi qayıtdı”, – Arşak xatırlayır. 

Aprel müharibəsinin çəkdiyi qısa müddət ərzində Arşak qohumlarından birini və həmkəndlisini itirib, buna görə də indi insanlarla daha çox vaxt keçirməyə çalışır, bu, həm yaxın, həm də adi tanış da ola bilər. Bilir ki, onların hamısını bir göz qırpımında itirə bilər. 

Arşakın atası ixtisasca aviamühəndisdir, təyyarələrə sevgisi oğlanlarına da keçib: Arşakın kiçik qardaşı da pilot olmaq fikrinə düşüb.

Hərbi xidmətdən sonra Arşak pilot karyerasını davam etdirib. Hazırda Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhranın İdarədedilməsi Akademiyasında oxuyur, riyaziyyatı öyrəndiyi universitetdə təhsilini isə yarımçıq qoyub. 

“Armenia Ariways” aviaşirkətində işləyən Arşak Tehrana tez-tez uçuşlar edir. 

“İndi də, İranın aviaşirkətlərində işləyərkən işlə bağlı azərbaycanlı həmkarlarımla görüşməli olmuşam. Buna qədər Ermənistan Müdafiə Nazirliyinin hərbi aviasiyasında xidmət etmişəm, Moskvada işgüzar görüşlər zamanı azərbaycanlılarla görüşmüşəm. Onlar bilirdilər ki, biz mülki şəxs deyilik və heç bir ünsiyyətimiz olmayıb”, – Arşak danışır. 

Hələlik quruda bərqərar edilə bilməyən sülhü o uçuşda tapmağa çalışır.

“Havada münaqişələr adətən unudulur, bütün diqqət uçuşa yönəlir. Tehranın üstündən keçərkən ikinci pilot azərbaycanlı idi. Bu dəfə söhbət etdik. Söhbətimiz sırf işlı bağlı idi,  ola bilsin, sadəcə sıxılırdıq. Amma ünsiyyətimiz oldu”.  

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews