Trotski Stalinlə hakimiyyət uğrunda mübarizədəki məğlibiyyətini məhz bu yerdə yaşayıb" />

Leon prospektindəki balkon: Trotski Abxaziyada

Trotski Stalinlə hakimiyyət uğrunda mübarizədəki məğlibiyyətini məhz bu yerdə yaşayıb

Trotski soyadını eşidənə qədər Abxaziyada çox olmuşdum. Abxazxiyada oraya dəfələrlə səfər etmiş Stalin haqda eşitmək daha gözləniləndir.

İlk dəfə o bu sahilyanı əraziyə 1906-cı ildə, gənc quldur ikən bolşevik partiyasını maliyyələşdirmək üçün gəmi soyduğu zaman gəlmişdi. O vaxtdan ta 50-ci illərə qədər buraya gəlib-gedib, yaşlı diktator olduğu zaman Ritsa gölü yaxınlığında Xolodnaya çayında yerləşən dövlət bağında aylarla vaxt keçirərmiş.

Onun qatı düşməni Trotskinin adının isə burada eşidilməyi nadir hadisədir.

Trotskinin adını Abxaxaziya ilə bağlayan ilk növbədə “San-Remo” otelinin (hazırda “Ritsa” oteli) 1914-cü ildə inşa edilmiş neoklassik üslublu gözəl ağ binasıdır.

Bu otel düz dəniz sahilində, “brexalovka” adı ilə tanınan kiçik kafenin qarşısında yerləşir. Abxaziya elitasının yaşlı nəsli qəhvə içib, domino oynayıb, siyasi müzakirələr aparmaq üçün buraya toplaşır.

Mənə nəql edildiyinə görə, alovlu inqilabçı Trotski Leninin ölümü ilə bağlı çıxışını məhz burada, ikinci mərtəbədə qaldığı küncdəki otağın balkonundan səsləndirmişdi. Mən bu hekayənin doğruluğunu yoxlamamışam. Amma bu ilin oktyabrında məhz bu otaqda qaldım və ağ metal balkonda dayanaraq, palmaların, məşhur kafenin və Qara dəniz boyunca uzanan geniş sahilin yaratdığı mənzərəni seyr etdim.

“Trotskiyə oxşayırammı?” – balkonda bir əlim havada, mövcud olmayan kütləyə müraciət edərək çəkdirdiyim fotomu paylaşaraq, fb dpstlarımdan Trotskiyə oxşayıb-oxşanadığımı soruşdum.

Nəhayət, mən Trotskinin Abxaziyada qaldığı zaman haqda ən yaxşı abxaz tarixçisi Stanislav Lakobadan eşitdin, onun üçün bu zaman ailə hekayəsinin bir hissəsidir.

Çıxış haqda danışılanlar tam olmasa da, doğru çıxdı. Öyrəndim ki, (müəyyən mənada məyus olsam da) mənim balkonum sovet tarixində o qədər də önəmli rol oynamayıb.

Trotski həqiqətən də bu balkondan Leninlə bağlı çıxış edib, amma bu, 1925-ci ildə olub. 1924-cü ildə Lenin vəfat edəndə, Trotski şəhər parkında çıxış edib. O zaman Trotski iki il dalbadal Abxaziyaya uzunmüddətli səfər etmişdi və bu da onun gələcək siyasi taleyini həll etmişdi.

Yeni 1924-cü ildə Lenin ciddi xəstə idi, amma çox az adamın məsələnin mahiyyətindən xəbəri vardı. Bu ana qədər Lenin Siyasi Büronun digər üzvlərindən fərqli olaraq Trotskiyə rəğbətlə yanaşırdı. Trotski mütəmadi yüksək temperaturdan əziyyət çəkirdi, həkimlər də ona subtropik iqlimdə müalicə olunmağı məsləhət görmüşdü.

O zaman qatarla Dağıstan və Bakını keçərək Cənubi Qafqaza gedib çıxmaq bir neçə gün çəkirdi. Tbilisi vağzalına yanvarın 22-də çatan Trotski şifrələnmiş teleqram alır, teleqramda deyilirdi ki, Lenin ötən gecə dünyasını dəyişib. O, bildirir ki, Moskvaya qayıdır. Cavabında növbəti teleqram gəlir: “Dəfn şənbə günü, yanvarın 26-da baş tutacaq. Siz çatmayacaqsınız. Siyasi Büro hesab edir ki, sağlamlığınız üçün siz Suxumiyə yollanmalısız. Stalin”

Trotski dəniz yolu ilə Batumidən Suxum/iyə gəlib çatanda aldadlıdığını anlayır. Dəfn bazar günü, yanvarın 27-də baş tutur, əslində o, dəfnə çata bilərdi.

Əlbəttə ki, dəfn mərasiminə Stalin rəhbərlik edir. Həmin gün dövlət bağının balkonunda uzanmış Trotski Moskvada Lenin dəfn olunduğu an artilleriya atəşfəşanlığının Qara dəniz üzərindən ucalan gurultusunu eşidir. Məhz bu an o, hakimiyyət uğrunda mübarizədə Stalinə məğlub olur.

Hadisələrin necə cərəyan etməsi ilə bağlı Trotskinin nəql etdiyi bu versiyaya bəziləri şübhə edir. Amma Stanislav Lakoba əmin edir ki, bu versiyanın doğruluğunu arxivlərdə yoxlayıb. Üstəlik az əvvəl dərc etdirdiyi “Abxaziyada böyük terror, 1937-1938” adlı üç cildlik fundamental əsərində o, Leninin mühafizəçisi və Stalinin dostu Abram Belenkinin 1924-cü il yanvarın 6-da Nestor Lakobaya ünvanladığı məktubda açıq şəkildə Trotskini “himayədə saxlamağı” xahiş edir, əlavə olaraq yazır: “Siz anlayın ki, Abxaziyada hər hansı mitinq və ya nümayiş keçirməyə ehtiyac yoxdur”.

Şinel və ulduzlu budyonovka geyinmiş Trotski aprelin 8-də mərkəzi parkda Leninin xatirəsinə həsr olunmuş alovlu çıxış edir. Bu vaxt onun səhhəti artıq düzəlmiş olur.

Stanislav Lakoba dövlət bağında makinaçı işləmiş yaşlı qadınla tanış idi: o, Trotskinin iki makinaçıya ayrı-ayrı iki məqaləni eyni zamanda diktə edərkən otaqda necə gəzişdiyini xatırlayırdı.

Trotski 1925-ci ilin yanvaında artıq arzuolunmaz şəxs ikən yenidən Abxaziyaya qayıdır. Ehtimal ki, onun sovet respublikası kimi Abxaziyanın konstitusiyasını hazırlamağı təklif etdiyi Nestor Lakoba ilə yaxşı münasibətləri qalmışdı. (Abxaziya bu statusundan 1931-ci ildə məhrum edilmiş və 1992-ci ildə müharibədən az əvvəl bərpasına cəhd olunmuşdu). Ola bilər ki, bu, Stalin və Beriyanı zəiflətmək cəhdi idi.

Abxaziyada üç tərəfdaşı Trotskiyə qoşulmalıydı – Aleksandr Myasnikov, Solomon Moqilevski və Georgi Atarbekov. Amma onların Tbilisidən yola düşən təyyarəsi qəzaya uğrayır. Onların ölümü şübhələrə səbəb olur, Trotski isə şahidlərin yanında bu hadisəni “üç qat qətl” adlandırır.

1925-il martın 23-də Trotski “San-Remo” otelində, mənim balkonumdan Lenin haqda ikinci çıxışını edir. O, Lenini xatırlayır, amma həlak olmuş üç tərəfdaşı üçün hüzn içindəydi.

“İliçin ölümündən sonra bu, zəhmətkeş kütlələr və bizim Kommunist Partiyamız üçün ən ağır zərbə oldu”, – o, bu sözlərlə küçədə toplaşan kütləyə müraciət edir.

Üç il sonra Trotski sürgünə göndəriləcək və orada sui-qəsd qurbanı olacaq, daha sonra isə unudulacaqdı. Onun Abxaziyada olması ilə bağlı abidələr ucaldılmayıb.

Amma taleyin işinə bax ki, “Ritsa” otelinin yerləşdiyi küçə Leon prospekti adlanır – Rusiyadan kənarda isə Trotski Lev kimi yox, Leon kimi tanınır. Əslində Leon orta əsrlərə aid Abxaziya çarlarından birinin adıdır, amma bu ad həmin bu balkonda həlak olmuş yoldaşlarına, bəlkə də sovet lideri kürsüsündə Lenini əvəz etmək şansını əldən verdiyinə görə hüzn içində çıxış edən inqibabçını da yada salır.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews