Niyə bələdiyyə seçkiləri Türkiyə üçün belə vacibdir, əsas fiqurlar kimdir, “İstanbul uğrunda savaş” niyə başlayıb və proqnozlar nədən ibarətdir?" />

Türkiyə, prezidentin revanşı: İstanbulda təkrar seçki təyin edilib

Niyə bələdiyyə seçkiləri Türkiyə üçün belə vacibdir, əsas fiqurlar kimdir, “İstanbul uğrunda savaş” niyə başlayıb və proqnozlar nədən ibarətdir?

2019-cu ilin martında keçirilən bələdiyyə seçkilərinin Türkiyəyə gətirdiyi siyasi problemlər dərinləşir. İstanbul merliyinə seçkilərin nəticələri ləğv olnub. Bu nəticələrə görə müxalifətin namizədi Əkrəm İmamoğlu qalib gəlib.

Müxalifətin və beynəlxalq aləmin etirazlarına baxmayaraq, Türkiyə Mərkəzi Seçki Komissiyası öz fikrində qalıb: səsvermə pozuntularla müşayiət olunub və seçkilər təkrar keçirilməlidir. Təkrar seçki iyunun 23-ə təyin edilib.

Bu qərarı prezident Rəcəb Tayyib Ərdoğan alqışlayıb. Seçkilərin nəticələrini mübahisələndirən də elə onun Ədalət və İnkişaf Partiyası (AKP) olub.

Yeni mer işə başlayandan cəmi bir neçə gün sonra kürsüsünü tərk etməli olub.

Əkrəm İmamoğlu bu qərarı “xəyanət” adlandırıb və deyib ki, “Türkiyədə demokratiyaya güclü zərbə endirilib”.

Təkrar seçkilərdə Ərdoğanın partiyasından keçmiş baş nazir Binəli Yıldırım iştirak edəcək.

2019-cu ilin martında keçirilən yerli seçkilərdə Ədalət və İnkişaf Partiyası bir neçə vacib bölgədə, ən əsası isə İstanbulda məğlub olub. Ekspertlər artıq o zaman xəbərdarlıq edirdilər ki, siyasi nöqteyi-nəzərdən zəifləyən hökumət getdikcə təhlükəli olmağa başlayır.

Bələdiyyə seçkilərinin Türkiyə üçün niyə mühüm siyasi mərhələ olduğu, əsas fiqurların kimliyi, “İstanbul uğrunda savaşın” niyə başladığı və proqnozların nədən ibarət olduğu haqda JAMnews-un 2019-cu ilin aprelində, müxalif merin İstanbuldakı qələbəsindən dərhal sonra hazırladığı icmal.

• Türkiyədə iqtisadi böhran – polis çörəyin qiymətini tənzimləyir

Azərbaycanlı tələbələr Türkiyədə – onların seçim səbəbləri haqda qısa

Istanbul, Turkey, May 6, 2019. REUTERS/Murad Sezer

Müxalifət liderinə hücum

Aprelin 21-də Türkiyənin ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (“CHP”) sədri Kamal Kılıcdaroğluna hücum baş verib.

Kılıcdaroğlu tərəfdaşları ilə birlikdə Hakkaridə terrora qarşı xüsusi əməliyyatda həlak olan hərbçinin Ankaranın Çubuq rayonunda keçirilən dəfn mərasiminə qatılıb. Bu zaman onlarla insan onlara hücum edib və Kılıcdaroğluna ağır zərbələr endirib.

Qarışıqlıqda CHP millət vəkili Levent Gök də döyülüb.

Mühafizəçilər və polis əməkdaşları partiya sədrini yaxınlıqdakı evə salıb, orada mühafizə etməyə çalışıb. Qəzəbli qrup isə həmin evi də daşlayıb. Hətta sıralarından bir qdın israrla evi yandırmağa çağırıb.

Partiya yetkililəri və bir çox müşahidəçilər hesab edirlər ki, bu hücum iqtidar partiyası tərəfindən 2019-cu il martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq təşkil edilib.

Siyasi kontekstin mahiyyəti həm də ondan ibarətdir ki, iqtidarda olan AKP-ə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik edir. 2018-ci ilin iyununda keçirilən prezident seçkilərində isə onun əsas rəqibi məhz müxalif CHP-nin namizədi Muharrem İnce olub.

REUTERS/Kemal Aslan

Bələdiyyə seçkilərinin nəticələri

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər böyük əhəmiyyət kəsb edir, çünki bütün ölkə üzrə bələdiyyələr real səlahiyyətlərə və böyük büdcəyə sahiblir. Onların əhəmiyyəti 2017-ci ilfə prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən referendum nəticəsində Türkiyə parlament respublikasından prezident respublikasına keçəndən sonra bir qədər azalıb.

Türkiyədə keçirilən və ölkə prezidentinə kral səlahiyyətləri verən referendum haqda — foto və video

Amma bu dəyişikliklərə baxmayaraq, hamı 2019-cu il martın 31-ə təyin edilən seçkiləri Türkiyədə kimin – iqtidarın, yoxsa müxalifətin daha güclü olduğunun nümayişi kimi gözləyirdi.

Hər iki rəqib üçün İstanbul və Ankarada qələbə qazanmaq çox vacib idi.

Nəticədə ən çox səs toplayan və ən çox bələdiyyə qazanan yenə də Ərdoğanın AK Partisi olsa da, bu seçkilər iqtidar partiyasının indiyə qədər yaşadığı ən uğursuz seçki olub.

Bunu təsdiqləyən bir neçə rəqəm:

Bütün Türkiyə üzrə AKP 44,33 faiz, ana müxalifət – CHP isə 30,12 faiz səs toplayıb.

Qalan səslər digər partiyalar arasında bölüşdürülüb.

2014-cü il bələdiyyə seçkiləri ilə müqayisədə AKP cəmi 1,27 faiz itirib (45,60 faiz), CHP isə 2,32 faiz daha artıq (27,80 faiz) səs qazanıb.

Yəni Ərdoğanın partiyasının bu seçkilərdə itkisi səs faizi ilə bağlı deyil, Ankara, İstanbul, Antalya, İzmir, Kırşehir, Bolu, Biləcik, Sinop, Artvin, Ardahan, Adana, Mersin, Hatay kimi böyük şəhərləri müxalifətə uduzmasıdır

Son seçkilərdə Ankaranın bələdiyyə başçısı kürsüsünü müxalif CHP qazansa da, paytaxtın bir çox rayon bələdiyyələrində, o cümlədən də sözügedən dəfn mərasiminin baş tutduğu və CHP sədrinin hücuma məruz qaldığı Çubuq rayonunda “AKP” namizədi bələdiyyə sədri seçilib.

Videogöüntülərdən də göründüyü kimi Kılıçdaroğlunun üzünə sərt yumruq vuran şəxsin AKP üzvü Osman Sarıgün olduğu ortaya çıxıb.

İqtidar partiyasından dərhal hadisəni pisləildiklərinə və Sarıgünün partiya sıralarından xaric edildiyinə dair açıqlama gəlib. Hadisə ilə əlaqədar Sarıgün başqa olmaqla altı nəfər saxlanılıb.

Amma onlardan beşini dindirmədən dərhal sonra azadlığa buraxıblar. Üç gün sonra isə Sarıgün də azad edilib. İstintaq müddətində onlar azadlıqda qalacaqlar.

İstanbul uğrunda “savaş”

İqtidar partiyası üçün ən böyük məyusluq isə meqapolisin – İstanbulun itirilməsi oldu, şəhərin mer kürsüsünü müxalifətin namizədi Əkrəm İmamoğlu qazandı.

AKP məğlubiyyətin etirafını 17 gün uzatdı. Bütün ölkə üzrə nəticələr elan edilsə də, İstanbulda səs faizləri uzun müddət naməlum qaldı. İqtidar partiyası AKP seçkidə saxtakarlıq olduğunu bəyan etdi və təkrar seçkilərin keçirilməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Təkrar seçki qərarı verilmədi. Amma İstanbul bələdiyyəsində səslər təkrar-təkrar sayıldı.

Seçkilərin nəticəsinin gecikdirilməsinə ictimaiyyət müxtəlif formalarda reaksiya verirdi. Məsələn, aprelin 13-də keçirilən “Beşiktaş” – “Başakşehir” futbol matçında ev sahibi komandanın azarkeşləri bir ağızdan “İmamoğluna mandatını verin” şüarını səsləndirdi:

Nəhayət, Mərkəzi Sekçi Komissiyası Əkrəm İmamoğlunu qalib elan etdi.

Açıqlanan nəticələrə əsasən, CHP namizədi Əkrəm İmamoğlu 48,80 faiz, AKP namizədi Binəli Yıldırım isə 48,55 faiz səs toplayıb.

Amma iqtidar tərəfdarları yenə də məğlubiyyətlə barışmış kimi görünmür. Seçkilərdə AKP-nin müttəfiqi olan Milliyətçi Xalq Partiyasının (MHP) sədri Devlet Bahçeli bunları deyib:

“Mandatın alınması ilə hər şey bitdi, demək düzgün deyil, etirazlar davam edəcək”.

1996-1997-ci illərdə Türkiyənin baş naziri olmuş Nəcməddin Ərbakan da təhdid səsləndirib. O, “siyasi islam” ideologiyasının yaradıcısı və Rəcəb Tayyib Ərdoğanın müəllimi hesab edilir.

Mərkəzi Seçki Komissiyası İmamoğlunu qalib elan edəndən sonra Nəcməddin Ərbakan isə tvitterində bunları yazıb:

“İstanbul bir daha fəth edilməlidir”.

İstanbul niyə önəmlidir?

İstanbul. Foto: David Pipia, JAMnews

Rəcəb Tayyib Ərdoğanın siyasət həyatındakı ilk böyük uğuru 1994-cü ildə İstanbulun bələdiyyə sədri seçilməsi olub.

O zamandan bəri İstanbulda bələdiyyə seçkilərini mütəmadi olaraq üç partiyadan birinin – Rifah Partiyası, Fəzilət Partiyası və ya AKP – namizədləri qalib gəlirdi. Bu üç partiya 1960-cı illərdəki sələfləri Milli Salamatlıq Partiyası ilə birlikdə “milli görüş” adlanan ideyanın daşıyıcılarıdır.

Belə çıxır ki, İstanbul əhalisi bu il 25 illik “milli görüş” hegemoniyasına son qoydu.

Yeri gəlmişkən, Ankara da eyni şey baş verdi.

Yeni (kürsüsünü tərk etmiş) İstanbul meri Əkrəm İmamoğlu kimdir?

 

İstanbulun yeni meri 49 yaşlı Əkrəm İmamoğlu daha əvvəl atasından qalma ailə biznesi ilə məşğul olub.

2009-cu ildən CHP üzvüdür.

 

 

2014-cü il bələdiyyə seçkilərində İstanbul rayonlarından birində bələdiyyə sədri seçilib. Onun İstanbul kimi böyük şəhərə və əsas hədəflərdən birinə namizəd göstərilməsi sürpriz sayılmışdı, çünki ictimai-siyasi cəhətdən ciddi bir nüfuza sahib deyildi.

“Cəmiyyəti parçalayan iqtidardır”

“Sözçü” qəzetinin siyasi şərhçisi Emin Çölaşan hesab edir ki, müxalifət liderinə qarşı hücum milli parçalanma, cəmiyyətin kəskin qütbləşməsi, hətta düşmən cəbhələrə bölünməsini stimullaşdırır.

Onun fikrincə, AKP iqtidarda olduğu uzun illər boyunca özündən olmayanları düşmən elan edərək cəmiyyəti parçalamaqla məşğul olub. Buna görə də Ankarada müxalifət liderinə qarşı baş verən zorakılıq son olmaya və Türkiyə cəmiyyəti daha ağır nəticələrlə üz-üzə qala bilər.

“Necə olsa məhkəmə və medianı da ələ keçiriblər, bu iki gücdən yararlanaraq, ağıla gəlməyən işlər gördülər…”, – Emin Çölaşan yazıb.


More on JAMnews