Gürcüstan-Azərbaycan sərhədinin bölüşdürülməmiş hissəsi rahiblər, keşişlər və turistlər üçün problem yaradır" />

Qədim gürcü David-Qareci kompleksi Azərbaycanın bir neçə günlük qadağasından sonra yenidən açılıb

Gürcüstan-Azərbaycan sərhədinin bölüşdürülməmiş hissəsi rahiblər, keşişlər və turistlər üçün problem yaradır

Aprelin 26-da Şərqi Gürcüstanda yerləşən məşhur David-Qareci qədim mağara kompleksinə giriş açılıb. Son üç gün ərzində Azərbaycan sərhədçiləri ora girişi bağlayıb, nəinki turistləri, yerli rahib və keşişləri də ora buraxmırdı.

David Qareci qayalarda 25 kilometr dərinlikdə oyulmuş unikal kiçik şəhərdir. Oraya 21 monastır daxildir ki, bu da ümumilikdə 5 min hücrə deməkdir. Onlardan ən qədimləri bizim eranın 6-cı əsrinə aiddir. Bəzi monastır-hücrələr çox kiçikdir, onların çoxunda 8-14-cü əsrlərə aid freskalar qorunub. Kompleksin əsas monastırı Müqəddəs David lavrasıdır.

 

Gürcüstan-Azərbaycan sərhədi düz David-Qareci kompleksindən keçir. Kompleksin böyük hissəsi, o cümlədən də Udabno Monastırı dağın cənub-qərb ətəyində, Azərbaycanın nəzarəti altında olan ərazidə yerləşir.

 

David-Qareci uzun illərdir ki, iki ölkə arasında müzakirə mövzusudur, çünki bu ərazidə sərhəd delimitasiya olunmayıb – ümumilikdə bu, Gürcüstanla Azərbaycan arasında ümumi uzunluğu 446 kilometr olan sərhədin üçdə biri deməkdir. Delimitasiya və dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli Gürcüstan-Azərbaycan dövlətlərarası komissiyası 1996-cı ildə yaradılıb, amma o vaxtdan bəri proses ümumiyyətlə irəliləməyib.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Adətən sərhədlə bağlı problem yerli rahib və keşişlər, eləcə də David-Qareciyə gələn turistlər üçün maneə yaratmırdı. Amma aprelin 22-də Azərbaycan gözlənilmədən kompleksə girişi bağladı.

Bakı bu vəziyyətlə bağlı heç bir açıqlama vermədi. Faktiki olaraq yeganə məlumat mənbəyi monastırın arximandriti Kirion (Oniani) oldu.

O, Gürcüstanın İctimai Televiziyasına kompleks ərazisinə keçə bilmədikləri haqda danışıb və deyib ki, “Azərbaycan sərhədçiləri monastır ətrafında cığırlar salırlar”.

Kirion atanın fikrincə, Azərbaycan tərəfinin gözlənilməz qadağası böyük ehtimalla prezident Salome Zurabişvilinin sərhədin mübahisəli hissəsinə dair mümkün qədər tez razılığa gəlməyin vacibliyi haqda bəyanatı ilə bağlıdır. Zurabişvili bu məsələni 2019-cu ilin fevralında Bakıya səfəri zamanı qaldırıb.

Aprelin 26-da kompleksə giriş açılıb, bunu gürcüstanlı jurnalistlərə Kirion ata da təsdiq edib:

“Səhərdən başlayaraq biz sərbəst hərəkət edə bilirik. Azərbaycan sərhədçiləri cığır açmağı dayandırıb”.

Gürcüstanın XİN rəhbəri David Zalkaliani jurnalistlərə bildirib ki, problem Bakıdan olan həmkarı ilə danışandan sonra həll olunub.


More on JAMnews