“Təyyarədəki oğlanlar” haqqında filmin nümayişi Gürcüstanın kinoteatrlarında aprelin 20-dən başlayır " />

«Girovlar» və ya final əvvəlcədən məlum olanda

“Təyyarədəki oğlanlar” haqqında filmin nümayişi Gürcüstanın kinoteatrlarında aprelin 20-dən başlayır

  “Girovlar” filminin dünya premyerası 67-ci Berlin kinofestivalında baş tutub. Aprelin 20-dən Rezo Qiqineişvilinin filmi Gürcüstanda kinoteatrlarda göstəriləcək. Süjetin əsasında sovet Gürcüstanında 1980-ci illərdə təyyarənin qaçırılması ilə bağlı olan faciəvi hadisədir.

“Girovlar” real hadisələr haqqında filmdir. 18 noyabr 1983-cü ildə baş verən hadisələr. Həmin gün yeddi gürcü gənc Tbilisi hava limanından Batumiyə uçan TU-134-ü qaçırmağa cəhd etdilər.

Plan beləydi – silahlı gənclər təyyarəni Türkiyədə endirməli, oradan da Qərbə yollanmalıydılar. Orada da onları gözəl həyat – azadlıq, Amerika gözləyirdi.

Amma hər şey başqa cür oldu. Təyyarəni qaçıranlar onun bir neçə saat səmada uçandan sonra Türkiyədə deyil, Tbilisidə yerə endiyini görəndə, planlarını dəyişdilər. Xüsusi təyinatlılar təyyarəyə hücum çəkdilər. Göyərtədə 57 sərnişin varıydı. İntensiv atışma nəticəsində 7 nəfər həlak oldu, onlardan ikisi təyyarəni qaçıranlar idi. Cinayət işində qeyd edilmişdi ki, təyyarəyə çöldən atılan 108 güllə dəyib.

Təyyarəni qaçıranlar arasında 22 yaşlı aktyor Qeqa Kobaxidze və tələbəsi və həyat yoldaşı Tina Penviaşvili də varıydı. Təyyarəni qaçırandan bir gün əvvəl onların toyu olmuşdu.  Cinayətkarlardan ikisi atışma zamanı öldü. Yerdə qalanlarına məhkəmə ən ağır cəza kəsdi – güllələnmə. Ölüm hökmündən ancaq təyyarəni qaçıranlar arasında yeganə qadın olan Tina Petviaşvili qurtula bildi. Onu 14 il həbs cəzasına məhkum etdilər.

Rejissor Rezo Qiqineişvili 8 il bu mövzunu araşdırıb – material toplayıb, DİN və ölənlərin ailələrinin arxiv materiallarını oxuyub, ssenari müəllifi və dramaturq Laşa Buqadze ilə birlikdə köhnə müsahibələr və dindirmə protokolları ilə tanış olub.

Baxmayaraq ki, rejissorun qarşısında sənədli film yaratmaq vəzifəsi durmurdu (filmdə hətta qəhrəmanların adları da dəyişdirilib), mövzudan uzaqlaşmaq mümkün olmadı. Çünki “təyyarə oğlanları” mövzusu  dəfələrlə siyasi alver predmeti olub və olacaq. Bu məsələ ilə bağlı bir çox sualların indi də cavabı yoxdur və indi də 34 il əvvəl olduğu kimi bir-birinə tam əks fikirlər səsləndirilir.

Bir neçə nəfər gənc. Fraqmentar. Səthi. Onlar haqqında çox şey öyrənmək mümkün deyil, heç kimin buna vaxtı yoxdur. Laşa (Giorgi Xurtsilava) və İrakli (Vaxo Çaçanidze) – qardaşlar, həkimlər. Həm də… bilmirəm, adı Otodur (Giorgi Tabidze atası Giya Tabidzenin rolunu oynayır), körpə uşağı var, məlum olan ancaq budur. Həm də Sandro (Giorgi Qrdzelidze) və Koka (Qiqa Datiaşvili). Nika (İraklı Kvirikadze) və Tinanın  (Tina Dalakişvili) tezliklə toyu olacaq. Onlar bu tədbirə hazırlaşır. İlk baxışdan artıq heç nə baş vermir. Artıq nəsə öyrənmək üçün sifətləri diqqətlə nəzərdən keçirirsən…

Filmin əsas qəhrəmanları, Nika (İrakli Kvirikadze) və Tina (Tina Dalakişvili)

Toya bir neçə gün qalmış, toy, təyyarənin qaçırılması – filmdə hər şey bu üç epizodun ətrafında cərəyan edir. Fərqi yoxdur, nəyə – hüquq-mühafizə orqanları işçilərinin qorxudan rəngləri solmuş, qan içində olan qiyamçıları apardıqları final səhnəsinə və ya xoşbəxt bəylə gəlinin rəqs etdiyi toy kadrlarına baxırsan –  bütün film boyu səni ağır, sıxıcı və qorxunc bir ab-hava əhatə edir. Amma konteksti təhlil etmədən bu film elə 80-ci illərdə təyyarəni qaçırmağa cəhd edən oğlanlar haqqında hekayə olaraq qalır. Cəhd etdilər, vəssalam.

Ola bilsin, müəyyən yarımçıqlıq  hissi məhz ona görə yaranır ki, böyük çoxqatlı material ancaq təyyarənin qaçırılması fraqmenti üzərində qurulub, bu da mənzərəni təhlil etmək və hərtərəfli görmək imkanı vermir.

Əslində girov kimdir? Zorakılıq yoluyla olsa belə, buxovlardan azad olmağa cəhd göstərən yoxsa ələ keçirilən təyyarədə girov olan dinc adam? Filmin adının bu suala ikimənalı cavab verməsinə, infantilizmin, qəhrəmanlardakı qorxunun qabardılmasına baxmayaraq, filmin sonunda Tinanın anası Nika ilə söhbətindən sonra anlayırsan ki, müəlliflər qəhrəmanları tamamilə özlərindən uzaqlaşdıra bilmədilər. Bu həyat hekayəsinin tam qırağı ilə keçmək cəhdinə baxmayaraq, filmdə müəyyən əfsanəlilik çaları yenə də hiss olunur.

Bir epizod yada düşür – təyyarəni məcburən Tbilisidə yerə endirirlər və onu qaçıranlar girovları azad etmir. İki girovu qan aparıb, yaralılar var. Girovlardan biri ilə xəbər çatdırmaq üçün, onu azad etmək qərarına gəlirlər. Birdən balaca əllər, girov oğlan görünür, qaranlıqda oturub, elektron oyuncaqla “Nu poqodi!” oynayır, zənbilə yumurta yığır. Bu zaman da gözlərindən yaş sel kimi axır. Ən yadda qalan səhnə isə toyun səhəri günüdür. Nikanın evi. Otaqda qonaqlar şənliyi davam etdirirlər, eyni zamanda da yeni evlənənləri aeroporta yola salırlar. Nika ilə Tina bal ayını Batumidə keçirmək qərarına gəlib. Evin kandarından çıxar çıxmaz birdən Nikanın sifəti ciddiləşir, sanki nəyisə xatırlayıb, evə qayıdır. Hər kəsə yaxınlaşır – kimisə öpür, kiməsə nəsə deyir, zarafat edir, əzilib-büzülür, hətta niyəsə masanın altına girir. Kamera onu izləyir və hər bir emosiyasını fiksə edir. Fonda hansısa musiqi sədaları, daha doğrusu, məşq qabağı orkestr səs-küyünü, səslərin qarışığını xatırladan kakafoniya eşidilir. Bu epizoda baxırsan, bu səs-küyü eşidirsən və izahedilməz həyəcan səni bürüyür.

İdeal şəkildə yaradılmış klaustrofobik bir mühiti və Sovet İttifaqını bu cür yaxınlıqda çoxdandır ki, görmürdüm. Bu da sözsüz ki, filmin rəssamı Kote Caparidzenin və operatoru Vladislav Opelyansın xidmətidir. Aktyor tərkibi də gözlədir, xüsusən də Nikanın anası obrazını canlandıran Darecan Xarşiladze. Həm də ritm, 103 dəqiqə ərzində bir saniyə belə səni buraxmayan filmin ritmi. А еще ритм, ритм фильма, на протяжении всех 103 минут ни на секунду не дающий расслабиться.

“Girovlar” dramadır. Katarsissiz drama.

Facebook Comments

More on JAMnews