Ermənistanda nə baş verir, əsas aktorlar kimdir və kim nəyə nail olmaq istəyir
Bu mətndə biz qarşıdurmanın əsas aktorları, onların öz qarşılarında qoyduqları vəzifələr, o cümlədən də cəmiyyətdə kimin kimi daha çox və niyə dəstəklədiyi haqda qısa şəkildə danışırıq.
Ermənistanda nə baş verir?
Müxalifət və cəmiyyətin əhəmiyyətli hissəsi artıq 10 ildir ölkəni idarə edən şəxsin hakimiyyətinə qarşı çıxır. Söhbət keçmiş prezident, hazırkı fövqəlgücə sahib baş nazir Serj Sarqsyandan gedir.
Amma Ermənistandakı etirazlar ölkənin xarici kursunun dəyişməsi ilə qətiyyən bağlı deyil. Etiraz edənlərin liderləri ümumilikdə daha çox qərbyönlü baxışlara sahib olsalar da, burada söhbət qərbyönlü müxalifətlə Rusiya meyilli hakimiyyət arasındakı qarşıdurmadan getmir. Serj Sarqsyana qarşı əsas irad sosial-iqtisadi iflasdır.
Onun yerini kim tuta bilər və ölkəyə fərziyyə olunan namizədlər nə təklif edə bilər, hazırda Ermənistanda bunlar müzakirə olunmur.
İ
ki il əvvəl, 6 dekabr 2015-ci il tarixində Ermənistanda konstitusiya referendumu keçirildi. Bu referendumda cəmi 50,8% vətəndaş iştirak etdi, amma əksəriyyəti (66,2%) Ermənistanın yarım prezident idarəçilik formasından imtina edərək, parlament respublikası olması ideyasını dəstəklədi.
Təşəbbüsün müəllifi ölkə prezidenti Serj Sarqsyanın özü oldu. Bu,
onun ikinci və deməli sonuncu prezidentlik müddətiydi. Onun bir daha öz namizədliyini irəli sürmək hüququ yolxuydu.
Dövlət idarəçiliyinin parlament sistemi prezident sistemindən ilk növbədə onunla fərqlənir ki, ölkədə əsas adam baş nazir olur.
Müxalifət, bir çox ekspertlər və jurnalistlər bütün bu illər ərzində xəbərdarlıq ediblər ki, bu təşəbbüsün əsas məqsədini Serj Sarqsyanın ölkədə hakimiyyəti öz əlində sonsuza qədər saxlamaq niyyəti təşkil edir. Bu ssenari öz təsdiqini tapdı.
9 aprel 2018-ci ildə Ermənistanda yeni, səlahiyyətləri minimuma endirilən prezidenti seçdilər. Bu vaxta qədər də ölkə qanunvericiliyinə edilən dəyişikliklər hakimiyyəti baş nazirin əlində bir qədər də möhkəmlədərək, ona güc qurumları üzərində tam nəzarəti verdi.
Baş naziri xalq deyil, parlament seçir. Ermənistan parlamentində mütləq əksəriyyət Serj Sarqsyanın başçılıq etdiyi hakim Respublika Partiyasına məxsusdur. Partiya da gözlənildiyi kimi onu öz namizədi elan etdi. Onun fövqəlgücə malik baş nazir olacağı artıq heç kimdə şübhə oyatmırdı.
13 aprel etirazı da məhz bu perspektivə qarşı qalxdı. Onu öz tərəfdaşları ilə küçələrə çıxan müxalifətçi deputat Nikol Paşinyan təşkil etdi.
Birinci gün ona qoşulanların sayı o qədər də çox deyildi. Amma artıq etirazın ikinci günü küçələrə fəal şəkildə gənclər, ilk növbədə də tələbələr çıxmağa başladılar. İtaətsizlik hərəkatı iştirakçılarının sayı yavaş-yavaş artırdı və artıq on minlərlə ölçülməyə başladı.
Etirazçılar küçələri bağlayaraq, çadırlarda gecələyirdi ki, səsvermə günü binaya deputatları buraxmasınlar, amma bunun xeyri olmadı. 17 aprel 2018-ci ildə parlamentdə səsvermə zamanı Serj Sarqsyan baş nazir seçildi.
Həmin gün Nikol Paşinyan ölkədə dinc “məxməri” inqilabın başladığını elan etdi. İdeya ondan ibarətdir ki, yüz minlərlə adam tətilə qoşulsun – işə, dərsə getməkdən imtina etsin, banklarda hesablarını sıfırlasın, öz aksiyaları ilə hökumətin fəaliyyətini iflic vəziyyətinə salsınlar. Çoxsaylı aksiya isə Ermənistanda neçə adamın hakimiyyəti dəstəkləmədiyini göstərməlidir.
M
üxalifət və etiraz iştirakçıları nə tələb edir
Serj Sarqsyan hələ 2017-ci ildə hakimiyyətdən getmək niyyətində olduğunu və heç bir – nə baş nazir, nə də prezident vəzifəsini tutmayacağını bildirib. O deyib ki, heç kimin iki müddətdən artıq dövlətə rəhbərlik etməli olmadığına əmindir.
[youtube youtubeurl=”https://www.youtube.com/watch?v=kzB-gVF-4do ” ][/youtube]
Məhz bu bəyanat da indi etirazçıların əsas arqumentinə çevrilib: Serj Sarqsyan sözünə əməl etməli və hakimiyyətdən getməlidir.
Etirazların lideri Nikol Paşinyan kimdir və nə istəyir
Keçmişdə jurnalist və redaktor olan Nikol Paşinyan həmişə siyasi fəal olub, müxtəlif vaxtlarda müxtəlif siyasi qüvvələri dəstəkləyib. Cəmiyyətdə, xüsusilə də siyasi karyerasının başlanğıcında xüsusi populyarlığı olmayıb.
2017-ci ildə Paşinyan iki başqa, “Ziyalı Ermənistan” və “Respublika” partiyaları ilə blok yaradan müxalif “Yelk” partiyasından parlament deputatı olub. Bu siyasi blok o vaxt seçicilərin 7 faiz səsini toplayaraq, parlamentə keçə bilib.
Ermənistanda bir çoxları “Yelk”i real müxalifət sayır. Partiya qərbyönlü kursu tutur və tez-tez parlamentdə hakimiyyətin siyasətinə qarşı qətiyyətlə çıxış edir. Məhz “Yelk” Ermənistanın Avrasiya İqtisadi Birliyindən [Rusiyanın liderliyi altında fəaliyyət göstərir] çıxmasını tələb edir və bildirirdi ki, bu quruma üzvlük ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Ermənistan parlamentində daha bir müxalif “Sarukyan” partiyası təmsil olunur, amma onu çoxları cib müxalifəti hesab edir.
Hazırda Paşinyan bir qədər epataj siyasi təşviqat və mübarizə üsulunu seçib. O cümlədən, baş nazir seçkilərindən bir neçə gün əvvəl o, ölkədə piyada turuna çıxıb. Kənd və şəhərlərdə Nikol Paşinyan insanlara öz planını izah edirdi – Serj Sarqsyana hakimiyyətdə qalmağa necə imkan verməmək olar: yüz minlərlə adam Yerevanın küçələrinə çıxmalı, parlament binasını mühasirəyə almalı və parlamentdə səsverməyə imkan verməməlidir. Və artıq deyildiyi kimi, imkan verməmək alınmadı.
Serj Sarqsyan haqqında
Serj Sarqsyan artıq 25 ildir ki, hakimiyyətdədir. 2000-ci ildən 2007-ci ilə qədər müdafiə naziri postunu tutub. Sonra da bir il baş nazir olub. 2007-ci ildən Respublika Partiyasına başçılıq edir. 2008-ci ildə Sarqsyan ilk dəfə prezident seçilib və 2018-ci ilin aprel ayına qədər bu postu tutub.
Serj Sarqsyan hakimiyyətinin avtoritarlıq əlamətləri var. Onun partiyası parlamenti idarə edir, əksər nazir və iri rəhbərlər ya elə həmin Respublika Partiyasının üzvləridir, ya da açıq şəkildə ona tam loyallığını nümayiş etdirir.
Müxalifət hesab edir ki, Serj Sarqsyanın 10 illik prezidentliyi dövründə ölkə lazımi qədər inkişaf etməyib. Əhali kütləvi şəkildə Ermənistanı tərk edir, çoxları illərlə işinin və heç bir perspektivinin olmadığını deyir.
Serj Sarsyan yaxşı şahmat oynayır, bu da onun məsələlərin həlli zamanı uğurla siyasi gedişlər etməyinə kömək edir. O cümlədən, insanların eyni sifətlərdən bezdiyini, artıq çoxdan onlara maraq və etibarlarının itdiyini anlayaraq, o iki dəfə öz komandasına yeni və cazibəli sifətlər cəlb edib.
Əvvəlcə parlament seçkilərində. ERP-nin seçkiqabağı kampaniyasını o, həmin vaxt yeni adama – cazibəli və perspektivli baş nazir Karen Karapetyana həvalə etdi. Partiya da parlamentdə çoxluq əldə etdi. Sonra da həmin gediş Ermənistanda çoxlarının hörmət etdiyi Armen Sarqsyanın prezident seçilməsi zamanı edildi.
Hakimiyyət başına yeni və intellektual sima, utandırmayacaq adam gəldi. Həm də yeni prezidentin qeyri-rəsmi resursu var, hakimiyyətin tərəfinə nüfuzlu diasporu cəlb edə bilər.
Cəmiyyət və media – hansı mövqelər populyardır
Etirazların lap başlanğıcında Ermənistanda hakimiyyət yönlü media, o cümlədən də İctimai Televiziya onlara məhəl qoymamağa çalışırdı. Bu zaman bir neçə onlayn nəşr ilk gündən hadisələri fəal şəkildə işıqlandırırdı. Amma sonra iqtidaryönlü media çox ehtiyatla küçələrdəki hadisələr haqqında məlumat verməyə başladı.
Ekspertlər hesab edir ki, Ermənistanda cəmiyyət o cümlədən də əvvəlki etirazların təcrübəsindən çıxış edərək, böyük ümidsizlik içindədir.
2015-ci ildə xalq elektrik enerjisinin bahalaşmasına qarşı küçələrə çıxdı, bu çoxsaylı etiraz #ElectricYerevan adını aldı. 2016-cı ildə silahlı şəxslərdən ibarət qrup Post-patrul polis alayını ələ keçirdi, sonra da bu, hakimiyyətə qarşı mübarizəyə çevrildi. Hər iki dəfə cəmiyyətdə hakimiyyət üzərində qələbə illüziyası yarandı, amma hər iki hərəkatın da bir nəticəsi olmadı. Elektrik enerjisi bir qədər sonra da olsa bahalaşdı. Alayı ələ keçirən qrup təslim oldu.
İ
nsanların yenidən küçələrə çıxmasına az adam inanır. Amma cəmiyyət yenə də kütləvi şəkildə etiraza qoşulub. Nikol Paşinyan artıq bir neçə həftədir ki, son günlərdə də fasiləsiz olaraq inadla mübarizəni davam etdirir. Və ola bilsin, bu uzanan aksiya nəticədə kütlələri küçələrə cəlb etdi.
Müxtəlif hesablamalara görə, etirazlarda 10 mindən 50 minə qədər adam iştirak edir. Bu, əhəmiyyətli rəqəmdir. Amma dinc “məxməri” inqilabın məqsədinə çatması üçün onu xeyli daha çox adam dəstəkləməlidir.
Etirazlar son günlərdə Ermənistanın əsas xəbər mövzusudur. JAMnews Yerevan küçələrindən mütəmadi reportajlar hazırlayır, bütün hadisələr haqda danışır.
Ermənistanda Serj Sarqsyanın hakimiyyətinin davamına etiraz edən partiyanın üzvləri saxlanılıb
Yerevan: müxalifət Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı fasiləsiz aksiyalara başlayıb
Ermənistanda hakimiyyət uğrunda mübarizə əvəzinə şou
Müxalifət Ermənistanın İctimai Radiosu binasına canlı efir tələbilə soxulub
Ermənistan müxalifəti məxməri inqilaba başlayır
Ermənistanda “məxməri inqilabın” altıncı günü. Hadisələrin xronologiyası