Hər iki hal dağ-mədən sahəsinin sayəsində baş verib " />

Ermənistanda ixrac və idxal həcminin artımı qeydə alınıb

Hər iki hal dağ-mədən sahəsinin sayəsində baş verib

Ermənistanın xarici ticarət gəliri cari ilin yanvar ayı boyunca yüksəlib. Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 45,2 faiz artıb. Ümumilikdə Ermənistandan 176,7 milyon dollarlıq mal ixrac edilib. Ermənistan hökuməti isə məhz ixracı iqtisadi yüksəlişi təmin edən əsas yollardan biri hesab edir.

İxrac göstəricilərinin artımı bu sahələrdə qeydə alınıb:

  • dağ-mədən,
  • hazır qida məhsulları, o cümlədən konyak, şərab və siqaret,
  • qiymətli və yarı-qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar,
  • qiymətsiz metallar və onlardan hazırlanan məmulatlar.

Ermənistana idxal göstəricilərində də artım müşahidə olunur. Ötən ilin yanvarı ilə müqayisədə idxal 48,9 faiz yüksəlib.

Ermənistanda ixrac və idxalın ən böyük hissəsini dağ-mədən sənayesi məhsulları təşkil edir. Üstəlik idxal göstəricisi ixrac göstəricisini də üstələyir.

Həmçinin avtomobil, avadanlıq və mexanizmlər, hazır qida məhsulları da idxal olunur.

Ermənistanın ən böyük ticarət tərəfdaşları Rusiya, ABŞ, Ərəb Əmirlikləri, İsveçrə, Çin və İran, Avropa İttifaqı ölkələrindən isə Bolqarıstan, Almaniya və İtaliyadır.


More on JAMnews