“HİV-ə yoluxmuş inasana əməliyyat lazımdırsa, həkim onun statusu haqda xəbər tutan kimi xəstədən imtina edir”" />

Ermənistanda HİV və QİÇS-li insanlara qarşı diskriminasiya – məhz həkimlər tərəfindən

“HİV-ə yoluxmuş inasana əməliyyat lazımdırsa, həkim onun statusu haqda xəbər tutan kimi xəstədən imtina edir”

Lauranın hekayəsi

“Doğuş günü həkimlər dedilər ki, mən təhlükəli pasiyentəm və mənə ayrıca pullu palata lazımdır, üstəlik əməliyyat üçün lazım olan hər şeyi mən özüm almalıyam”, – 29 yaşlı Laura Simonyan danışır.

Laura HİV daşıyıcısı olduğunu bildirəndən sonra həkimlər belə reaksiya veriblər.

“Həkimlərə elə gəlirdi ki, əgər məndə HİV varsa, deməli, mən gəzəyənəm, onlar mənimlə kobud və təhqiramiz şəkildə danışırdılar. Əvvəlcə mənə təklif elədilər ki, ayrıca palata götürüm və gününə 10 min dram [20 dollara yaxın] ödəyim, əgər kiminsə mənə qulluq etməsinni istəyirəmsə. Sonra mənə dedilər ki, əlcək, xalat, əməliyyat üçün bez və mələfələrə görə 50 min dram [100 dollara yaxın] ödəməliyəm.

Dedim ki, bu qədər pulum yoxdur, doğuş üçün Yerevana həkimlərin göndərişi ilə gəlmişəm və ödəniş edə bilmərəm. Onlar isə soruşurdular ki, əgər ödəniş edə bilmirəmsə, uşağı necə böyüdəcəm?” – Laura danışır.

• “Mənim layiqli həyat sürmək haqqım var”

• Ermənistanda əlillərin çalışdığı kafedən fotoreportaj

HİV daşıyıcısı olduğunu qadın beş il əvvəl öyrənib, ərindən yoluxub. Danışır ki, iki il əvvəl onlar əri ilə birlikdə uşaq dünyaya gətirmək qərarına gəliblər, amma ilk uşağınn dünyaya gəlməsinin həyəcanı və sevinci diskriminasiya və təhqirlərlə kölgələnib.

“Əməliyyatdan bir gün sonra dözülməz ağrılarım vardı, amma heç kim yanıma gəlmirdi – hə müalicə həkimi, nə tibb bacısı. Anam mənə baş çəkməyə gəlmişdi, xəstəxanada səs-küy qaldırdı, ancaq bundan sonra həkimlər palatama təşrif buyurdular. Onlar o qədər ədəbsiz idilər ki, öz işlərini görmək əvəzinə məndən HİV-ə necə yoluxduğumu və bu haqda nə zaman xəbər tutduğumu soruşurdular. Xəstəxanadan çıxdığım gün isə bir daha uşaq sahibi olmamağı tövsiyə etdilər”, – Laura xatırlayır.

 

2018-ci ildə Ermənistanda “HİV/QİÇS-li insanlara, LGBT nümayəndələrinə və nnarkotik asılılığı olanlara qarşı diskriminasiya halları ilə bağlı tədqiqat” aparılıb. Tədqiqatən nəticələri belədir: tibb müəssisələrində ən çox HİV və QİÇS-li insanlar diskriminasiyaya uğrayır . 

Sorğu HİV-ə yoluxmuş 74 nəfər arasında keçirilib. Onlardan 76,2 faizi poliklinika və xəstəxanalardadiiskriminasiyaya uğradığını və tibbi yardımla təmin olunmadığını deyib.

1988-ci ildən 2019-cu il fevralın 28-ə qədər Ermənistanda 3409 HİV-ə yoluxma halı qeydə alınıb ki, onlardan 429-u 2018-ci ilin payına düşüb.

Yoluxanlar arasında kişilər çoxluq təşkil edir (2365 nəfər, 69 faiz).

Ermənistanda HİV-ə yoluxmanın əsas yolu heteroseksual əlaqədir (70 faiz). Qadınlar arasında bu, 97 faizdir.

“Real dünya, real insanlar” təşkilatının rəhbəri Jenya Mailyan deyir ki, Ermənistanda HİV insaın tibbi yardımdan məhrum olması üçün səbəb ola bilər:

“Əgər HİV-li innsana təcili əməliyyat lazımdırsa, həkim onun statusunnu öyrənənn kimi xəstədən imtina edə bilər. Xəstəyə deyə bilərlər ki, hələlik əməliyyata ehtiyac yoxdur, yoxsa daha betər olacaq. Əksinı də ola bilər, pul qoparmağa çalışırlar, deyirlər ki, alətləri atıb, yenilərini almalı olacaqlar, buna görə də əlavə pul ödəmək lazımdır”.

Artyomun hekayəsi

Damar genişlənməsindənn əziyyət çəkən 32 yaşlı Artyom Marqaryan əməliyyat üçün iki il dalbadal dörd müxtəlif tibb müəssisəsinə müraciət edib, amma hər yanda rədd edilib.

“Müayinədən dərhal sonra  mənnə deyirdilər ki, əməliyyata ehtiyac var, biz eləyərik. Amma HİV daşıyıcısı olduğumu bildirən kimi deyirdilər ki, gözlə, rəhbərlikdən öyrənək, görək bu əməliyyatı edə bilərik, ya yox. Ya da deyirdilər ki, gözlə yaralar sağalsın, bu vəziyyətlə əməliyyat etmək vacib deyil, vəziyyət daha da pisləşə bilər. Və əməliyyatdan imtina etmək üçün müxtəlif səbəblər gətirməyə başlayırdılar”, – Artyom deyir.

Onnun arvadı Süzi Abqaryan deyir ki, müxtəlif həkimlərdən rədd cavabı aldıqları iki il ərzində Artyomun səhhəti daha da pisləşib.

“Onun ayaqlarında həmişə açıq yaralar açılırdı, o, damarlarını dəstəkləmək üçün tibbi corablar geyinirdi. Artıq dəli olurdum, düşünnürdüm ki, vəssalam, yoldaşım artıq heç vaxt müalicə olunmayacaq, əməliyyat baş tutmayacaq, o, getdiyi yerə qədər elə bu vəziyyətdə yaşayacaq. O da ümidini itirmişdi, artıq heç kimə müraciət etmək istəmirdi”.

Süzi danışır ki, artıq beşinci tibb müəssisəsində həkim onnları təəccübləndirərək əməliyyata razılıq verib.

HİV və QİÇS-ə yoluxmuş insanların tibbi yardım almaq hüququ konstitusiyada və Ermənnistan qanunvericiliyində təsbit edilib:

 • “Əhaliyə tibbi yardım və xidmət haqda”

• “İmmunçatışmazlığı virusuun insanda yaratdığı xəstəliklərin profillaktikası haqda”.

Bununla yanaşı, hüquq müdafiəçiləri hesab edirlər ki, diskriminasiyanı qadağan edən ayrıca qanuna ehtiyac var və burada diskriminasiya növləri və onların qarşısını almaq üçün dəqiq meexanizmlər göstərilməlidir.

Diskriminasiya səbəbləri və onlarla mübarizə yolları

Hüquq müdafiəçilərinin dəyərləndirməsinə görə, diskirimaniyanı  doğuran bir neçə səbəb var:

• kifayət qədər infomasiyanın olmaması,

• qorxu,

• cəza və məsuliyyət tədbirlərinin olmaması.

QİÇS-in Profilaktikası üzrə Respublika Mərkəszinin rəhbəri Janetta Petrosyan həkimlər üçün kursların keçirilməsini vacib hesab edir. düşünür ki, bu, pasiyentlərə qarşı diskriminasiya hallarının qarşısının alınmasıa kömək edə bilər.

2010-cu ildən 1500 nəəfə tibb işçisi “HİV-ə yoluxma” kursunu keçib. 2017-ci ildə kursun internet versiyası hazırlannıb.

“Bu kurslarda əlaqədənsonra HİV infeksiyasının profilaktikası ilə bağlı informasiya da verilirdi. HİV-in ötürülməsi riski halında, məsələn, əgər həkim əməliyyat zamanı yaralanıbsa və ya pasiyentin qanı sıçrayaraq onun gözünə düşübsə, 72 saat ərzində həkim pulsuz olaraq antiretrovirus preparatları ilə təmin olunnur. 

Son on il ərzində QİÇS-in profilaktikası Mərkəzində 85 nəfər tibb işçisi əlaqədən sonra profilaktika prosesini keçib, nəticədə onlardan heç birində HİV virusu aşkarlannmayıb”, – Janetta Petrosyan deyir.

“Diskriminasiya ilə Mübarizə və Bərabərlik Naminə Koalisiya” ictimai təşkilatının rəhbəri Ohanes Madoyan başqa ölkələrin nümunəsinə uyğun olaraq qanunvericiliyə dəyişikliklərin edilməsini vacib hesab edir. Onun sözlərinə görə, HİV-ə yoluxmuş insanların müdafiəsi üzrə effektiv məhkəmə və qeyri-məhkəmə metodlarının işlək olduğu yerlərdə diskriminasiya demək olar ki, müşahidə olunmur. ABŞ, Britaniya, Almaniya, Fransa bu ölkələr sırasındadır.

“Bu ölkələrdə tibb müəssisələri pasiyentin tibbi yardım almaq hüququnu pozmaqdan qorxur, çünki çox baha başa gələ bilər. Burada həkimlərin cəzalandırılması metodları və imkanları və ya diskriminasiyaya görə pasiyentə ödənənn kompensasiya böyük rol oynayır. Ermənistanda və digər MDB ölkələrində isə bütün bunlar yoxdur”, – Madoyan deyir. 

Qanunun müdafiəsi

Ədliyyə Nazirliyi “Hüquqi bərabərlik haqda” qanun layihəsi hazırlayıb. 2018-ci ildə layihə e-draft.am səhifəsində təqdim olunub ki, məsəllə ilə maraqlanan Ermənistan sakinləri müzakirələrə qoşula bilsin.

Ədliyyə nazirinin müavini Vigen Koçaryan deyir ki, qanun layihəsi hazırlanarkən, vətəndaş cəmiyyəti nümayəndələrinin də təklifləri nəzərə alınıb:

“Ermənistan Konstitusiyası diskriminasiyanın qadağan olunmasını nəzərdə tutur, amma təcrübədə bu mexanizmlər yoxdur, onlar işləmir. Hökumətin proqramına əsasən, vətəndaşların bərabərliyini təmin etmək üçün müvafiq qanunvericilik tənzimləmələri nəzərdə tutulmalı və hazırlanmalıdır”.

Nazir müavininin sözlərinə görə, vətəndaşların hüquqlarının pozulması halında qanun layihəsi ziyanın, o cümlədən də mənəvi ziyanın kompensasiya edilməsini nəzərdə tutur:

“Bu məqsədə nail olmaq üçün müvafiq mexanizmlər nəzərdə tutulub. Birincisi məhkəmə yolu ilə. Məhkəmə prosesi gedişatında da sübutedici yükün ədalətli bölüşdürülməsi baş verməlidir. Bu o deməkdir ki, iddiaçı və ya zərərçəkən diskriminasiyaya dair səhih fakt və ya hal təqdim etməlidir, cavabdeh isə – bu durumda tibb müəssisəsi konkret vətəndaşa qarşı diskriminasiyanın baş vermədiyini sübut etməlidir”.

Vigen Koçaryan deyir ki, qanun layihəsi həmçinin məhkəmədən kənar mexanizmləri də nəzərdə tutur:

“Ombudsmen milli orqan funksiyasını yerinə yetirməli, vətəndaşların hüquqi bərabərliyini təmin etməlidir. Və onun vətəndaşalrın müraciətləri əsasında mübahisəli vəziyyətə müdaxilə etmək və operativ həll yollarını tapmaq üçün müvafiq imkanları olmalıdır”.

Nazir müvininin fikrincə, bu qanunvericilik tənzimləmələri diskriminasiya halları ilə mübarizəni və zərərçəkənlərinin hüquqlarının qorunmasını asanlaşdırmalıdır.

Tezliklə qanun layihəsi hökumət və Milli Məclis tərəfindən də müzakirə olunacaq.


More on JAMnews