Onları artıq əməliyyat ediblər və söz veriblər ki, görmə qabiliyyətləri tamamilə bərpa olunacaq – amma bir neçə ay sonra " />

Ermənistanda göz klinikası pasiyentləri iynədən sonra görmə qabiliyyətini itiriblər

Onları artıq əməliyyat ediblər və söz veriblər ki, görmə qabiliyyətləri tamamilə bərpa olunacaq – amma bir neçə ay sonra

Yerevanda “Malayan adına Oftolmoloji Mərkəz”də altı pasiyent “Avastin” dərmanı inyeksiyasından sonra demək olar ki, tamamilə görmə qabiliyyətlərini itirib.

Ermənistanda  insult və onkologiyası olan pasiyentləri pulsuz müalicə edəcəklər

Tənha yaşlılar Ermənistanda necə yaşayır

Nə baş verib

Bütün xəstələrə yeridilən “Avastin” dərmanı ilkin versiyaya görə, bağırsaq çöpü ilə yoluxub. İnsidentdən dərhal sonra xəstəxana rəhbərliyi bildirib ki, inyeksiyanın xəstələr üçün heç bir ağır fəsadları olmayacaq. Bütün pasiyentlər lazımi yardım alıb və həkimlərin bildirdiyinə görə, bir neçə ay sonra onların görmə qabiliyyəti tamamilə bərpa olunacaq.

Zərərçəkənlərdən birinin qohumu deyib ki, xəstəyə iynə vurulmalı, bir neçə ay sonra isə əməliyyat olunmalı idi, amma prosedur zamanı hiss ediblər ki, gözlərinə nəsə olub. Gözlərində infeksiya aşkar olunub. Əvvəlcə həkimlər infeksiyanın ora necə düşdüyünü anlaya bilmirdi, sonra isə məlum oldu ki, pasiyent gözlərinə yeridilən dərmandan  yoluxub. Pasiyenti növbəti gün əməliyyat etmək qərarı verilib.

Dərmanın yoluxma səbəbi nədədir

Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib ki, dərmanın bağırsaq çöpünə yoluxmasına səbəb dərmanın istifadə qaydalarının pozulması ola bilərdi:

“Dərmanların Ekspertizası Mərkəzi hazırda infeksiyanın səbəbini müəyyən etmək üçün preparatı öyrənir. Amma bizdə olan məlumata görə, dərman lazımi qaydada idxal edilib, seriyası qeydiyyat şərtlərinə uyğun olub. Yəni güman etmək olar ki, infeksiyaya yoluxmaya səbəb bütövlükdə bu dərmanın istifadəsi deyil, onun istifadə qaydalarının pozulması olub”.

Torosyan bildirib ki, bu versiya öz təsdiqini tapsa, həkimlər cəzalandırılacaq. Vəzifəsini yerinə yetirərkən səhlənkarlığa yol verən tibb işçilərini cinayət cəzası gözləyir. Polisdə artıq cinayət işinin açılması üçün materiallar hazırlanır.


More on JAMnews