“Bu, hələ hökumətimizin büdcəsi deyil, keçmiş hökumətin büdcəsinin kabusudur”, - baş nazir vəzifələrini icra edən etiraf edir " />

Ermənistan parlamenti 2019-cü il üçün dövlət büdcəsi layihəsini təsdiq edib

“Bu, hələ hökumətimizin büdcəsi deyil, keçmiş hökumətin büdcəsinin kabusudur”, - baş nazir vəzifələrini icra edən etiraf edir

Parlament deputatları 2019-cü il üçün dövlət büdcəsi layihəsini təsdiq edib. Bu, Ermənistanın “inqilab” hökuməti tərəfindən formalaşdırılan birinci dövlət büdcəsidir.

Lehinə və əleyhinə səslər

“Ermənistan Respublikasının 2019-cü il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini 66 deputat dəstəkləyib, əleyhinə dörd nəfər səs verib, iki deputat bitərəf qalıb.

Hökumət tərəfindən təqdim olunan dövlət büdcəsi layihəsini keçmiş hakim “Ermənistanın Respublika Partiyası”ndan olan deputatlar dəstəkləməyib. Onlardan biri, parlamentin vitse-spikeri Eduard Şarmazanov öz yanaşmasına aydınlıq gətirib:

“Təmsil etdiyim ERP fraksiyası bildirib ki, lehinə səs verəcək və mən bu fikri qəbul edirəm. Amma ölkənin əsas maliyyə sənədinin məzmununu, yəni bunun inersiyalı deyil, reqressiv büdcə olduğunu nəzərə alsaq, onun əleyhinə səs verəcəm”.

Keçmiş ədliyyə naziri Arpine Ovannisyan və keçmiş təhsil və elm naziri Armen Aşotyan da layihəyə qarşı çıxış ediblər.

Ermənistanın hərbi büdcəsi dörddə bir dəfə artıb

Nikol Paşinyanın hakimiyyətdə olduğu ilk 100 gün ərzində Ermənistan iqtisadiyyatında nələr baş verdi?

2019-ci il büdcəsində nələr var

Ermənistanın 2019-ci il üçün dövlət büdcəsinin ümumi həcmi 1 trilyon 533 milyard dramdır (3 milyard 160 min dollar). Xərclərin həcmi daha böyükdür və defisit 151 milyard dram (311 milyon dollar) təşkil edir.

Köhnə büdcə ilə müqayisədə yeni büdcədə “müdafiə”yə xərclər 20 faizdən çox artacaq. Hərbi tələbatlara 530 milyon dollar ayrılacaq. Ermənistanın maliyyə naziri Atom Candcuqazyan bir qədər əvvəl vəsaitin necə paylanacağı barədə məlumat verib:

“Xərclər strukturunda əsas xüsusi çəkinin payı sosial və mədəniyyət sahəsinə düşür – 44%. Müdafiə, təhlükəsizlik, ictimai asayişə riayət olunması sahəsində məsələlərin həlli üçün xərclərin təxminən 24 faizinin istifadəsi planlaşdırılıb. İqtisadiyyatın real sektoru üçün təxminən 12,3 faiz, dövlət borcuna xidmət üçün 10 faiz istifadə olunacaq. 3,2% icma büdcələrinə dotasiya şəklində ayrılacaq. Dövlət büdcəsi təxminən 50 faiz stabilləşəcək, o, bu il 50,4 faiz, eyni qədər də 2019-cu ildə təşkil edəcək”.

Ermənistanda 2019-cu ildə iqtisadi artım dövlət büdcəsinə görə, 4,9%, inflyasiya isə 2,7% təşkil edəcək.

Dövlət büdcəsi necə olacaq

Həm hakimiyyətin, həm də ekspertlərin ümumi fikrinə görə, Ermənistan Respublikasının 2019-cü il üçün dövlət büdcəsi “inersiyalı” və “ehtiyatlı” alınıb. Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın özü də razılaşıb ki, sənəd əvvəlki hökumətin məntiqi çərçivələrində formalaşdırılıb:

“Bu büdcəni inersiyalı kimi qiymətləndirirəm. Bu, hələlik bizim büdcəmiz deyil, əvvəlki hökumətin büdcəsinin kabusudur”.  

Milli İctimai Siyasətin Tədqiqatı Mərkəzinin eksperti Armen Ktoyan izah edib:

“Bu büdcəni dürüst adlandıracam, çünki burada bizim hələ köhnə sistemdən yenisinə keçmədiyimiz açıq qeyd olunub”.

İqtisadçi Atom Marqaryan hesab edir ki, dövlət büdcəsi hayihəsi hazırda Ermənistanda müşahidə olunan vəziyyəti tam əks etdirir:

“Bu, konservativ, situativ büdcədir. Bununla belə, o, bütün mühüm problemlərin həllini təklif edir”.  


More on JAMnews