“Ermənistan filmin intibahı” təşəbbüsünün ətrafında birləşən gənclər kinostudiyanı bərpa etməyə çalışır" />

“Ermənistan film”i necə xilas etmək olar?

“Ermənistan filmin intibahı” təşəbbüsünün ətrafında birləşən gənclər kinostudiyanı bərpa etməyə çalışır

93 yaşlı “Ermənistan filmin acınacaqlı vəziyyəti “Ermənistan filmin intibahı təşəbbüsü ilə çıxış edən və kinostudiyanın xilası uğrunda mübarizə aparan gənclər qrupunu birləşdirib.

“Biz internetdən başladıq. Şəbəkədən kənarda bir addım atırıqsa, internet həmin vaxt 100 addım irəliləyir. Təşəbbüs genişlənir, çünki dünyanın müxtəlif guşələrindən “Ermənistan filmin gələcəyindən narahat olan adamlar bizə qoşulur. “Çiçəklənmə ifadəsi altında aşağıdakıları başa düşürəm: teatr institutunun tələbəsi kinostudiya, rekvizitlər, pavilyonlar, rejissorlarla ünsiyyətdə olmalıdır… “Ermənistan film bina deyil, on illər ərzində müəyyən proseslərin getdiyi canlı orqanizmdir, – “Ermənistan filmin intibahı təşəbbüsünün müəllifi, gənc rejissor Hayk Babayan deyir.  

2005-ci ildə “Ermənistan film kinostudiyası “Armenia Studios QSC-nə 350 milyon drama [bu günkü məzənnə ilə 700 dollara] satılıb. Bu şirkət erməni əsilli amerikalı sahibkar Cerard Qafesçyana məxsus olan “CS Media City holdinqinin tərkibinə daxildir.

Sahibkar 10 il ərzində studiyaya 30 milyard dram [bu günkü məzənnə ilə 60 milyon dollardan çox] qoymağı öhdəsinə götürmüşdü. Amma çəkiliş pavilyonları müasir və güclü avadanlıqla təmin olunmadı, kinematoqrafik irs lazımi keyfiyyət və kəmiyyətdə rəqəmsallaşdırılmadı. 10 il ərzində sahibkar vəd etdiyi 30 milyardlıq sərmayə sərf etməyib və seriallar istisna olmaqla təzə filmlər çəkilməyib.

Ötən il “Ermənistan film kinostudiyası QSC-nin 100 faiz səhmləri 2 milyard 702 milyon 469 min dram [bu günkü məzənnə ilə 5 milyon dollardan çox] həcmində qiymətləndirildi, Ermənistan hökumətinə qaytarıldı və indi dövlət mülkiyyəti balansındadır.

Ermənistanın mədəniyyət nazirinin müavini Artur Poqosyan deyir ki, “Ermənistan filmin özəlləşdirilməsi prosesində dövlət daha bir şərt irəli sürüb: kinostudiyanın irsini – 400-dən çox filmi rəqəmsallaşdırmaq.

“Sahibkar öz öhdəliklərini tam mənasıyla yerinə yetirmədi və dövlət müqaviləni ləğv etdi. İndi özümüz bu işləri təşkil etməyə çalışırıq, o da çox baha başa gəlir. Rəqəmsallaşdırmanı özümüzün lazım bildiyimiz keyfiyyətdə həyata keçiririk, bütün filmləri rəqəmsallaşdırmağa çalışacağıq. 2015-ci ildə 18 film rəqəmsallaşdırılıb, – nazir müavini deyir.

“Ermənistan filmin tarixindən

İlk səssiz bədii film “Namus “Ermənistan film kinostudiyasında 1925-ci ildə çəkilib.

1935-ci ildə “Pepo ilk səsli erməni filmi çəkilib. 

1967-ci ildən həm də cizgi filmlərinin çəkilişinə başlanılıb. 1978-ci ildə “Ermənistan film yeni istehsal imkanları əldə edib və daha çox kino çəkməyə başlayıb, hər il 6-7 film çəkilib.

O vaxt studiya SSRİ Mərkəzi Televiziyasından sifarişlər alırdı, “Mosfilmlə birgə kinolar çəkirdi. XX əsrin axırlarında “Ermənistan film kinostudiyasında hər il 45-ə yaxın film dublyaj olunurdu.  

Bu gün kinostudiyanın bərpası üzrə proqramın realizəsi üçün dövlətdə kifayət qədər vəsait yoxdur. Nazirlik nümayəndələri bildirir ki, “Ermənistan filmin bərpası proqramının maliyyələşdirilməsi üçün müəyyən şərtlərlə sərmayə qoyuluşuna ehtiyac var.  

“Ermənistan filmin intibahı təşəbbüsünün müəllifi Hayk Babayan  hesab edir ki, hər şeyi dövlətin boynuna atmaq olmaz – sahənin problemlərini anlamaq və vəziyyətdən çıxış yollarını təklif etmək lazımdır: “Baş nazir yuxudan oyananda düşünmür ki, “Ermənistan filmin divarları pis vəziyyətdədir, gedib baxmaq, nəsə etmək lazımdır. Biz özümüz dövlətin dəstəyini hiss edərək, həllər təklif etməliyik. Mən yeni mədəniyyət naziri Armen Amiranyanla görüşmüşəm. O, konstruktiv düşünür və təkcə “Ermənistan filmə görə deyil, Ermənistanın istənilən başqa mədəniyyət müəssisəsinə görə narahatdır. “Ermənistan filmin intibahını mədəni dəyərlərin nə demək olduğunu anlayan bütün insanların birləşməsində görürəm.

Təşəbbüs çərçivəsində kinostudiya ərazisində artıq iməcilik keçirilib, gənc rejissorlar, aktyorlar və “Ermənistan filmin azsaylı əməkdaşlarının iştirakı ilə ağac əkilib.

İməcilikdə iştirak edən rejissorlardan biri Artyom Barkudr hesab edir ki, bu addım kiçik olsa da yaxşılığa doğru dəyişikliklərə istiqamətlənib:

“Hər şey birdən-birə dəyişməyəcək – problem təkcə “Ermənistan filmin divarları arasında deyil. Kino istehsalının inkişaf edə biləcəyi şəraiti yaratmaq lazımdır. İndi biz həsədlə Gürcüstana baxırıq – onların kinosu var, onlar artıq tanınmış şirkətlərlə əməkdaşlıq edir, rəqabət aparır. Bizim isə təqdim edəcəyimiz bir şey yoxdur, halbuki Rusiya kino bazarı demək olar ki, ermənilərin əlindədir. “Ermənistan filmin özəlləşdirilməsi sənətin “qətlinə gətirib çıxardı.

Az qala bir əsrlik tarixi olan kinostudiya 25 hektarlıq ərazini tutur. Bir tərəfdə çəkiliş pavilyonları, digər tərəfdə də dekorasiyanın istehsalı sexi var, məşhur filmlərin anturajları vaxtıykən burada hazırlanıb. İstifadə olunmuş dekorasiyalar, rekvizit, kostyumlar xüsusi yerlərdə saxlanılır.

“Ermənistan filmin direktoru vəzifəsini müvəqqəti icra edən David Karapetyan qeyd edir ki, kinostudiyanı dövlətə əmlakı və ərazisi ilə birlikdə qaytarıblar, indi də onun saxlanması üçün daha çox vəsait lazımdır:

“Dörd aydan sonra böyük miqyaslı kino istehsalına başlayacağımızı desək, özümüzü aldatmış olarıq. Hər şeyi mərhələli şəkildə planlaşdırmaq lazımdır. Kinostudiyanın minimal xərclərini qarşılamaqdan ötrü artıq mövcud olan pavilyonlarımızın çəkiliş üçün icarəyə verilməsi, “Ermənistan filmin istehsalı olan kinoların nümayişi nəticəsində formalaşan maliyyə axınından istifadə etməyə çalışırıq. 12 ay ərzində xərclərimizi sıfıra endirdik.

O qeyd edir ki, filmlərin müəlliflik hüququ “Ermənistan filmə məxsusdur. Hər bir filmin istifadəsinə görə müəllif hüquqları haqqında dövlət normativlərinə əsasən, ödəniş müəyyən olunub, bunun sayəsində də studiya xərclərinin əsas hissəsini qarşılaya bilir.  

Kinostudiyanın bərpası planları ilə bağlı isə o qeyd edir ki, “Ermənistan filmin səhmlərinin müəyyən hissəsi satıla bilər, amma nəzarət paketi dövlətin əlində qalmalıdır.

Hayk Babayan isə hesab edir ki, “Ermənistan film milliləşdirilməlidir: “Ona Matenadarana [qədim əlyazmaların saxlanıldığı yer], Milli opera və balet teatrına verilən status verilməlidir.  Kimsə Kolumbiyadan gəlib desə ki, əlindən gələni edəcək və pul qoyacaq, bu nağıla artıq inanmayacağıq. Sahibkar istədiyini edə bilər, amma bizim üçün “Ermənistan film müqəddəsdir, bu müstəsna mədəniyyət dəyəridir. Hətta yarı dağılmış divarlar və dəhlizlər belə indiyə qədər yaradıcı energetika ilə doludur. Biz “Ermənistan filmin intibahına istiqamətlənən aksiya və tədbirlərimizi davam etdirəcəyik.

Dərc olunub: 14.12.2016


More on JAMnews