ConIFA nədir və bu turnir 1-9 iyunda Qarabağda necə keçirilib?" />

Cənubi Osetiya ConIFA “tanınmamış turnirinin” çempionu olub

ConIFA nədir və bu turnir 1-9 iyunda Qarabağda necə keçirilib?

Cənubi Osetiya yığması iyunun 1-dən 9-a qədər Qarabağda ConFIA himayəsi altında keçirilən futbol üzrə tanınmamış Avropa çempionatının qalibi olub.

ConIFA Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası kimi açıqlanır. Qurum 2013-cü ildə yaranıb və beynəlxalq aləm tərəfindən geniş şəkildə tanınmayan respublikalara aid olduqları üçün FİFA-ya, yaxud qitə konfederasiyalarına daxil olmayan yığmaların və təşkilatların birləşdirilməsini nəzərdə tutur. ConIFA siyasi neytrallığını bəyan edərək, Dünya Kuboku və Avropa Kuboku turnirləri təşkil edir və hazırda quruma 40 yığma daxildir. Təşkilatın qərargahı İsveçin Luleo şəhərində yerləşir.

.

Final oyununda osetinlər minimal fərqlə – 1:0 hesabı ilə Qərbi Ermənistan yığmasını məğlub edib.

Rəsmən Qərbi Ermənistan Türkiyənin Şərqi Anadolu ərazisidir. Qərbi Ermənistan adlı ərazi mövcud deyil, amma oranın prezidenti və digər dövlət məmurları var — JAMnews. 

İndi Cənubi Osetiya yığması iki il ərzində, yəni növbəti çempionata qədər ConIFA versiyasına görə Avropa çempionu hesab ediləcək.

Foto: RES agentliyi (Cənubi Osetiya)

“Tanınmamışların çempionatında” bu dəfə tanınmamış və ya qismən tanınmış respublikaların səkkiz komandası iştirak edib. Onların hamısı üçün ConIFA yarışmaq üçün yeganə şansdır, çünki ümumdünya turnirlərinə qatıla bilmirlər.

• Daha ətraflı – ConIFA nədir və 8 komanda Qarabağda necə yarışıb?

Stepanakertdə Şaumyan adına mərkəzi stadionda keçirilən final oyununu 10 mindən çox azarkeş izləyib.

Oyunun əsas vaxtına Cənubi Osetiyanın qapısına penalti əlavə olunması və komandanın qapıçısının topu öz “qalasından” kənarlaşdıra bilməsi oyuna dramatizm qatıb.

Çempionatda üçüncü yeri isə Abxaziya yığması tutub. Abxazlar Çimeriya bayrağı altında çıxış edən alban komandası ilə oyunun əsas vaxtını 0:0 hesabı ilə başa vurublar, amma penalti hissəsində daha uğurlu ola biliblər.

Məqalə müəllifinin istifadə etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının ideya və fikirləri iləüst-üstə düşməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews