Onlar yaxşı həyat ümidiylə Qafqazı tərk edib, amma Avropa İttifaqına gedərkən, Belarusla Polşa arasında elektrik qatarında ilişib qalıblar " />

Cəhd etməyə dəyər. Çeçenistandan olan qaçqınlar Belarusda Polşa sərhədini necə keçməyə çalışır

Onlar yaxşı həyat ümidiylə Qafqazı tərk edib, amma Avropa İttifaqına gedərkən, Belarusla Polşa arasında elektrik qatarında ilişib qalıblar

 “Euroradio”nun materialı əsasında 

Brest, dəmir yolu vağzalı. Saat 11.30-u göstərir, küçədə günəş yandırır. Sərhəd nəzarəti zonasına aparan zalda adam azdır, amma 17 dəqiqədən sonra Terespol-Bresrt elektrik qatarı gələcək və zal adamla dolacaq. Onların arasında Polşa sərhədçilərinin Avropa İttifaqına buraxmadığı və geri Belarusa qaytardığı Çeçenistandan çox sayda qaçqın olacaq.  

Çeçenistanı müxtəlif səbəblər üzündən tərk edirlər: siyasi təqiblərdən tutmuş pulsuzluğa qədər. Qaçqınlar Polşaya ona görə gedir ki, onu gəlmək üçün ilk təhlükəsiz ölkə sayırlar.  

Bu gün Brestdə yüzə yaxın çeçen qaçqını var. Gün ərzində tək-tək adam sərhədi keçə bilir. Bu zaman heç kim sərhədçilərin məntiqini anlaya bilmir. Ötən il ailələrdən biri altmış səkkizinci cəhddən sonra Avropa İttifaqına daxil ola bilib. 

Qatarı gözlədiyimiz vaxt bizimlə Hava tanış olur (bütün qəhrəmanların adı dəyişdirilib). Yarı qazax, yarı çeçendir, buna görə də Çeçenistanda uşaqlıqdan problemləri olub:

— Çeçen qohumlarımın mənə münasibəti pisiydi. Çeçen analığım məni başından etmək istəyirdi. Həmişə mənə deyirdi: “Rədd ol öz Qazaxıstanına, burada yaşadığına görə utanırıq”. 

Onun sözlərinə görə, Çeçenistanda qadına qohumlarının münasibəti pisdirsə, ətrafdakılar da pis münasibət göstərir. Bu da onun  qaçmasına səbəb olur.

“Bizə burada yaxşıdır. Amma Avstriyaya getmək istəyirik”

Qorxudulmuş valideynlər övladlarından imtina edir — Çeçenistanda təkcə hüquq müdafiəçiləri və LGBT fərdlər deyil, həm də yeniyetmələr təqib olunur 

Çeçenistan başçısı sərhədlərin yenidən çəkilməsinə etiraz edən Dağıstan sakinlərinin “barmaqlarını sındırmaq və dilini qoparmaqla” təhdid edir

Hasan: “Bir gündə Suriyaya getməli oldum”

Hasan Çeçenistandan siyasi motivlərə görə qaçır, amma qayıtmaöa ümid edir. 

“İndi orada konkret dərəbəylikdir, hətta deyərdim ki, soyqırım… Yolunu düz getməyə çalışırsan: içmək olmaz — içmirsən, çəkmək olmaz — çəkmirsən, amma yenə də nəsə tapırlar. Ramzan Kadırov həmişə işçilərindən işləməyi tələb edir, onlar da çalışırlar”. 

Hasan taksist işləyirdi. Ona narkotik atıb, seçim qarşısında qoydular: ya həbsxanaya, ya da könüllü olaraq müharibəyə. 

“Deyirlər seç. Mən də düşündüm ki, müqavilə bağlamaq beş-on il həbsxanada yatmaqdan yaxşıdır. Suriyaya və ya Donbassa göndərsələr belə düşünürdüm ki, qaça biləcəm”. 

Hasan Polşaya Brest vasitəsilə qaçmağa çalışdı, amma on üç uğursuz sərhədi keçmək cəhdindən sonra Qazaxıstana getdi. Orada da ona ölkəni tərk etmək üçün 15 sutka vaxt verdilər. 

“Sonra da Gürcüstana getdim, orada sığınacaq istəməyi məsləhət görmədilər. Dedilər ki, əksinə, problemlərin olacaq. Dərhal polisə verib, sonra da Çeçenistana təhvil verəcəklər. Qısası, Qroznıya qayıtmaq qərarını verdim. Bir gün də Suriyaya getməli oldum. Nəticədə neft quyularına gətirdilər, onları mühafizə etməli idik. Orada üç ay qaldım. 120 nəfərdən 20-si qayıtmadı. Bu müddət ərzində istehkamlarımıza bir neçə dəfə hücum çəkilib. Kimlə müharibə apardığımızı anlamırdıq da: orada həm İran, həm Türkiyə, həm də Amerika var. Oradan baş açmaq olmur. Əsəd öz-özülüyündə, guya terrorçularla dava edir. Rusiya isə, məsələn, həyasızca neft çıxarır, vəssalam ”.

“Polşa sərhədçiləri üçün biz üçüncü npv adamlarıq”

Amina Brestdə rastlaşdığımız ən gənc qaçqındır. Cins paltar geyinib, saçları açıqdı, tez-tez siqaret çəkir. Deyir ki, buna görə Çeçenistanda adətən problemlər yaşayırsan. 

“Çeçenistan qadınların demək olar ki, heç bir hüququnun olmadığı yerdir. Onlar heç nə həll etmir. Elə oldu ki, hamilə qaldım. Həmin adamla evli deyildim, başqa millətdən idi. Hər şeyi anama danışdım. O da atama danışdı, bundan sonra məni möhkəmcə kötəklədilər. Atam dedi ki, abort edim. Daha doğrusu, dedi ki, özü aparacaq məni aborta. Deyirdi ki, bütün nəsli rüsvay etdim, bilsələr, məni şəriət qanunları ilə cəzalandıracaqlar, öldürəcəklər, çünki bizdə belə şeylər bağışlanmır”. 

Amina sevgilisi ilə onun vətəninə qaçır, amma bir neçə il sonra oğlan ayrılmaq və uşağı özünə götürmək qərarı verir. Amina qaçır. Deyir ki, Polşaya  gedə bilməsə, Belarusda qalacaq. 

Üçüncü vaqona bilet 

Brestdən Terespola birinci səhər qatarı saat yeddidə yollanır. 6.30-da vağzal çeçen ailələri ilə dolur. Biz Xava üçün qatara bilet alırıq. Kassir qaçqın qadına işarə edərək, soruşur: 

— Onun üçün alırsız?

Hə.

— Bunu əvvəldən demək lazım idi. Onlar üçün ancaq üçüncü vaqondur. 

Niyə?

— Sərhədçilər belə qərar verib.

Brestdən Terespola yol 20 dəqiqədir. Qatar dayanandan sonra axırıncı çıxırıq ki, qaçqınların hara aparıldığını görək. Amma qalan sərnişinlərin hamısı qatarı tərk etməyənə qədər onların vaqondan çıxmağa ixtiyarları yoxdur. Onları bir daha görməyəcəyik. Həmin dəqiqə Aminanın sözləri yadımıza düşür:

— Poşla sərhədçiləri üçün biz üçüncü növ adamlarıq. Onlar hətta müsahibədə də deyiblər ki, buna görə də biz üçüncü vaqonda gedirik. 

Qaçqın düşərgəsi 

Byala-Podlyaskda qaçqın düşərgəsinə baş çəkməyə Polşa XİN-i bizə icazə vermədi. Düşərgə qaşqabaqlı boz binadır, uzaqdan hətta tikilinin bir hissəsində tukanlı məftilə görə həbsxananı xatırladır. Yerlilər düşərgəni şərti olaraq qapalı və açığa bölür. Qapalı məftillə əhatə olunub. Bura Polşada beynəlxalq dəstək almayandan sonra düşərgədən qaçan və Aİ-nin başqa ölkəsinə getməyə cəhd edənlər düşür. Düşərgənin açıq hissəsində bütün yerdə qalanlar, o cümlədən də qapalıdan keçirilənlər yaşayır. 

Düşərgənin yaxınlığında Dağıstandan olan Xatuna ilə tanış oluruq. Üzünün bir hissəsi şalla örtülüb. Polşa düşərgəsinə iki övladı ilə gəlib  — altı yaşlı Əziz və 16 yaşlı Aryan. Xatunanın əri Dağıstandan kimlərəsə borclu idi, sonra da yoxa çıxır. Bir dəfə qadın evdə tək olanda evini yandırırlar. Xatunanın bədəninin böyük hissəsi yanır — bir neçə dəfə əməliyyat olunmalı olur, dərini budlarından üzünə köçürüblər.  

— Bu gün pozitiv cavab almışıq [humanitar qaçqın statusu], — dağıstanlı qadın sevincək deyir. — On gün sonra, Allah qoysa, Linin şəhərindəki başqa düşərgəyə gedəcəyik [Varşavadan maşınla 45 dəqiqəlik məsafədə]. 

17 yaşlı Visxin və Alexan (bu qəhrəmaların adları dəyişdirilməyib) ataları və başqa qohumları ilə birlikdə Rostovdan gəliblər. Buna qədər müharibədən qaçıblar — atışma zamanı oğlanların anası ölür. 

— Yəqin ki, müharibə haqda eşitmisiz,  — Visxin deyir. — Atamın da Çeçenistanda problemləri olub, həbsxanada yatıb. 

Brestdə ailə bir ay qalıb, Polşaya səkkizinci cəhddən gəlib çıxa biliblər. 

— Düşərgədə yer yoxuydu, buna görə də bizi buraxmırdılar, — Alexan  gülür. 

Görüşümüzdən iki gün sonra Amina daha bir cəhd edir və Polşaya gəlib çıxa bilir. 

— Oğlumla vəziyyətimiz yaxşıdır! Məhdudiyyət yoxdur, öz otağımız var, hər yer təmizdir. İki günlük hara istəsək, gedə bilərik. Yaxşı yemək verirlər, ət həmişə var. Pula gəlincə, oğlumla ikimizə hardasa aya 419 zlot [təxminən $110] verirlər. Nəzərə alsaq ki, yeməyimizi verirlər, qalmağa da yerimiz var, pis deyil.  

Visxan bir neçə gün sonra Byala-Podlyaskdan başqa mərkəzə — Voxın kəndinə gedir. Deyirlər ki, orada şərait paylaşdırma düşərgəsindəkindn daha yaxşıdır. 

Bu mətnin qalan qəhrəmanları isə hələ də Brestdədir. Onlar Qafqazı daha yaxşı həyat tapmaq ümidiylə tərk edib, amma  Avropa İttifaqına aparan yolda Belarusla Polşa arasında elektrik qatarında ilişib qalıblar. Kim bilir, neçə müddətlik? 

“Euroradio” materialın hazırlanmasında göstərdiyi köməyə görə “Human Constanta” hüquq müdafiəsi təşkilatına təşəkkür edir. 

“Mediaşəbəkə”nin dəstəyi ilə  
Facebook Comments

More on JAMnews