Belarus paytaxtı: SSRİ-yə dönüş və ya Qərbə daha yaxın? " />

Bakılıları Minksdə təəсcübləndirən on səbəb

Belarus paytaxtı: SSRİ-yə dönüş və ya Qərbə daha yaxın?

Nə üçün bakılılar Minskə səfər etməyi sevir? Yəqin ki, burada vizasız rejim və nisbətən ucuz qiymətlərdən başlamaq lazımdır. Bəziləri də evdəkinə nisbətən daha dadlı olan ərzaqları tərifləyir. Çoxları deyir ki, “Orada, Minskdə qayda-qanun var”. JAMnews, Bakı sakinlərindən istirahət edən sıravi vətəndaşın fikrincə, Minski Bakıdan fərqləndirən cəhətləri aydınlaşdırmağa çalışdı.

1. Minskdə insanlar çox nəzakətlidir. Növbədə sizə heç vaxt kobudluq etməzlər. Pulun xırdasını da qəpiyinə qədər qaytaracaqlar. Amma siz qəpik borclu qalsaz, onu sizə “bağışlayacaqlarını” gözləməyin. Bu da xırdaya “əl yelləyən” bakılıların təəccübünə səbəb olur.

2. Bakıdan nəzərə çarpacaq əsas fərq şəhərin miqyasıdır. Bakının xudmani mərkəzindən fərqli olaraq, Minskdə əsas məkanlar arasında çox, amma çox piyada yol qət etməli olursan. Bəlkə də məhz küçələrin genişliyindən burda buludlar həmişə alçaqdan görünür. Və bu möhtəşəmdir.

3. Hər yerdə Hollandiyadakı kimi velosipedçilər və səliqəli velosiped yolları var. Bəzi parklarda icarəyə Segway də verirlər.

4. Bura inanılmaz dərəcədə təmizdir. Siqaret kötüyünü tapmaq üçün gərək xeyli axtarasan. Olsa da, ox güman ki, turist atıb.

5. Hər yerdə Sovet İttifaqının izləri görünür. Bəzən dalğalanan sovet bayrağına rast gəlmək olar. Azərbaycanda belə şey görməzsən.

6. Çox böyük kartof yeməkləri çeşidi var. Bahalı restoranlarda və ucuz kafelərdə onu fərqli souslarla verirlər. Fotoda donuz əti ilə “dranik”.

7. Belarusların qürur mənbəyi – yerli nəqliyyatdır. Avtobuslar, tramvaylar, trolleybuslar – hamısı yerli istehsaldır. Metroda plastik kartdan deyil, jetondan istifadə olunur. Nostalji üçün daha bir səbəb – bağlanan turniketlər.

8. Ticarət mərkəzləri. Onlar Bakının ticarət mərkəzləri kimi qlamur deyil, amma nəhəngdirlər. Fotoda “Paytaxt” ticarət mərkəzi, o üçmərtəbəlidir və yerin altında tikilib.

9. Belarus milli kitabxanası – möhtəşəm bina, əhəmiyyətinə görə Heydər Əliyev Mərkəzindən geri qalmır. 2006-cı ildən fəaliyyət göstərir.

10. “Mərmər” Bakının Minskə birmənalı olaraq uduzduğu şey yaşıllıqdır. Burada hər addım başı parklar, böyük qazonlar var, şəhərin özü meşələrlə əhatələnib – bunu hansı bakılı arzulamaz ki.


More on JAMnews