Yerevan və Bakı problemli məsələlərdən birini sülh müqaviləsindən çıxaracaq. Bəs sonra?
Əmirbəyovun açıqlamalarına Yerevanın reaksiyası
“Qarşılıqlı razılaşma əsasında sülh sazişi layihəsindən regional kommunikasiyalarla bağlı maddə çıxarılıb”, – Yerevan Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bəyanatını təsdiqləyib.
O, həmçinin bildirib ki, Ermənistan sülh müqaviləsini imzaladıqdan sonra digər “problemli” məsələləri həll etməyə razılaşıb. Əmirbəyov xüsusilə ATƏT-in Minsk Qrupunun buraxılmasını və beynəlxalq məhkəmələrə qaldırılan ermənilərin iddialarını geri götürməsini xatırladıb. Hələlik bu iki məqamla bağlı Ermənistan hakimiyyətindən heç bir şərh yoxdur.
Erməni ekspertlər ehtimal edirlər ki, tərəflər qarşılıqlı məqbul həllər əldə edə bilmədiklərindən regional kommunikasiyalar haqqında maddənin sülh sazişindən çıxarılmasına razılaşıblar. Yerevanla Bakı arasındakı əsas mübahisə mövzusu Ermənistan ərazisindən keçəcək və Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək yola nəzarət məsələsidir.
Azərbaycanda bu yol “Zəngəzur dəhlizi” adlanır. “Dəhliz” ifadəsi o deməkdir ki, bu, Ermənistan tərəfindən idarə olunmayan ekstraterritorial yol olmalıdır. Yerevan üçün bu, “qırmızı xətt”dir. Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin yurisdiksiyası çərçivəsində kommunikasiyaların açılmsına hazırdır. Son zamanlar yolun xarici özəl şirkət tərəfindən nəzarətə götürülməsi imkanları da müzakirə olunur.
Təhlilçilər vurğulayırlar ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılması və hazırda kommunikasiyaların bloklanması səbəbindən “sənəd zəifləyir”. Mütəxəssislər bir çox həll olunmamış məsələləri gələcəyə buraxmağı yanlış hesab edirlər.
- “Hər bir tərəf öz şərtləri ilə münaqişələrini həll etmək üçün gözlənilməz, qəfil bir yardım gözləyir.” Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar ilə müsahibə
- ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!
- Ermənistanla sərhəddə atəşkəs niyə pozulur? Bakıdan baxış
Əmirbəyov bu qərarı sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün fürsət hesab edir
Azərbaycan prezidentinin nümayəndəsi “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, yaxın gələcəkdə Bakını narahat edən Ermənistan konstitusiyası məsələsi ilə yanaşı daha bir problemli məsələ deə qalmaqdadır, odur ki, sülh sazişinin mətni üzərində işi başa çatdırmaq mümkün olmayacaq. Söhbət regional kommunikasiyaların bloklanması ilə bağlı fikir ayrılıqlarından gedir.
Elçin Əmirbəyov bildirib ki, tərəflər bu bəndin sülh sazişindən çıxarılması və sonradan ona qayıdılması qənaətinə gəliblər:
“Sülh müqaviləsi imzalanandan sonra iki nümayəndə heyəti və ya iki dövlət Azərbaycanla Naxçıvan arasında əlaqəni bərpa etmək üçün onlar üçün məqbul düstur tapmaqdan ötrü müzakirələri davam etdirə bilər”.
Bakıdan gələn məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib
Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan blokun açılması bəndinin sülh müqaviləsindən çıxarılmasını təsdiqləyərək bildirib:
“Eyni zamanda, kommunikasiyaların qarşısının alınması Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam edir. Bu, suverenlik və yurisdiksiyaya hörmət, həmçinin qarşılıqlılıq və bərabərlik prinsiplərinə əsaslanan Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” proqramında ən yaxşı şəkildə öz əksini tapıb”.
Bakı Ermənistan Konstitusiyasının preambulasından narahat olmaqda davam edir
Əmirbəyov yenidən bəyan edib ki, Bakı Ermənistan konstitusiyasının “Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən” preambulasından narahatdır.
Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi lazımdır. Bakı ölkənin əsas qanununda Ermənistanın və Dağlıq Qarabağın birləşməsindən bəhs edən Müstəqillik Bəyannaməsinin qeyd olunmasından narahatdır. Ermənistanda konstitusiyaya dəyişikliklər ölkənin daxili işi hesab olunur və bu, heç bir şəkildə sülh prosesi ilə əlaqələndirilməməlidir.
Əmirbəyovun sözlərinə görə, Bakı əmin olmaq istəyir ki, sülh müqaviləsi “revanşizmə qayıdış və ya Azərbaycana qarşı hər hansı ərazi iddiaları gələcəkdə mümkünsüz olacaq”.
O, sülh sazişi üzərində tələsməyin səmərəsiz olacağını bildirib. Əmirbəyov bunu onunla izah edib ki, regionda qüvvələr nisbəti Ermənistanın xeyrinə dəyişdikdə “ərazi iddialarını canlandırmasına” imkan verəcək hüquqi boşluqlar qalacaq:
“Konstitusiya dəyişməsə, bu o deməkdir ki, sülh müqaviləsi imzalasaq belə, bəlkə yeni hökumət gəlib onu ləğv edəcək. Çünki bu sənəd texniki baxımdan Ermənistanın hazırkı konstitusiyasına ziddir. Ermənistanın Konstitusiya Məhkəməsi də sülh müqaviləsinin qeyri-qanuni olduğunu deyə bilər, çünki əsas qanunda başqa müddəalar öz əksini tapıb”.
Konstitusiya dəyişikliklərinin yalnız 2027-ci ilə qədər tamamlana biləcək uzun proses olduğuna dair şərhə cavab olaraq Əmirbəyov deyib: “Azərbaycanın tələblərini yerinə yetirmək üçün illər lazım deyil”.
“Əgər Ermənistan yeni konstitusiya hazırlamaq istəyirsə, bu, onun daxili işidir və hüququdur, biz preambulanın dəyişdirilməsindən danışırıq”, – deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, referendumda insanların Azərbaycanla sülh istəməsi, yoxsa yeni münaqişənin mümkünlüyünə üstünlük verməsi sualı verilsə, əksəriyyət sülhü dəstəkləyəcək.
Şərh
Politoloq Tiqran Qriqoryan:
“Əslində Əmirbəyov qeyd edir ki, Ermənistanda konstitusiya dəyişdirilmədikcə, hətta çərçivə sənədinin imzalanmasının da mənası yoxdur. O, müəyyən dərəcədə Əliyevlə ziddiyyət təşkil edir. Yadınızdadırsa, [Əliyev] demişdi ki, yaxın aylarda çərçivə sənədinə, daha sonra isə tam hüquqlu sənədə imza atmaq olar.
Güman etmək olar ki, Bakının yanaşmalarında müəyyən dəyişikliklər baş verib və ya tərəflər bu məsələdə qəti şəkildə razılığa gələ bilməyiblər.
İşin gülməli tərəfi odur ki, Bakıda hətta bu referendumla bağlı sualın tərtibatı da var. Əmirbəyov deyir – əgər sual belə formalaşdırılarsa ki, “siz yeni müharibə deyil, sülh istəyirsinizsə, bu dəyişikliklərə səs verin”, o zaman Ermənistan cəmiyyəti “lehinə” səs verəcək. Əgər əvvəllər konstitusiyaya ümumi dəyişikliklərdən danışırdıqsa, indi variant da təklif olunur.
Maraqlıdır, Ermənistan hakimiyyətinin reaksiyası necə olacaq. Güman edirəm ki, bu mərhələdə ciddi reaksiya olmayacaq. Amma onların sonda Ermənistan cəmiyyətini inandırmağa çalışacaqlarını da istisna etmək olmaz. Üstəlik, Əmirbəyov eyni düsturlardan istifadə edir ki, bu da sülhün qiymətidir.
Təcrübə göstərir ki, Azərbaycan narrativləri gec-tez Ermənistan hakimiyyəti tərəfindən qəbul edilir və yerli auditoriya ilə ünsiyyətdə istifadə olunur.
Amma burada əsas sual sülhün qiymətidirmi, sülh olacaqmı? Əmirbəyov onu da bildirib ki, tərəflər “Zəngəzur dəhlizi”nin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəliblər. Bu sualı gələcəyə buraxdıq.
Qeyd edək ki, sənəd imzalansa belə, bizim ən azı bir neçə həll olunmamış problemimiz olacaq. Axı hələ də sərhədlərin [demarkasiyası və delimitasiyası] ilə bağlı paket var ki, Azərbaycan da bu barədə [arzuolunmaz] qərarlar qəbul etmək istəmir”.