Azərbaycanda küçədə dilənən, yaşayan və hətta gecələyən uşaqların statistikası yoxdur. Onların çoxu zorən dilənçidir – ya valideynləri, ya da kənar şəxslər tərəfindən bu cür istismar olunurlar. Belə həyat keçirməyə məcbur olan uşaqların əksəriyyəti zorakılıq qurbanıdır – fiziki, mənəvi və seksual.
Bu kiçik filmdə JAMnews onlardan cəmi ikisinin – şərti adları Zeynəb və Günel olan qızların acı taleyi və sığınacaqdakı həyatı barədə danışacaq.