Zelenskinin komandası niyə dağılır və Ukrayna hara gedir?
Prezident Zelenskinin gələcəyi
Hakimiyyətdə olduğu iki il yarım ərzində Ukraynanın islahatçı prezidenti Vladimir Zelenskinin komandasını onunla birlikdə hakimiyyətə gələn bütün əsas fiqurlar tərk edib. Birinciləri əvəz edənlərin də çoxu artıq gedib.
Bu niyə baş verib və Zelenskinin öz komandasına hələ də ölkəni dəyişməyi arzulayanları cəlb edə biləcəkmi – Ukraynanın Hromadske nəşrinin icmalında.
2019-cu ilin əvvəlində Vladimir Zelenski prezident kürsüsünə öz namizədliyini irəli sürdüyünü elan etmişdi və ukraynalıları onun komandasına qoşulmağa çağırmışdı. Video-müraciətlərindən birində o deyirdi:
“Mən gedirəm.
Mənimlə gedək,
Bunu birlikdə edək”
Onun bu müraciətinə o zaman yüz minlərlə ukraynalı reaksiya vermişdi. “Ze-komanda”ya 600 minə yaxın müraciət daxil olmuşdu. Onların arasından bir neçə ekspert və islahatçı nəticədə həlledici seçki ərəfəsində komandanın əsasını qoymuşdu.
Budur, iki il yarım keçib və o zamankı komandanın demək olar ki, bütün üzvləri, hətta hakimiyyətin əsas vəzifələrində birinciləri əvəz edənlərin də çoxu Zelenskini tərk edib. Ancaq deputat korpusu stabillik nümayiş etdirir.
Amma məhz “xidmətçi” deputatların tərkibini ekspertlər 2019-cu ilin böyük kadr səhvi hesab edirlər.
İndi hökumətdə növbəti rotasiya balayıb, amma prezidentin komandası bu dəfə artıq əsl kadr problemi ilə qarşılaşıb. Məlum olub ki, nazir vəzifəsinə namizəd tapmaq o qədər də asan deyil.
Onlar Zelenskinin hayp-populyarlığı dalğasında hakimiyyətə gələn insanlar idi. Onlar ən başından uzun müddətli ifəaliyyətə köklənməmişdilər.
“Xalq xidmətçisi” fraksiyasının (iqtidar partiyasından) sədr müavini Yevgeni Kravçuk kadr axınını belə izah edir.
Amma çoxları hesab edir ki, Zelenski ilk növbədə seçkiyə hazırlıq mərhələsində peşəkar idarəçilərdən ibarət komanda formalaşdırmadığı üçün hakimiyyətdə kadr problemi ilə üzləşib.
“İslahatçıları” çox tez, 2020-ci ilin yazında işdən azad etdilər. Şəxsi anlaşılmazlıqlar da səbəblər sırasında idi.
O, analiz etməyi, dinləməyi, səlahiyyətləri bölməyi bacaran adam deyil. O, bir növ “95 kvartal” teleşousu çərçivəsində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibidir.
Bu, 2019-2020-ci illərdə baş prokuror müavini olmuş Viktor Çumakın şərhidir, o, Zelenskinin prezident seçilməzdən əvvəl bu teleşounun qəhrəmanı olduğunu keşmişini nəzərdə tutur.
Amma ekspertlərin çoxu hesab edir ki, komandanın tam dəyişməsinin səbəbi Zelenskinin komandanın formalaşması prinsiplərinə baxışlarının kəstin dəyişməsi ilə əlaqədardır. Yeni simalara ilkin vurğu təcrübəli mütəxəssislər, effektiv idarəçilər tapmaq arzusundan irəli gəlirdi.
- Hərbi yardım və islahatlar. Ukrayna və ABŞ prezidentləri nə haqda razılaşıblar?
- Türkiyə fövqəldövlət statusu arzusundadır? Səfirlərin göndərilməsi, Gülən və İstanbul kanalı
- “Pandora Papers”: oğurluq edən və qanunu pozan varlılar və məşhurlar haqda. Xülasə
Rusiyayönlü hökumət üzvləri və deputatlar
2019-cu ildə “Ze-komanda” formalaşanda yeni gələnlərin ideoloji baxışlarına çox da fikir verilmirdi. Bunun səbəblərindən biri Zelenskinin özünün dəqiq anti-Rusiya mövqeyinin olmaması idi.
Bununla belə, komandada ən başından qərbyönlü qrupla rusiyayönlü mövqeyə sahib olanlar arasında qarşıdurma vardı. Nəticədə birincilər qalib oldu.
Komandada itkilərin bir hissəsi məhz bu ideoloji kristallaşmanın nəticəsi oldu. Amma “Ze-komanda”da rusiyayönlü insanlardan yam təmizlənmə hələ mümkün olmayıb.
Həm parlamentdə, həm hökumətdə rusiyaypnlü mövqedə günahlandırılan insanlar qaır. Ekspertlər hesab edirlər ki, prezident ofisi rəhbərinin iki müavini – Andrey Smirnov və Oleq Tatarov da bunların sırasındadır. Məsələn, Tatarovu Qərbin Ukraynada görmək istəmədiyi təşəbbüsləri tətbiq etməkdə ittiham edirlər.
Zelenskinin komandasını böyük ehtimalla ideoloji ziddiyyətlər üzündən ən son tərk edənlərdən biri olan keçmiş spiker Dmitri Razumkov da rusiyayönlü hesab edilirdi. 2014-cü ildə o, rusiyayönlü gündəliklə prezidentliyə namizəd olmuşdu.
Ümumiyyətlə “Ze-komanda”nın parlament hissəsini Ukraynada Zelenskinin ən əsas kadr uğursuzluğu adlandırırlar.
“Gələcək deputatların siyahısı son seçki ərəfəsində iki həftədə tələsik formalaşdırılmışdı, tam ziddiyyətli baxışları, arzuları və əməlləri olan insanları toplamışdılar. Orada müəyyən [oliqarx] təsir qrupları: Kolomoyski, Pavlyukun qrupları ilə bağlı olan insanlar vardı.Şübhəli və rusiyayönlü baxışları olan insanlar vardı”, – politoloq Vladimir Fesenko deyir.
Nəticədə yeni Radanın fəaliyyətin ilk günlərindən artıq mono-çoxluq əvəzinə müxtəlif təsir qrupları və qrupcuqlarının olduğu böyük fraksiya yaranmışdı. Və ümumi maraqlar naminə birgə fəaliyyət əvəzinə mərkəzdən uzaqlaşma prosesləri başlamışdı.
“Ancaq son yarım il ərzində prezident ofisi və fraksiya rəhbərləri müəyyən səhman yarada, fraksiyanı intizamlaşdıra biliblər. 2020-ci ildə orada qarışıqlıq idi. İndi isə məsələlərin çoxu ilə bağlı kritik lazımi səs sayı tapılır”, – Fesenko deyir.
Bundan sonra nə olacaq?
Politoloqlar hesab edirlər ki, iqtidar partiyasının parlamentdəki fraksiyası dağılmağa başlayacaq, deutatlar onu tərk etməyə başlayacaqlar.
Buna iki amil təsir edəcək.
Birincisi — parlament seçkilərinin yaxınlaşması (2023-cü ilin oktyabrında). Çoxları qabaqcadan digər imkanlar axtarmağa başlayacaqlar.
İkincisi — Zelenskinin öz reytinqi. “Əgər reytinq azalmaqda davam etsə və kritik dərəcədə aşağı olsa, komanda səələnəcək. Bizim siyasi təcrübəmiz bunu göstərir”, – Fesenko deyir.
Zelenskinin opponentləri də daima növbədənkənar seçkilər proqnozlaşdıranda və prezidentin reytinqinin əhəmiyyətli dərəcədə azaldığını deyəndə bu iki amilə oynamağa çalışırlar.
Zelenskinin kadrlara qarşı münasibətində nə problem var?
Zelenski hakimiyyətə gəəndə deyirdi ki, yeni insanları cəlb etməklə sistemi sındırmaq istəyir. Amma artıq hakimiyyətə gələndən sonra o, başqa sistem qurur.
Üç komponent vacibdir: peşəkarlıq, hakimiyyətə tam loyallıq və nəticələri nümayiş etdirməyə hazırlıq.
Zamanında məhz pis kadr siyasəti Zelenskidən əvvəlkilərin əsas problemi olmuşdu. Ze-prezident dövlət hakimiyyətinin formalaşdırılmasına yanaşmanı dəyişə bilərdi və dəyiməli idi.
Amma yeni yanaşma və kadrlarla bağlı ilk uğursuz cəhdlərdən sonra köhnə təcrübəyə qayıtdı — özünə sadiq olanları seçmək və irəli aparmaq.
Amma əgər 2019-cu ilin əvvəlində Zelenskiyə inanmağa və “Ze-komanda”ya qoşulmağa hazır olanlar yüz minlərlə idisə və onların arasında ən yaxşılarını seçmək imkanı vardısa, indi qalanların arasından seçmək lazım gəlir. Onların da heç də hamısı ən yaxşılar deyil.