Azərbaycanda koronavirusa yeni yoluxanların sayı yenə də artıb
Azərbaycanda COVID-19 koronavirusuna yeni yoluxanların sayı yenə də artıb, yeni sağalanlar isə əksinə, azalıb.
Ötən sutka ərzində 77 yeni yoluxma halı təsdiqlənib, 15 nəfər sağalıb.
Beləliklə, hazırda Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 2204 nəfərdir. Onlardan 28 nəfər ölüb, 1551 nəfər isə sağalıb.
Ölkə prezidenti hər şeyə görə məsuliyyətsiz vətəndaşları günahlandırıb və bildirib ki, əgər belə davam etsə, karantin rejimini uzatmalı və sərtləşdirməli olacaqlar:
«Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq», – prezident deyib.