Yersiz zarafatlar
“Bilirsiz, dünən Hillari Klintona iyrənc qadın dedim”, – cümə axşamı Donald Tramp “Waldorf Astoria mehmanxanasında Alfred Smit Fondu tərəfindən təşkil olunan şam yeməyində çıxışı zamanı deyib.
Süfrə arxasında onu ancaq Nyu-York kardinalı Timoti Dolanın ayırdığı Hillari Klinton başını aşağı saldı, sifəti heç nə ifadə etmirdi.
“Amma hər şey nisbidir, – Tramp sözünə davam edir. – Hillarinin arası kəsilməyən çərənləməsinə qulaq asarkən, Rozi O`Donnelə daha yaxşı münasibət bəsləməyə başladım”.
Bu sözlərdən sonra Tramp səsinin tonunu azaldaraq, zarıltıya keçdi. “Mən Rozini az qala sevdim.
Klinton güldü, yerdə qalanlar bunun nə ilə nəticələnəyini bilmədən, yaxşı qurtaracağına əmin olmadan onun arxasınca güldülər. Yaxşı qurtarmadı. Demək çətindir, Tramp auditoriyada hansı anda elə bir hiss yarada bildi ki, sanki onu çirkaba bulayıblar. Amma bun nail olandan sonra da çirkabın miqdarını bol elədi.
Alfred Smit Fondu bu cür şam yeməklərini hər il katolik kilsələrinin xeyriyyə layihələrinə ianə toplamaq məqsədiylə keçirir. Belə bir ehtimal da var ki, burada hətta demokratlarla respublikaçılar arasında ən amansız ziddiyyətlərin olduğu illərdə belə iki ən iri partiyadan olan namizədlər bir-birinin üzünü gülümsəyə, onların tərəfdarları isə bir-biriylə zarafat edə bilir.
Bu da Trampın dünən axşam yol verdiyi zarafatlardan biri: “Hillari açıqda, siyasətdə bir şeyi deyib, şəxsi həyatında isə tam əksinə yol verməklə insanları aldatmağı həyat əhəmiyyətli məsələyə çevirir. “WikiLeaksin materialları nəzərdə tutulurdu.
“Misal üçün, – Tramp sözünə davam etdi, – bu gün camaat qarşısında çıxış edərək, o özünü elə aparmağa çalışır ki, guya katoliklərə nifrət etmir. Burada isə o artıq qırmızı xətti keçdi”.
Trampın bu zarafatı Klintonun köməkçisi, katolik Cennifer Palmiyerinin elektron poçt vasitəsiylə göndərdiyi məktubun məzmununu təhrif olunmuş şəkildə təqdim etmək cəhdi idi. Həmin məktubda qadın katolisizmi “sosial nöqteyi-nəzərdən siyasətdə ən çox qəbul oluna bilən mühafizəkar din adlandırır. Trampın interpretasiyasında isə bu o demək idi ki, çoxlu sayda katoliklərin yığışdığı bir yerdə katolik dininə qarşı olan dini fanatik Klinton var.
Özünün məktəb xuliqanı instinkti ilə idarə olunan Tramp təkcə Klintonu masqaraya qoyma yox, həm də süfrə arxasında əyləşənləri özünün masqara obyektinə çevirdiyi Klintona yaxınlığına görə utandırmaq istədi. O heç sizi sevmir də – onlara demək istədiyi bu idi.
Alınmadı: Trmap zarafatını bitirməyə macal tapmamış zalda acıqlı səslər eşidilməyə başladı. “Hillari, heç bilmirəm, bunlar kimdən narazıdır, sizdən yoxsa məndən, – Tramp dedi. O deyəsən, özünün seçkiqabağı mitinqində çıxış etmədiyini və orada olduğu kimi insanların cavab olaraq “Onu həbs elə! deyə qışqırmayacaqlarını unutmuşdu.
“Deyirlər, dünən axşam biz siyasət tarixində ən şiddətli debat keçirdik, – Tramp irişdi. – Heç bilmirəm, buna görə qürurlanım, yoxsa dilxor olum”.
Axırda da qürurlanmaq qərarını verdi. Pis də başlamadı – auditoriyaya barmaqlarını oynadaraq, göstərdiyi “gözəl əllərini masqaraya qoydu. Amma onlar, natiq sözünə davam etdi, Tanrının əllərində olan gücə malik deyillər, çünki “heç kim Tanrı ilə rəqabət apara bilməz – düzdür?. (Bu, Beşinci avenyuda müqəddəs Patrik kilsəsinin Tramp-tauerlə qonşuluğuna işarə idi).
Tədbirin ruhuna uyğunlaşmağa çalışan Tramp dedi: “Biz süfrə arxasında əyləşməzdən əvvəl Hillari təsadüfən məni itələdi və çox sivil şəkildə də üzr istədi. Bu yerdə Klinton güldü, Trampsa sözünə davam etdi: “Mən də çox nəzakətlə cavab verdim ki, bu haqda mən prezident olandan sonra danışarıq.
Özünə qarşı kütləvi informasiya vasitələrinin ədalətsiz yanaşması ilə bağlı zarafat edərkən də Tramp ümumilikdə həddini aşmadı. “Sübut istəyirsiz? Mişel Obama niqtlə çıxış edir, hamı da heyranlıq içindədir. Əla nitqdir. Mişel əladır. Amma mənim xanımım Melania eyni nitqlə çıxış edəndə ona hücumlar başlayır. Bunu anlamıram.
Melania isə hər şeyi anladı. Burada olanların diqqətini ona yönəldən ərinin zarafatından sonra üzü güldü. “Onunla tez-tez kobud rəftar edirlər. Ah, deyəsən bu gün evdə payımı alacam. Xahiş edirəm, kardinal, onunla danışın.
Maraqlıdır ki, Trampın özünü alçaldan ən uğurlu zarafatları onun özünə deyil, xanımına yönəlir.
Sonra da o təhqirlərini masanın mərkəzində əyləşən başqa bir xanıma yönəltdi.
“Hillari korrupsiya içində o qədər batıb ki, onu Uoterqeytin araşdırılması komissiyasından qovdular, – Tramp dedi. – Nə qədər korrupsiya içində batmaq lazımdır ki, səni Uoterqeytin araşdırılması komissiyasından qovsunlar?”
Əsl zarafatlar həmişə çoxqatlı olur və bu Trampın yalanını xatırladan yeganə tərəfdir. Dəqiqləşdirdiyimiz faktlara əsasən, Klintonun gənc hüquqşünas kimi işlədiyi Uoterqeytin araşdırılması komissiyasından qovmayıblar, o da ola korrupsiyaya görə.
Tramp sadəlövhcəsinə düşünür ki, Uoterqeytin araşdırılması komissiyasından qovulmaq üçün çox, amma çox rüşvətxor olmaq lazımdır. Ya da ola bilsin o hesab edir ki, 1972-ci ildə Demokratik Partiyanın mənzil-qərargahına soxulan Riçard Niksonun göndərdiyi casuslar deyil, bu araşdırma komissiyası olub. Ya da Tramp düşünür ki, respublikaçı prezidentin “ömrünü qısaltmağa çalışan istənilən hüquqşünas qrupu oğru dəstəsidir.
Güman edilir ki, müəyyən məqamda çıxış edənlər ciddi materiya və özünü təhlilə keçməlidirlər. Axı bu, 20-ci illərdə Nyu-York qubernatoru olan, aparıcı partiyalardan birinin prezidentliyə namizədi olan ilk katolik Alfred Smitin xatirəsinə təşkil olunan xeyriyyə axşamı idi.
Trampı bu axşam yığılan altı milyon mütəəssir etdi. Və “həyat mədəniyyəti ilə bağlı fikir söylədi, get-gedə daha həyəcanlı görünən kardinal Dolan isə bu fikrə əl çalmağa özündə güc tapdı. Alqışlar bitəndən sonra kardinal salfetlə alnını sildi. (Növbəti günün səhəri kardinal NBC telekanalına bildirdi ki, şam yeməyindən qabaq Klintonla Tramp birgə ibadət mərasimində iştirak ediblər).
Birdən Tramp bildirdi ki, Klinton qalan ziyafət iştirakçılarından daha az gülür. Əslində isə o bəzən başqalarından daha çox gülümsəyirdi. Belə bir təəssürat yaranır ki, Tramp artıq onu ciddi narahat etmir. İstisnalar da oldu, misal üçün, Trampın Klinton cütlüyünün Haitini qarət etməsi, “bütöv kəndləri zəbt etməsi ilə bağlı sözləri. Bu yerdə Klinton Trampa tuşladığı acıqlı baxışdan özünü saxlaya bilmədi.
Öz çıxışında Klinton zarafatla dedi ki, kəndin zəbti ona maraqlı nitq yazmağa kömək etdi. Onun bəzi zarafatları gülməli və ya Barak Obama adətən dediyi kimi, kifayət qədər gülməli idi. Misal üçün, o Trampın mikrofonu ona uzatmasına təəccübləndi: “Düşünməzdim ki, o hakimiyyətin dinc yolla dəyişməsinə belə tez razı olsun.
Klinton da özünü xeyli tənqid etdi, misal üçün dedi ki, yuxu rejiminə ciddi riayət edir.
“Adətən bu cür çıxışlara görə böyük qonorar götürürəm”, – Klinton dedi və əlavə etdi ki, burada olanları o qədər çox sevir ki, onları öz kolleksiyasına yığmaq istərdi.
Onun bir az daha uğursuz zarafatı da o oldu ki, Tramp azadlıq heykəlinə ya beş, ya da dörd qoyur, onun özü isə qırx beş rəqəminə üstünlük verir (O, ABŞ-ın qırx beşinci prezidenti olacaq?) Bu yerdə Melania Tramp ona çəpəki nəzər atdı.
Amma sancmağı da unutmadı. Axşam ziyafətində iştirak edən Rudi Culianini işarə edərək, Klinton dedi ki, karyerasının başlanğıcında o vergi pozuntularını araşdırıb, sonra da düşündü: “Bu oğlanlara qalib gəlmək mümkün deyilsə, yaxşısı budur, Foks kanalına gedib, onları dahi adlandırım. Culianinin qaşları çatıldı”.
Trampın sağlamlıq durumunu müzakirə edərkən Klinton dedi: “Donald həqiqətən də sağlamdır, lap at kimi, Vladimir Putinin sürdüyü at”. (O həm də bildirdi ki, Trampın çıxışları “rus dilindən tərcümə olunub, onun nitqindən xoşu gəlir və “məmnuniyyətlə necə Mayk Penin Trampın onunla çıxış etdiyini inkar etməsinə qulaq asacaq). Bu ədalətli olsa da, o qədər də yaxşı səslənmirdi.
Klintonla Tramp arasındakı fərq onlar tədbirin ruhuna uyğunlaşmağa və günahların yuyulması barədə danışmağa çalışdıqları vaxt xüsusiylə hiss olunurdu.
Klinton Alfred Smit və onun irəli sürülməsinin bəzi dairələrdə necə fanatik anti-katolik reaksiyaya səbəb olması barədə danışdı.
“Qorxu və inamsızlıq hisslərindən istifadə etmək cəhdləri bir-birimizi yad kimi qəbul etməyə məcbur edir. Belə bir ritorika bir-birimizi görməyə, eşitməyə, hörmət etməyə, ətrafdakıları və özümüzü sevməyə mane olur”.
Belə bir təəssürat yarandı ki, zalda ab-hava dəyişib, necə ki, son bir neçə həftə ərzində Tramp və onun ideyalarının daha qəti müqavimətlə üzləşdiyi barədə təəssürat yaranır.
“Müdhiş bir axşam”, – Tramp çıxışının lap əvvəlində dedi. Prezident yarışı da müdhiş idi. Və artıq bitmək üzrədir.
Dərc olunub 25.10.2016