Yerevanda paralel reallıqlar: müxalifət və hakimiyyət yenə də eyni zamanda mitinq keçirib
Yerevanda yenə də eyni zamanda müxalifət və hakimiyyətin mitinqi keçirilib. Ermənistanın baş nazirinin istefasını tələb edən müxalifət partiyaları ilə hakimiyyət arasında dialoq alınmır. Onlar bəyanatlar və mitinqlərdəki proqram çıxışları ilə “ünsiyyət saxlayırlar”.
Bu dəfə mitinqlərin təşkili üçün formal səbəb 2008-ci il 1 mart faciəli hadisələri olub. O zaman prezident seçkilərinin nəticələrindən narazı olanların nümayişi dağıdılarkən insanlar həlak olub.
Baş nazirin başçılıq etdiyi hazırkı hakimiyyət tərəfdarlarının mitinqi Yerevanın əsas meydanında baş tutub.
Çıxışı zamanı Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb – 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar dayandırılandan sonra yaranan siyasi böhrandan çıxmaq üçün.
Müxalifətin və tərəfdarlarının onun istefası tələbini baş nazir hakimiyyətdən getmək üçün yetərli əsas hesab etmir. Onun fikrincə, bu məsələ ilə bağlı ölkənin bütün sakinləri öz fikrini bildirməlidir.
Hökumətin planlarına bu ilin oktyabrında referendum keçirmək də daxildir. Ermənistanın parlament idarə üsulundan yarı-prezident idarə üsulina keçməsinin məqsədyönlü olması məsələsi ümumxalq səsverməsinə çıxarılacaq.
Bu zaman Baqramyan prospektində, cəmi bir neçə kilometrlik məsafədə müxalifətin etiraz aksiyası keçirilib.
Mümkün toqquşmaların qarşısının alınması üçün polis prospektə girişi bağlayıb.
- Vətəndaş müharibəsi astanasında? Yerevanda eyni zamanda iki mitinq keçirilib: müxalifətin və hakimiyyətin
- “İsgəndər” olubmu? – Bakıdan şərh
- Ermənistanda kütləvi mitinqlərin ikinci günü: siyasi böhran davam edir
Hakimiyyətin mitinqi necə keçib?
Baş nazirin mitinqi Ermənistanın himninin səsləndirilməsi və iki dəqiqəlik sükutla başlayıb. Aksiya iştirakçıları 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində həlak olanların, daha sonra isə 2008-ci il 1 mart qurbanlarının xatirəsini yad ediblər.
Nikol Paşinyan çıxışının əvvəlində hökumətin səhvlərinə görə üzr istəyib. Baş nazir səhvlərin səbəbini hakimiyyətin xalq tərəfindən sevilməsi ilə izah edib:
“Söhbət bizim hökumətdən, şəxsən məndən gedir. Mən də istəyirəm sizin hamınızdan, bütün Ermənistan vətəndaşlarından, bütün Diaspora ermənilərindən, bütün Artsax vətəndaşlarından buraxdığım bütün səhvlərə görə üzr istəyim. Biz o qədər sevilirdik ki, bu xalq sevgisini və bizim xalqa və vətənə sevgimizi doğrultmağa çalışarkən hər şeyi dəqiq və ideal eləmək istəyirdik”.
Ən səs-küylü bəyanat Konstitusiya reforması haqda xəbər olub:
“2015-ci ildə qəbul olunan və 2018-ci ildə qüvvəyə minən konstitusiya bizim üçün çox sayda çatışmazlıq ortaya çıxarıb, o cümlədən də böhran vəziyyətlərinin yaranması riskini özündə daşıyır. Biz hesab edirik ki, yarı-prezident formasına keçmək ən yaxşı variantlardan biri olacaq”.
Baş nazirin əsas çıxışlarından biri SQ Baş Qərargahının bəyanatı olub, hansında ki, baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Nazirlər Kabinetinin rəhbəri bu bəyanatı generallara əvvəlki hakimiyyətin təsirinin nəticəsi adlandırıb. Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan generalları dilə tutmağa çalışanlardan biri olub.
Baş nazir bildirib ki, 2008-ci ilin martında ordunu öz xalqına qarşı çıxaranlar indi bunu yenə təkrarlamağa çalışırlar:
“İstəyirəm deyim ki, SQ Baş Qərargahının bəyanatı qətiyyən qanuni deyil, çünki konstitusiya silahlı qüvvələrin siyasi məsələlərdə neytrallığını dəqiq təsbit edib. Baş Qəeaegah rəisi aydın ifadə olunmuş siyasi oriyentasiya tutur və bununla da bütün qaydaları və konstitusiyanı pozur”.
Paşinyan israr edir ki, Baş Qərargah rəisi Onik Qasparyan istefaya getsin, bəyanatı imzalayan qalan generallar isə vəzifəsinin başına qayıtsın. Paşinyanın sözlərinə görə, onlara münasibətdə heç bir “vendetta” olmayacaq. Hakimiyyət tərəfdarlarının mitinqindən sonra zirehli maşınların və onlarla “qırmızı beretlilərin” müşayiəti ilə yürüş də baş tutub.
Müxalifətin mitinqi
Müxalifətin mitinqində keçmiş müdafiə naziri Sergey Ohanyan çıxış edib.
Keçmiş nazir ordunu dəstəkləyib və bildirib ki, baş nazirin hərbçiləri nə təqib, nə də vəzifədən azad etmə haqqı yoxdur:
“Ordu legitim struktur kimi səssizcə bizim torpaqlarımızın hissə-hissə azərbaycanlılara verildiyinə baxmalı idi? Yox. Ordu doğru addım atıb”.
Keçmiş nazir bildirib ki, ordu siyasi neytrallıq nümayiş etdirib, mitinqlərə qarışmır, hərbçilər isə ölkə vətəndaşı kimi öz mövqelərini bildirirlər.
Müxalifətin mitinqində Ermənistan SQ Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov da iştirak edib:
“Bütün Ermənistan ordusu bizim arxamızdadır. […] Biz mütləq işi sona çatdırmalıyıq. [söhbət baş nazirin istefasından gedir]. Hətta Əliyev və Ərdoğan da mandrajdadır. Onlar Ermənistandakı vəziyyətdən narahatdırlar, çünki erməni ordusunun onları vurduğunu və vuracağını xatırlayırlar. Biz bütün bunları qaytaracağıq”.
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikael Melkunyan çıxışı zamanı bildirib ki, hakimiyyət dəyişikliyi konstitusion yolla baş verməlidir:
“Bunun üçün isə hərbi vəziyyətin ləğv edilməsi və hazırkı vəziyyətin müzakirəsi məsələsi gündəmə gətirilməlidir”.
Siyasətçilər 2008-ci il 1 mart hadisələri haqda
1 mart hadisələrinin növbəti ildönümü ilə bağlı öz müraciətində prezident Armen Sarqsyan bildirib ki, siyasi mübarizə qanun çərçivəsini aşmamalıdır, sarsıntılara və qeyri-stabilliyə gətirib çıxarmamalıdır, dözülməzlik və qarşılıqlı nifrətə çevrilməməlidir, üstəlik cəbhələşmə və parçalanma səbəbi olmamalıdır:
“Yenə də dözümlülüyə və həmrəyliyə çağırıram. Bizim buna ehtiyacımız var. Bu gün bu, dövlət və xalq üçün xüsusilə vacibdir”.
Milli Məclisin spikeri Ararat Mirzoyan Facebook-da yazıb ki, hadisələr zamanı həlak olan 10 nəfər vətəndaş “azad, demokratik və xoşbəxt Ermənistanda yaşamaq arzusunda idi. Martın 1-də qanunsuz əmr əsasında güc tətbiq edilməsi nəticəsində Ermənistanın demokratik yolda inkişafı 10 il dayandırılıb”.
Mirzoyanın sözlərinə görə, yüksək vəzifəli hərbçilərin siyasi proseslərə müdaxiləyə cəhd etməyə çalışdığı bu günlərdə belə vəziyyətə yenidən yol vermək olmaz.
Baş nazirin müavini Tiqran Avinyan hesab edir ki, 2018-ci il “məxməri” inqilabı belə bir imkanı istisna edib:
“13 il əvvəl seçkilərin rəsmi nəticələrini mübahisələndirən həmvətənlərimizin etirazı atəşlə qarşılandığı zaman bizim dövlətimiz və cəmiyyətimiz güclü sarsıntı yaşadı. İnqilab yolu ilə Ermənistan cəmiyyəti qətiyyətlə göstərdi ki, Ermənistanda artıq “1 mart” olmayacaq, mitinq keçirən silahsız vətəndaşı isə güllələməyəcəklər”.
2008-ci il martın 1-də nə baş verib?
2018-ci il Ermənistanda prezident seçkiləri olub. həmin vaxt qüvvədə olan prezident hələ Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə isə yeni seçilmiş prezident Serj Sarqsyan idi, amma o hələ vəzifəsinin icrasına başlamamışdı.
2008-ci il fevralın 18-dən sonra birinci Ermənistan prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blok seçki nəticələrinə yenidən baxılmasını tələb edirdi. Onlar bildirirdilər ki, seçkilərdə Ter-Petrosyan qalib gəlib. Martın 1-ə qədər minlərlə insan meydandan getməyərək bütün sutka davam edən mitinqlərdə iştirak edirdi.
Martın 1-də nümayiş dağıdılarkən silah tətbiq olunub, on nəfər insan, o cümlədən də iki nəfər polis əməkdaşı həlak olub.
2018-ci ildə hökumət başına gələn “məxməri” inqilab lideri Nikol Paşinyan vəzifəyə gəlmədən çox əvvəl “1 mart” işinin açılması tələbi ilə çıxış edirdi.
2008-ci il prezident seçkiləri zamanı Nikol Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edirdi. 1 mart faciəvi hadisələrindən sonra müxalifətçi kütləvi iğtişaşların təşkili ittihamı ilə bir il dörd ay gizlənməli olub.
2010-cu ilin iyulunda o, könüllü şəkildə prokurorluğa gəlib, həbs edilib və yeddi il azadlıqdan məhrum olunub. Bir il və 11 aydan sonra o, Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı verilən amnistiyaya düşüb. Müxalifət bildirir ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.
“Məxməri inqilabdan” və 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda bu işlə bağlı məhkəmə prosesi aktivləşib. İş üzrə əsas təqsirləndirilən şəxs eks-prezident Robert Koçaryandır. Sonuncu dəfələrlə açıq bildirib ki, onun haqqındakı bu iş siyasi sifarişdir.