Yerevanda Color Run - 2017 “rəngli marafonu” baş tutub
Səhər tezdən Yerevanın mərkəzində səma rəngbərəng tüstüyə bürünüb – Yerevan Color Run – 2017 “rəngli marafonu” start götürüb. Bu marafonda yalnız Yerevandan və ölkə vilayətlərindən deyil, xaricdən gələn gənclər də iştirak edib.
Qaçış başlayana qədər iştirakçılar fitnes hazırlıq hərəkətləri ediblər, sonra isə 5 km-lik distansiyanı qaçıblar və bütün qaçış xətti boyu onların üstünə ziyansız ən müxtəlif rənglərdə pudra səpiblər.
INFO: “Rəngli qaçış” beynəlxalq formatlı tədbirdir, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avstraliya, Braziliya, anada, Çili və Çində keçirilir. Yerevanda bu marafon üçüncü dəfədir ki baş tutur.
Tədbirin məqsədi yalnız iştirakçılara xoş təəssürat bəxş etməkdən ibarət deyil. “Rəngbərəng atəşfəşanlıq” gənclər arasında sağlam həyat tərzinin və qaçış mədəniyyətinin təbliğini hədəfləyir.
Yerevan Color Run-dan gələn gəlirin bir hissəsi Yerevanın mərkəzində Street Workout ixtisaslaşmış idman meydançasının inşasına yönələcək, burada pulsuz məşq eləmək mümkün olacaq, digər hissəsi isə 34 km-lik Yerevan-Berd yolunun inşasına xərclənəcək. Gəlir qaçışda iştirak üçün ödənən vəsait hesabına əldə edilir. Hər bir iştirakçı 4 min dram (9 dollardan az) ödəyir.
Finişə ilk gələn üç qız və üç oğlan mükafatlandırılıb.
Foto: Narek Aleksanyan, hetq.am