Yeni səhiyyə proqramında öz yerini tap. Konkret hansı sığorta növündən istifadə edəcəyini öyrən.
Nə baş verib?
Mayın 1-dən ümumi səhiyyə proqramının prinsipləri dəyişib. Əvvəl bu proqramdan Gürcüstanın bütün vətəndaşları istifadə edirdisə, indi artıq belə deyil.
Əsas fərq ondan ibarətdir ki, dövlət əhalinin aztəminatlı təbəqələrinə xərcləri artıracaq, yüksək gəlirli insanlar isə ümumi səhiyyə proqramından demək olar ki, ümumiyyətlə istifadə edə bilməyəcəklər
Yeni proqramda 19 qrup olacaq:
[yes_list]
- 0-6 yaşlı uşaqlar
- 6-18 yaş arası yeniyetmələr
- tələbələr
- məhdud fiziki imkanlı şəxslər
- Veteranlar
- aztəminatlı şəxslər
- təqaüdçülər
- əhalinin digər hüquqları pozulmuş təbəqələri
[/yes_list]
Yerdə qalan vətəndaşlar üçün fərqli paketlər olacaq. Vətəndaşlar tərəfindən bu və ya digər ümumi səhiyyə paketinin alınmasının əsas meyarı onların şəxsi gəlirinin səviyyəsidir.
Vətəndaşların şəxsi gəlirinin həcmindən asılı olaraq, onlar dörd qrupa ayrılır:
[yes_list]
- yüksək,
- orta və aşağı gəlirli şəxslər,
- həm də az təminatlılar
[/yes_list]
Bu dörd paket bir-birində nə ilə fərqlənir?
Əvvəlcə onların ümumi cəhətlərini nəzərdən keçirək. Bu, bütün qruplar (o cümlədən də yüksək gəlirli qruplar) üçün doğuş-keysəriyyə əməliyyatı (limit ildə 500-800 lari) və yüksək riskli hamiləlik, doğuşdan əvvəl və sonra stasionar xidmətdir. Beləliklə, əgər misal üçün, keysəriyyə əməliyyatının qiyməti 1200 laridirsə, ümumi səhiyyə proqramı 800 lari ödəyəcək, qalan 400 larini isə öz cibinizdən verməli olacaqsız. Bu, həm də yüksək gəlirli şəxslərin maliyyələşdirilməsini təmin edən yeganə servisdir. Bundan başqa, bütün qrupların nümayəndələri, həm yüksək gəlirli, həm də aztəminatlı şəxslər səhiyyənin digər proqramlarından da, misal üçün, hepatit C, vərəm, şəkər diabetinin idarə olunması və s.
proqramlarından da istifadə edə bilərlər.
Yüksək gəlirli şəxslər kimdir və onlara hansı paketlər aiddir
Yüksək gəlirli şəxslər illik gəliri 40 000 laridən çox olan şəxslərdir. Mayın 1-dən bu qrupa aid insanlar yuxarıdakı paraqrafda sadalanan xidmətlər istisna olunmaqla, ümumi səhiyyə proqramından yararlana bilməyəcəklər.
İstisnanı təqaüdçülər təşkil edir, onlar hətta yüksək gəlirləri olduğu və ildə 40 000 laridən çox aldıqları halda ümumi səhiyyə proqramından tam şəkildə istifadə edə bilər, eyni zamanda da özəl tibbi sığorta paketindən istifadə hüququnu da özlərində saxlayırlar.
Qeyd etmək lazımdır ki, yeni qaydalara əsasən, ailənin gəliri deyil, vətəndaşın şəxsi gəliri nəzərə alınır. Beləliklə, konkret insanın hansı ümumi səhiyyə proqramının paketindən istifadə etməsi məsələsi ancaq onun şəxsi illik gəlirinin həcmindən asılıdır.
Orta gəlirli şəxslər. Onlar kimdir və hansı paketdən istifadə edə biləklər.
Orta gəlirli şəxslər olaraq aylıq gəliri 1000 lari təşkil edən, illik gəliri isə 40 000 laridən çox olmayan vətəndaşlar qəbul olunub.
Bu şəxslər ümumi səhiyyə proqramı ilə özəl tibbi sığortadan istifadə arasında seçim etməlidirlər. Onlar eyni zamanda tibbi sığortanın hər iki növündən istifadə edə bilməzlər.
Bununla yanaşı, hətta özəl tibbi paket əldə edəndən sonra da bu adamlara dövlət onkoloji xəstələrin kimya-hormonoterapiyasının xərclərinin 80%-ni ödəyir.
Orta səviyyəli gəliri olan şəxslər üçün ümumi səhiyyə proqramı çərçivəsində aşağıdakı xidmətlər ödənilir:
- planlı ambulator xidmət (100%)
- milli təqvimlə nəzərdə tutulan profilaktik peyvəndlər (100%)
- ailə həkimi və ya kənd həkiminin təyinatı ilə mütəxəssis həkimlərin xidmətləri (70%), qalan 30%-i vətəndaşlar ödəyir
- müalicə edən həkim tərəfindən təyin olunan instrumental və klinik-laborator tədqiqatlar (7—100%)
- təxirəsalınmaz ambulator yardım (100%)
- təxirəsalınmaz stasionar xidmətlər 70-100% (limit 15 000).
- Planlı cərrahiyyə, onkoloji və kardio-cərrahiyyə əməliyyatları 70% (illik limit 15 000 lari)
- Onkoloji xəstəliklərin qeyri-cərrahi müalicəsi (illik limit 12 000 lari), kimya terapiyası, hormon terapiyası və şüa terapiyası (80%).
Aşağı gəlirli qrup. Bu kateqoriyaya kimlər daxildir?
Aşağı gəlirli şəxslər qrupuna aylıq maaşı 1000 laridən az olan vətəndaşlar aiddir. Həmin qrupa həm də özləri özlərini işlə təmin edən və ya qeyri-müntəzəm maaşı olan vətəndaşlar da daxildir.
Onların həm də seçimi var: vətəndaşlar özəl tibbi sığorta paketini əldə etdikləri halda onlar tam həcmdə ümumi səhiyyə paketindən istifadə edə bilməyəcəklər. O cümlədən, ümumi səhiyyə proqramından onlar üçün yalnız onkoloji xəstəliklərin idarə olunması – kimya terapiyası, hormon terapiyası və şüa terapiyası, həm də təxirəsalınmaz ambulator xidmətlər 50% və müəyyən olunmuş siyahıya müvafiq olaraq təxirəsalınmaz stasionar xidmətlər açıqdır – 100%.
Aşağı gəlirli vətəndaşların pullu tibbi sığortadan imtina etdiyi halda onlara ümumi səhiyyə proqramı çərçivəsində aşağıdakı xidmətlər ödəniləcək
[yes_list]
- planlı ambulator xidmət 100%
- milli təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlər 100%
- ailə və ya kənd həkimi tərəfindən təyin edilən mütəxəssis həkimlərin xidmətləri 70%
- müalicə edən həkim tərəfindən təyin olunan instrumental və klinik-laborator tədqiqatlar 70-100%
- təxirəsalınmaz ambulator yardım 50%
- müəyyən siyahıya uyğun olaraq təxirəsalınmaz stasionar xidmətlər 100% (limit 15 000 лари)
- xüsusi siyahıya daxil olmayan digər təxirəsalınmaz vəziyyətlər (təcili təxirəsalınmaz müdaxilə) başqa prinsiplə maliyyələşdirilir. Ödənilən məbləğ 500 larini keçmirsə, onu pasientin özü ödəyir. Yox, əgər məbləğ 500 larini keçirsə, pasient ödəniləcək məbləğin 30%-ni verir (50%-dən az olmamaq şərtiylə).
- planlı cərrahiyyə, onkoloji və kardio-cərrahiyyə əməliyyatları – 70% (illik limit 15 000 lari) – yuxarı bənddə qeyd olunan maliyyələşdirmə prinsipi. . onkoloji xəstəliklərin qeyri-cərrahi müalicəsi – kimya terapiyası, hormon terapiyası və şüa terapiyası – 80% (illik limit 12 000 lari). .[/yes_list]
Aztəminatlılar, uşaqlar, təqaüdçülər və digər hüquqları pozulan qruplar
Bu kateqoriyaya aid vətəndaşlar ümumi səhiyyə proqramının ən bahalı və tam paketindən istifadə edirlər. Bundan əlavə, ancaq bu qrupun nümayəndələri eyni zamanda həm özəl, həm də dövlət sığortasından tam istifadə etmək hüququna malikdirlər.
“Aztəminatlı ailələrin vahid məlumat bazasında” olan, 70-100 min xalı olan aztəminatlı şəxslər, həm də 6-17 yaş arası yeniyetmələrin proqram çərçivəsində aşağıdakı xidmətləri maliyyələşdirilir:
- planlı ambulator xidmət 100%
- milli təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlər 100%
- planlı cərrahiyyə, onkoloji və kardio-cərrahiyyə əməliyyatları – 70% (illik limit 15 000 lari)
- təxirəsalınmaz stasionar yardım 70-100%, (illik limit 15 000 lari)
- müəyyən siyahıya uyğun olaraq təxirəsalınmaz stasionar xidmətlər 100% (limit 15 000 лари)
- təxirəsalınmaz ambulator yardım 100%
- planlı cərrahiyyə, onkoloji və kardio-cərrahiyyə əməliyyatları – 70% (illik limit 15 000 lari)
- onkoloji xəstəliklərin qeyri-cərrahi müalicəsi (illik limiti 12 000 lari), kimya terapiyası, hormon terapiyası və şüa terapiyası – 80%.
Həmin paketdən, amma daha az əlavə ödənişlə 1-5 yaşlı uşaqlar, təqaüdçülər, tələbələr, məhdud fiziki imkanlı uşaqlar və məhdud fiziki imkanları aydın şəkildə özünü büruzə verən böyüklər istifadə edəcək.
Həmin paketdən, amma əlavə ödəniş olmadan həddən artıq yoxsul olan (70 000 xalı olan) şəxslər, müəllimlər, xalq artistləri, xalq rəssamları, Ş.Rustaveli adına mükafatın laureatları istifadə edə bilər.
Bundan başqa, reytinq səviyyəsi 100 000 xalı aşmayan aztəminatlı ailələr bazasında yay fəslindən başlayaraq, xroniki xəstəliklərin müalicəsi üçün bəzi dərmanların xərcləri, o cümlədən yüksək hipertoniya, ürək çatışmazlığı, tac damar sisteminin xəstəlikləri, 2 növ şəkər diabeti, xroniki ağciyər xəstəlikləri, qalxanvarı vəzin xəstəliklərinin müalicəsi üçün 30 adda preparatın xərcləri maliyyələşdiriləcək.
Yenə də bəzi suallar qalır. Əgər mənim maaşım 40 min laridir, ərimsə işləmirsə, bu halda nə baş verir? Ümumi səhiyyə paketi ona aid edilirmi? Hansı paket ona aiddir?
Bəli, yoldaşınız ümumi səhiyyə paketindən istifadə edə bilər. Bu halda əriniz aşağı gəlirli şəxslər kateqoriyasına aid edilir (necə ki, özləri özlərini işlə təmin edən və qeyri-müntəzəm gəliri olan şəxslər kimi) və bu kateqoriyaya daxil olan insanlara aid paketdən istifadə edəcək.
Misal üçün, gəlirim yüksəkdir, uşaqlarımın da 3 və 7 yaşı var. Onların ümumi səhiyyə paketi varmı?
Bəli, sizin üç yaşlı uşağınız yuxarıda qeyd edildiyi kimi 3-5 yaşlı uşaqlar, 7 yaşlı övladınız isə 6-17 yaşlı uşaqlar üçün olan paketdən istifadə edəcəklər.
Yüksək, ildə 40 000 lari gəliri olan vətəndaşlara onlarda onkoloji xəstəlik aşkar olunarsa, dövlət yardım edəcəkmi? Axı bu müalicə çox bahalıdır və hətta özəl sığorta şirkətləri bu vəziyyəti maliyyələşdirmir?
Yüksək maaşlı şəxslərin onkoloji xəstəliklərini ictimai səhiyyə proqramı maliyyələşdirmir. Amma yerli büdcə hesabına onkoloji xəstəliklərin müalicəsinin maliyyələşdirilməsi də mümkündür.
Misal üçün, Tbilis meriyası Tbilisidə yaşayan qadınların süd vəzisinin xərçənginin erkən mərhələlərində persetinlə müalicəsini maliyyələşdirir.
Ailəsinin bütün üzvlərinin işlədiyi və yüksək gəliri olduğu evdar qadın hansı paketdən istifadə edəcək?
İşləməyən və ya özləri özlərini işlə təmin edən şəxslər aşağı gəlirli qrupa aiddir və aşağı gəlirli şəxslər üçün nəzərdə tutulan paketdən istifadə edirlər. Bu, təqaüdçüdürsə, ona təqaüd sığortası aid ediləcək.
Düzgün anladımsa, istənilən müəllim tibbi sığortanın tam paketindən istifadə edir? Təqaüdçünün sosial vəziyyəti əhəmiyyət kəsb edir? Bu uşaq bağçalarının müəllimlərinə də aid edilir?
Təqaüdçünün illik gəliri 40 000 laridən çoxdursa, o, ümumi səhiyyə paketindən istifadə edə bilməz. Tam paketdən ancaq aşağı və orta maaşlı məktəb müəllimləri istifadə edə bilər. Bu, uşaq bağçaları və musiqi məktəblərinin müəllimlərinə aid edilmir. Onları dövlət onların fərdi maaşına əsasən sığortalayır. Onlar pedaqoq qrupuna aid edilmir.
Yeni səhiyyə proqramından yararlanmaq üçün mən haradasa qeydiyyatdan keçməli və ya hər hansı bir sənəd götürməliyəm?
Planlı ambulator xidmətdən yararlanmaq üçün siz vəziyyətinizə uyğun istənilən tibb müəssisəsində qeydiyyatdan keçə bilərsiz. Bunun üçün istifadəçinin razılıq formasını doldurmalısız. Qeydiyyatı iki ayda bir dəfə dəyişmək olar. Planlı cərrahi və onkoloji xidmət almaq üçün sosial xidmət agentliyində verilən maddi vauçerzəmanət məktubu lazımdır.
Mən istənilən tibb müəssisəsinə müraciət edə bilərəm, yoxsa burada da özəl sığorta şirkətlərində olduğu kimi öz provayderləri var?
Ümumi səhiyyə proqramının benefisiarı yalnız proqrama daxil edilən tibbi müəssisəyə müraciət edə bilər. Bunun hansı müəssisə olduğunu “qaynar xət”tə zəng etməklə bilmək olar. Bu, vətəndaşın təxirəsalınmaz tibbi yardıma ehtiyacı olduğu hallara aid edilmir. Bu hallarda tibbi müəssisəsinin seçimində heç bir məhdudiyyət qoyulmur.
Daha bir sual: aprelə qədər özəl sığortam olubsa, bu günsə yoxdursa, mən dövlət sığortasından istifadə edə bilərəm?
Yox, edə bilməzsiz. İş orasındadır ki, özəl sığorta 2017-ci ilin yanvar ayından etibarən sayılır. Yəni əgər 2017-ci ilin yanvar ayında özəl sığortanız olubsa, hazırda siz dövlət sığortasından istifadə edə bilməzsiz. Siz özəl sığortanı ləğv edən kimi, avtomatik olaraq sizin üçün minimal paketi işə salacaqlar (təbii ki, əgər yüksək gəlirli kateqoriyaya daxil deyilsizsə), bura ailə həkiminin xidmətləri, gəlirdən asılı olaraq müəyyən qaydalar üzrə təxirəsalınmaz və stasionar xidmətlər (90-100%), həm də onkoloji xəstəliklərlə bağlı olan müəyyən xidmətlər.
Halbuki hər 6 aydan bir sistem benefisiarların siyahısını yenidən nəzərdən keçirir və dəyişikliklər daxil edir. Bu o deməkdir ki, 6 ay ərzində siz özəl sığorta istifadəçisi deyilsizsə, sistem avtomatik olaraq sizə həmin vaxt üçün gəlir səviyyənizə uyğun olan konkret paket deyil, minimal paket verəcək.
Özəl sığorta şirkətlərinin özləri Səhiyyə Nazirliyinə sığorta polisinin ləğvi barədə məlumat verəcəklər, yəni sizin bunu etməyinizə ehtiyac yoxdur. Bəs Səhiyyə Nazirliyi mənim gəlir səviyyəm barədə haradan bilir? Mən hər hansı sənədlər təqdim etməliyəm?
Yox, siz heç nə təqdim etməməlisiz. Vətəndaşların gəlir səviyyəsi barədə məlumatı Səhiyyə Nazirliyinə Maliyyə Nazirliyinin gəlirlər xidməti təqdim edir. Son 12 ayın məlumatlarından istifadə olunur. Gəlir qanunla nəzərdə tutulan vergi imtiyazları nəzərə alınmadan ötən aydan 12 aya qədər müddət ərzində gəlirə qoyulan vergidən hesablanır.
Siz hər şeyi çox ətraflı izah etdiz, amma suallar yenə də qalır. Kimə zəng etmək və ya kimə müraciət etmək lazımdır?
Ümumi səhiyyə proqramı ilə bağlı olan istənilən məlumatı almaq üçün Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edin 1505.
Biz bu nömrəyə gələn zəngləri test etdik. Düzdür, çox gözləməli olduq, amma informator kifayət qədər peşəkar idi. Qaynar xəttə zəng edərək, siz sığortanızın olub-olmadığını və konkret olaraq hansı paketdən istifadə etdiyinizi öyrənə bilərsiz. Bunun üçün operatora şəxsi nömrənizi bildirməlisiz və anındaca məlumat alacaqsız.
Nəhayət, bir qədər kənara çıxsam da bir sual vermək istəyirəm – niyə ümumi səhiyyə proqramına dəyişikliklər edilib? Axı bu layihə “Gürcü arzusu”nun ən uğurlu layihəsi sayılırdı?
“Gürcü arzusu” seçicilərə seçkilərdə qələbə çalacağı təqdirdə bütün vətəndaşların tibbi problemlərini həll etməyə vəd edirdi. Hakimiyyətə gələndən sonra hakim partiya 28.02.13 ümumi səhiyyə proqramını işə saldı. Proqram əvvəllər qüvvədə olan tibbi sığorta proqramına daxil edilməyən vətəndaşlara da aid edildi. (“GÜRCÜ ARZUSU” hakimiyyətə gələnə qədər də dövlət artıq aztəminatlı şəxsləri, müəllimləri, kəskin məhdud fiziki imkanlı şəxsləri, 6 yaşına qədər uşaqları, təqaüdçüləri və tələbələri maliyyələşdirirdi).
Dövlət proqramının istifadəçilərinin sayı və buna uyğun olaraq da proqramın büdcəsi artırdı.
Ekspertlər hakimiyyəti xəbərdar edirdilər ki, dövlət büdcəsi ümumi səhiyyənin artan xərclərinə tab gətirməyəcək.
2015-ci ildə ümumi səhiyyə proqramına büdcə ilə nəzərdə tutulan 470 milyon lari əvəzinə 573 milyon lari xərcləndi, 2016-cı ildə isə planlaşdırılmış 570 milyon lari əvəzində ilin axırına xərclər 645 milyona qədər artdı.
Məhz yaranan maliyyə problemləri də proqramın dəyişdirilməsinə səbəb oldu.
2017-ci ildə ümumi səhiyyə proqramına 660 milyon lari ayrılıb.
Bu dəyişikliklərlə dövlət optimal şəkildə xərcləri azaltmağı – əhalinin aztəminatlı təbəqələrinə daha böyük həcmdə tibbi xidmət təqdim etməyə, nisbətən imkanlı vətəndaşların isə dövlət sığorta proqramı ilə maliyyələşdirilən xidmətlərdən istifadəsini məhdudlaşdırmağa çalışır.
Gürcüstanda 519 min insan özəl tibbi sığorta paketindən istifadə edir.