Yeni il nağılı. Gürcüstan haqqında.
Lap çoxdan Gürcüstanı adı heç kimin yadında qalmayan zalım cadugər sehrlədi. O elə etdi ki, bu ölkədə istisnasız hər şey – o cümlədən də Yeni il çələngləri – bayram əhval-ruhiyyəsi ilə heç bir əlaqəsi olmayan siyasi danışıqlara səbəb olurlar.
Yeni il bayramı qabağı Tbilisi həmişə bəzənib, amma şəhərin ilk, sözün əsl mənasında geniş miqyaslı bəzədilməsi 6 il əvvəl oldu – onda Yeni il çələngləri bütün mərkəzi prospektlərdə yandırıldı, onlar yol kənarındakı platanları sarıdı, bina divarlarını örtdü və maşın yolundan sallanaraq, yanlarından ötüb keçən maşın və avtobusların pəncərələrində sehrli bir şəkildə əks olundu.
Tbilisi sakinləri küçəyə çıxanda quruyub qaldılar – şəhərin siması dəyişib, füsunkar görünürdü. Amma bu füsunkarlıq uzun çəkmədi. Dayanın bir, – bəzi siyasətçilərin birdən beyninə fikir gəldi, – axı bu bəzək-düzəyə görə pul verilib! İşıq da çox yazacaq – gör necə bərq vururlar! Büdcə isə rezindən deyil! – kasıb seçicinin sevgisini qazanmağa çalışan siyasətçi özünə əl qatdı.
Və lampaları saymağa yollandı. Saydılar, sayı itirdilər, yenidən saymağa başladılar. Qızğın dava gedirdi. Yerli bələdiyyələrdə mübahisə edirdilər, parlamentdə mübahisə edirdilər. Bu mənasız mübahisələrin sonunda bir-birinə nifrət edirdilər.
Yeni il bayramı da beləcə bitdi, çələngləri çıxarıb, büküb, apardılar. Növbəti ildə isə hər şey təkrar olundu. Bir il sonra da. Bir il də. Hər il siyasi opponentlər çələnglər, yolka oyuncaqları, konfetti və fişəngə görə boğazlarını cırırdılar.
Hər il də çıraqbanlığın bahalılığından narazı olanların düşərgəsində tərəfdarların sayı artırdı. Kəmərini sıxıb qənaətli Yeni ilin bütün əzab-əziyyətinə dözməyə artıq parlamentarilər və sakrebulo üzvləri deyil, adi şəhərlilər də razıydı.
Nəhayət ədalət qalib gəldi və hakimiyyət Yeni ili sadə keçirmək istəyənlərin əlinə keçdi. Amma bizə hələ də tam aydın olmayan səbəblər üzündən “spartalılar ötən illərdən qalma çələnglərin yumaqlarını açır və köhnəlmiş şaxta babaların tozunu silirdilər.
Bununla belə, səs çoxluğu ilə həmin Yeni ili qənaətcil hesab etmək qərarı verildi, axı lampalar keçmiş başçılardan qalmışdı. Onları atmaq bağışlanmaz israfçılıq olardı.
Bu arqument uzun illər boyu işləyirdi və par-par yanan mərkəzi prospektlərin ümumi görünüşü demək olar ki, eyni şəkildə qalırdı: lampalarla sarılan platanlar, qazonlarda parıldayan mələk fiqurları, maşın yolunun üstündən asılan pəncəli “lüstralar.
Hər şey bu ilin dekabrında dəyişdi. Tbilisi meriyası təntənəli surətdə lampaları dəyişdi. Hətta onlara az qala milyon lari xərclədiyini də etiraf etdi. Bunu heç gözləməyən ictimaiyyətin dili qurudu, amma deyəsən bu çox çəkmədi. Və narazı vətəndaşlar orda-burda zəhərlərini tökməyə başlayıblar.
Yeni ilsə lap yaxındadır. Maraqlı olansa odur ki, Yeni il gecəsi ürəyində arzunu düzgün tutsan bu siyasi məstlik keçib gedəcəkmi?