Yaxın Şərqdə müharibə təxirə salınır? ABŞ və İran qarşılıqlı raket zərbələrindən sonra dayana bilərlər
Yaxın Şərq böhranında hadisələrin yanvar 8-ə olan durumu.
Səhərə yaxın İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerikanın İraqdakı iki hərbi bazasına 10-dan çox raket zərbəsi endirib. Tehran yanvarın 3-də İranın nüfuzlu generalı Qasım Süleymaninin Amerika pilotsuz təyyarəsi ilə öldürülməsinə belə cavab verib.
Axşam ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirib və son günlərdəki aqressiv çıxışlarını nəzərə alsaq konfransı çox sülhpərvər başlayıb.
“Amerika xalqı məmnun ola bilər. Amerikalılar və iraqlılar arasında itki yoxdur”, – Tramp deyib.
İraqda hücuma məruz qalan bazalarda Almaniya, Danimarka, Norveç və Polşa hərbçiləri də olub. Bu ölkələrin nümayəndələri də heç kimin ziyan görmədiyini təsdiq ediblər.
____________________________________________________________________________________________
• Qasım Süleymani kim idi və onun ölümü nələrə səbəb ola bilər?
____________________________________________________________________________________________
ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək
ABŞ prezidenti çıxışının ardında bildirib ki, İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunacaq.
Donald Tramp deyib ki, İranın nüvə silahı yaratmasına imkan verməməyi vacib hesab edir. O, həmçinin Tehranı dünyadakı terrorçu qruplaşmaları, o cümlədən də Livandakı “Hizbullanı” dəstəkləməkdən vaz keçməyə çağırıb.
Daha sonra ABŞ prezidenti “İran liderinə və xalqına” müraciət edərəb deyib ki, münaqişənin dinc yolla həll edilməsinə hazırdır.
O xatırladıb ki, Amerika və İran Suriyada “İslam Dövlətinə” qarşı birlikdə mübarizə aparıb.
Hadisələrin inkişafı mərhələlər üzrə
• 27 dekabr 2019 —İraqın Kərkük şəhəri yaxınlığında Amerika hərbi bazasına raket hücumu. Bir nəfər baza əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. Vaşinqtondan bildirilib ki, hücumu İraqda fəaliyyət göstərən iranyönlü silahlı qruplaşmalar həyata keçirib və buna cavab olaraq İranın İraq və Suriyada yerləşən bazalarına raket zərbələri endirilib.
• 29-31 dekabr 2019 —böyük izdiham hücum edərək ABŞ-ın Bağdaddakı səfirliyini ələ keçirməyə çalışıb, hücumun qarşısı dəniz piyadaları tərəfində gözyaşardıcı qaz tətbiq edilərək alınıb. Vaşinqton Tehranı iğtişaşların təşkilində günahlandırıb.
• 3 yanvar 2020 —Amerikanın raket zərbəsi nəticəsində Bağdadda İranın “Qüds” xüsusi təyinatlı qüvvələrinə komandanlıq edən günüral Qasım Süleymani və onun bir neçə yaxın silahdaşı, o cümlədən də İraqda fəaliyyət göstərən iranynlü “Xalq Səfərbərliyi Qüvvələri” qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis qətlə yetirilib. Hücum ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.
• Elə həmin günİran bəyan edib ki, Süleymaninin qətlinə görə alacağı qisası amansız olacaq. Prezident Tramp buna cavab olaraq bildirib ki, İran hücum edəcəyi təqdirdə ABŞ-ın cavabı “qeyri-proporsional” ola bilər. “O, bizə amansız hücumlar hazırlayan monstr idi. O, artıq monstr deyil, o ölüdür”, – Tramp Süleymani haqda deyib.
• 8 yanvar — İran ərazisindən Amerikanın İraqdakı iki hərbi bazasına ballistik raket zərbəsi endirib. Bu hücumu şərh edərkən İran prezidenti Həsən Ruhani bunları deyib:
“ Amerikalılar Süleymaninin əlini qoparıblar [generalın bədənindən sadəcə bir əlinin qaldığı haqda informasiya var] – indi İran Amerikanın Yaxın Şərq regionuna dirədiyi ayağını kəsəcək”.
Amma eyni zamanda İran xarici işlər nazirinin yaydığı tvit tamam fərqli fikri ifadə edir:
“Biz müharibəyə can atmırıq, amma istənilən aqressiyadan qorunmaq niyyətindəyik”.
“Reuters” agentliyi İran televiziyasının ABŞ bazalarına hücumu haqda xəbəri necə təqdim etdiyinə diqqtə yetirməyi təklif edib:
“Artıq onun [general Süleymaninin] qisası alınıb və rahat yata bilər”.
Agentliyin şərhçisi hesab edir ki, ABŞ hücum nəticəsində böyük itkilər verməyib və deməli, Vaşinqton və Tehran üçün tədricən hazırkı münaqişə durumundan çıxmaq imkanı var.
İran-ABŞ: 40 illik münaqişə
• 1979-cu ildə İranda islam inqilabı baş tutub. Tehranda 52 nəəfər girov götürülüb və bu insanlar bir ildən də çox zamandan sonra azad edilib.
• Növbəti onilliklər ərzində İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq olunub.
• 1990-cı illərin ortalarında İran nüvə proqramını həyata keçirməyə başlayıb.
• 2015-ci ildə büynəlxalq aləmlə İran arasında sövdələşmə imzalanıb, bu sövdələşmənin mahiyyəti İranın nüvə silahı yaratmaq proqramından imtina etməsinin əvəzində sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır.
• İranla sövdələşmənin ləğv edilməsi Donald Trampın 2016-cı ildə seçkiqabağı vədlərindən biri olub.
• Tramp ABŞ prezidenti seçiləndən sonra İranın Yaxın Şərqdə ABŞ-ın terrorçu hesab etdiyi rejimləri və təşkilatları dəstəkləməsinin cavabında bu ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilib.
• 3 yanvar 2020-ci ildə Amerikaya məxsus pilotsuz təyyarəsinin hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunda xaricdə məxfi əməliyyatlara və İranın özündə etirazların yatırılmasına cavabdeh olan general Qasın Süleymani qətlə yetirilib.
• 6 yanvarda İran qərb aləmi ilə nüvə silahı üzrə sövdələşmədən tamam çıxdığını elan edib.