Yarıçılpaq turistlərə “yox” deyək
Türk və Misir çimərliklərinin rusiyalılar üçün bağlanması, rubl və digər post-sovet dövlətlərinə aid valyutalar dəyərdən kəskin düşməsi və dolayısıyla başqa ölkələrin kurortlarında istirahətin həddən artıq baha başa gəlməsi səbəbilə Abxaziyada yeni turist mövsümünün uğurlu olacağı az əvvəl şübhə doğurmurdi.
Doğrudan da indi artıq tam gücü ilə hazırlıq işləri gedir – yeni mehmanxalanalar tikilir, artıq mövcud olanlar yenilənir, yeni turist maşrutları açılır.
Bununla belə deyəsən, yuxarıda kimsə düşünüb ki, bu böyüklükdə turist axınına Abxaziya hazır deyil. Rusiya ilə sərhddə və başqa yollarda tıxaclar, həm də turistləri yedizdirmək, içizdirmək, nazıyla oynamaq lazımdır. Sonrası da axı yenə deyəcəklər ki, istirahət bir qəpiklik oldu. İndi bu, bizə lazımdır?
Bu, qonaqları evə dəvət edən və N sayda insan üçün süfrə açan, sonda da yoldaşından qonaqların iki dəfə artıq olduğunu öyrənən qənaətcil xanımın reaksiyasına oxşayır: “Biabır olacağıq – deyə vay-şüvən salıb, ərinin bütün etirazlarına baxmayaraq, o, qonaqlara zəng vurub, müxtəlif bəhanələrlə qonaqlığı təxirə salır.
Deyəsən, özünü biabır etmək istəməyən xanım rolunda abxaz parlamenti çıxış etməyə hazırlaşır. Birincisi, aprelin birindən Xarici İşlər Nazirliyinin təklifi ilə, post-sovet məkanı dövlətlərinin vətəndaşları üçün (təbii ki, Rusiya istisna olmaqla) viza rejimini tətbiq edildi.
Sonra görünür, parlament bu ölçünün turist axınını əsaslı şəkildə azaltmaq üçün kifayət etməyəcəyini düşündü. Və qətiyyətlə istirahət edənlərin paltarının tənzimlənməsi işindən yapışdı. Bu dəfə artıq siyasi seleksiyasız. İndi, fərqi yoxdur bu, ukraynalı, belarus, qazax, ya da rusiyalıdır – əgər ictimai yerdə “münasib olmayan paltarda – yəni çimərlik paltarında və ya yarıçılpaq şəkildə – görünsən beş minimal əmək haqqı həcmində cərimə ödəməli olacaqsan.
Bu təşəbbüslərin rəsmi motivləri tam ciddidir. Viza rejimi təhlükəsizlik adı ilə əsaslandırılıb, dress-kodun tətbiqi isə parlamentin fikrincə, əxlaqi dəyərləri möhkəmləndirir.
Deputatlar təhlükəsizlik və cəmiyyətin əxlaqi görünüşü barədə belə düşünəndə onlara öz enerjilərini sərf etməyin çoxlu sayda digər sahələrini göstərmək istəyi yaranır. İndi bu psevdo-vətənpərvərlik Abxaziyanın hüdudlarından kənarda mediada fəal müzakirə olunur və abxaz kurortlarının əla anti-reklamına çevrilib. Həm də mənə elə gəlir ki, bu iki qərar ən vacib məsələlərin – dövlətin təhlükəslizlik standartları və cəmiyyətin əxlaq dəyərlərinin mahiyyətini əvəzlədi.
Özünü böyük kurort kimi təqdim edən Abxaziyanın gəlirlərinin böyük hissəsini məhz həmin o turistlər gətirir. “Feys-kontrol və dress-kodun tətbiqi ölkənin təhlükəsizliyi və abxaz cəmiyyətinin əxlaqının möhkəmləndirilməsi deyil, buna tamamilə əks şeylərdən xəbər verir.
Bütün bu məhdudiyyətlər Abxaziyanın turistlər üçün cəlbediciliyini azaldır. Turistlərin sayının müvafiq olaraq azalması büdcəyə və xüsusən də adi vətəndaşların gəlirlərinə böyük zərbə endirəcək. Ölkə kasıb, vətəndaşları da ac olanda isə, bədbəxtlik də özünü çox gözlətməyəcək. Ən yaxşı halda djiqa oynayıb, mədhiyyə oxuyacaqlar. Ən pis halda dilənçilik edəcəklər, ya da ondan daha betəri.
Dərc edilib: 15.04.2016