Xəstəxanada triller
Abxaziyadakı uşaq xəstəxanası ağır vəziyyətdədir. Sanki orada yarandığı vaxtdan -1970-ci ildən, hələ SSRİ zamanından bu tərəfə heç bir təmir olmayıb. Hərəkət edildiyi zaman tavanın suvağı insanların başına tökülür, palatalar və dəhliz bərbad vəziyyətdədir.
Xəstəxanada yeni tibbi avadanlıq yoxdur və alınması da yaxın zamanda gözlənilmir. Bununla yanaşı Abxaziyada bir neçə müasir avadanlıqla təchiz olunmuş xəstəxanalar da var. Ancaq uşaq xəstəxanasının təmiri barədə hələ heç kim danışmır.
Birinci mərtəbə. Uşaq baxçasının həkiminin qəbul otağı.
İkinci mərtəbəyə bu liftlə qalxmaq olar. Doğrudur, liftə daxil olarkən onun binanın zirzəmisinə düşməmək üçün gərək ehtiyyatlı olasan, çünki döşəmədə böyük dəlik var.
Əgər bəxtiniz gətirib ikinci mərtəbəyə qalxa bildinizsə onda bilin ki, bu mərtəbədə laboratoriya yerləşir.
Buradakı dolabda “təmiz sınaq şüşələri saxlanılmır.
Aşağıda isə laborotoriyanın hamamı yerləşir:
Burada sınaq şüşələri yuyulur və dezinfeksiya edilir. Artıq şərhə ehiyac yoxdur. Çürümüş borular parçalarla bağlanıb ki, tibb personalının başına su damcılamasın.
Köhnə və dezinfeksiyaya ehtiyacı olan avtoklav.
Üçüncü mərtəbə. Pediatriya şöbəsi. Xəstəxananın demək olar ki, bütün dəhlizləri bu vəziyyətdədir. Tezliklı, damcılayan köhnə borulara görə bütün divar dağılacaq.
Bütün bunlara baxmayaraq dəhlizdə yeni kondisioner var.
Uşaq palataları. Daha çox triller filmlərinin çəkiliş meydançasına oxşayır.
Yataqlar köhnə və narahatdır. Bu yataqların birinə ana və uşaq ikisi rahat yerləşə bilmir. İkinci yataq isə yoxdur. Bir müasir yatağın qiyməti 15 min rubldır. ( təxmini 250 dollar). Bu xəstəxanaya ən az 200 yataq lazımdır. Çıxış yolu var- məsələn, iki xidməti avtomobildən imtina etməklə yataqları almaq olar.
Yaşca böyük uşaqların çimdirildiyi vanna otağı. İsti su yoxdur, suyu qızdırmaq lazım gəlir. Yeri gəlmişkən, vanna da yoxdur. Tualetdə də yuyunmaq üçün isə su yoxdur.
Bu mərtəbədə damanboruları parçalar yerinə montaj köpüyü ilə yamayıblar.
Valideyinlərdən hansısa dəhlizdə səyyar mətbəx düzəldib, axı, uşağa yemək qızdırmaq lazımdır. Mətbəx isə yoxdur.
Yuxarı qalxırıq. Burda da eyni vəziyyətdir.
Ümumilikdə bütün otaqlarda belədir. Yeri gəlmişkən, bu mərtəbədə “normal şəraitli hesab edilən iki palata var. Bu palatalar yeni doğulmuş körpələr üçün nəzərdə tutulub. Onlardan biri :
Bu, xəstəxanada olan yeganə küvəzdir.
Bu, “normal şəraitli palatanın hamamı elə otağın içindədir. Qeyd edək ki, bu palata yeni doğulan körpələr üçündür.
Pəncərələr köhnədir, qışda daima kəskin soyuq daxil olur, ancaq pəncərədən görünən mənzərə çox qəşəngdir.
Divarda ümidverici elan :
Bu yerdə mübahisə etmək olar. Valideyinlər deyir ki, onlar dərmanları özləri almalı olur, çünki xəstəxanada dərman çatışmır. Xəstəxanada heç bir tibbi avadanlıq olmadığı üçün çəkmək mümkün olmadı.
Lakin divarda fövqaladə hallarda evakuasiya qaydalarının izahı əks olunmuş müasir stend var.
Bu xəstəxanada evakuasiyanı elə günü-bu gün başlamaq lazımdır.