Xəbərlər Gürcüstan: Bünün monastır və kilsələrə 20 hektar meşə sahəsi veriləcək. Müxalifət bunu seçkiqabağı patriarxlığın satın alınması adlandırır
Gürcüstanda bünün monastır və kilsələrə 20 hektar meşə sahəsi veriləcək. Müxalifət bunu seçkiqabağı patriarxlığın satın alınması adlandırır
Gürcüstan Parlamentinin Ətraf Mühitin Müdafiəsi Komitəsi istənilən pravoslav kilsəsi və ya monastıra yaxınlıqda yerləşən meşənin 20 hektarlıq ərazisini mülkiyyətinə keçirmək hüququ verən qanun layihəsini dəstəkləyib.
Fəallar və müxalifət 2020-ci ilin payızına təyin olunmuş parlament seçkiləri ərəfəsində Gürcüstanın pravoslav kilsəsinə belə “hədiyyə” edilməsini yolverilməz sayır.
İdeya Kənd Təsərrüfatı Nazirliyinə aiddir.
Qanun layihəsi geniş neqativ rezonans doğurub. Facebook-da qanun layihəsinin müzakirəsinin dayandırılması tələbi ilə yüzlərlə insanın imzaladığı petisiya yayılıb.
Patriarxlığın kapitalı. Gürcüstanın ən nüfuzlu institutu nələrə sahibdir?
Ekspertlər və qeyri-hökumət təşkilatları bir sıra təhlükəli nəticələr haqda bildirirlər.
1.
Belə qərar digər dini icmalarla müqayisədə pravoslav kilsəsini daha imtiyazlı vəziyyətə qoyur, qanunun aliliyini və dövlətin kilsədən ayrı olduğu prinsipini pozur.
2.
Müxalifət hesab edir ki, qanun layihəsi hakimiyyətin patriarxlığı satın alınması və 2020-ci ilin payızına təyin olunmuş parlament seçkiləri ərəfəsində Gürcüstanda hədsiz nüfuzlu olan institutu öz tərəfinə çəkmək cəhdidir.
“Avropa Gürcüstanı” müxalifət partiyasının liderlərindən biri Qiqa Bokeriya bildirib ki, hakimiyyət seçki öncəsi ölkə əhalisinin ən “qarayüzlər” nümayəndələrinin qüvvəsindən istifadə etməyə çalışır.
3.
Kilsə öz qüvvəsi ilə meşə sahələrinə qulluq etmək iqtidarında deyil və bunun üçün dövlət büdcəsindən əlavə vəsait tələb edəcək.
Əhalinin son siyahıya alınmasına görə Gürcüstan sakinlərinin 83 faizi pravoslavlardan ibarətdir. Milli Demokratiya İnstitutunun 2020-ci il yanvarın 16-da dərc olunan tədqiqatına əsasən, əhalinin təxminən 70 faizi Gürcüstan Pravoslav Kilsəsinə etibar edir. Kilsə ənənəvi olaraq elektorat proseslərində mühüm rol oynayır, zaman-zaman möizələri birbaşa siyasi məqsədlər üçün istifadə edir.
Hakimiyyət bu iddiaları rədd edir, öz növbəsində müxalifəti “növbəti yalanda” və “siyasi spekulyasiyada” günahlandırır.
Qanun layihəsi kilsəyə əlavə hüquq verməkdən daha çox üzərinə daha çox vəzifə qoyur – kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili deyib. Vəzifələr deyərkən ağacların inventarlaşdırılması, onlara qulluq, bərpa işləri, mütəxəssislərin cəlb edilməsi və s. nəzərdə tutulur.
Əgər qanun yenə də qəbul edilsə, onun əsas müddəaları 2020-ci ilin sentyabrında artıq işə düşəcək.
Gürcüstan Patriarxlığı: biznesə neft məhsullarının idxalı və alkoqollu içkilərin istehsalı daxildir
Patriarxlıq ölkənin ən varlı dini qurumlarından biridir.
“İndiqo” jurnalı “Açıq Cəmiyyət – Gürcüstan” bir il ərzində patriarxlığın sahib olduğu qeydiyyatdan keçmiş əmlak və mülkiyyətlərinin miqyasını araşdırıb. “Patriarxlığın kapitalı” layihəsi dövlət reyestrindən əldə edilmiş beş minə qədər sənədin analizindən ibarətdir.
Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma yenə də təhlükə altındadır
Gürcüstanlı müxalifətçi fəal və müxalif “Mtvari Arxi” telekanalının sahiblərindən biri Giorgi Rurua ilə bağlı məhkəmə həbs qətimkan tədbirinin qüvvədə qalması haqda qərar çıxarıb.
Bu, 2020-ci il martın 8-də hökumətlə müxalifət arasında seçki islahatları ilə bağlı əldə edilmiş razılaşmanı təhlükə altına qoyur. Müxalifət siyasi məhbusların azad edilməsinin razılaşmanın ayrılmaz parçası olduğuna israr edir.
Gürcüstan prezidenti mayın 15-də müxalifətçi liderlər Qiqa Uqulava və İrakli Okruaşvilini əfv edəndən sonra məhz Giorgi Ruruanın azad edilməsi müxalifət üçün həlledici məna kəsb edir.
Hakimiyyətin rəqibləri bəyan edirlər ki, Rurua azad edilmədən razılaşma reallaşdırılmayacaq və onlar bu ilin mart ayında razılaşdırılmış konstitusiya dəyişikliyini dəstəkləməyəcəklər.
Bununla belə, hakim mayın 18-də baş tutan iclasda qanunsuz silah saxlamaqda günahlandırılan Ruruanı həbsdə saxlayıb.
- Gürcüstanın Avropa İttifaqından 500 milyon avro alması hakimiyyətlə müxalifət arasındakı razılaşmanın yerinə yetirilməsindən asılıdır?
- Gürcüstan Qərbdən üz döndərib, rusiyayönlü olur? Amerika senatorlarının ABŞ dövlət katibinə məktubu
Hakimiyyət nümayəndələri isə bildirirlər ki, məhkəmə öz qərarlarında müstəqildir və hökumətin ona təsir gücü yoxdur.
Müxalif partiyalar Ruruanın işi ilə bağlı müştərək bəyanat yayıblar və qeyd ediblər ki, hökumət martın 8-də əldə edilən razılaşmaya tam əməl etməli və Giorgi Rururanı azad etməlidir, əks təqdirdə konstitusiya dəyişikliyi ilə bağlı işə başlamayacaqlar.
Hakimiyyət nümayəndələri öz növbələrində müxalifəti konstitusiya dəyişikliklərinə mane olmaq cəhdində günahlandırırlar.
Müxalifət və hökumət arasında seçki haqda razılaşma nə ifadə edir?
Qarşılıqlı anlayış haqda memorandum 2020-ci il martın 8-də hakimiyyət nümayəndələri və müxalifət arasında ABŞ səfirliyində qərbli diplomatların vasitəçiliyi ilə imzalanıb. Bu, hakim partiyanın parlament seçkilərinin tam proporsional sistemə keçirilməsi ilə bağlı verdiyi vədə əməl etməməsi səbəbi ilə uzun aylar sürən siyasi böhran və kəskin qarşıdurmadan çıxış olmalı idi.
Razılaşmanın əsas müddəası seçki sisteminin dəyişdirilməsi, hazırkı 77 əvəzinə 120 deputatın partiya siyahısı ilə, hazırkı 73 əvəzinə 30 deputatın isə majoritar birmandatlı dairələrdən seçilməsinin təmin edilməsidir.
Memorandumun mətnində diplomatik dillə məhkəmənin siyasi məqsədlərlə istifadəsinə yol verməməyin vaciblliyi haqda qeyd olunub. Müxalifət isə bəyan edir ki, şifahi şəkildə siyasi məhbusların azad edilməsi haqda razılaşma əldə edilib.
Amma “Gürcü arzusu” iqtidar partiyası bunu inkar edib və bildirib ki, Gürcüstanda siyasi məhbus yoxdur.
ABŞ Senatının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Cim Riş və senatorun müavini Cin Şahin öz növbələrində gürcüstanlı siyasi məhbusların azad edilməsindən sonra yeni bəyanatla çıxış ediblər və bildiriblər ki, onlar Georgi Ruruanın da azad edilməsini gözləyirlər.